Pensiyalar artırılır - Rəsmi açıqlama “1xBet” insanları necə “soyur“? - ŞİKAYƏT “Şuşi” adlı şəhər yoxdur, Şuşa var” - Prezident (Video) “Belə davam etsə, acından öləcəyik” – Müğənni Günay
Axtar
 
  • / Sosial / — 18 Yanvar 2021

    Pensiyalar artırılır - Rəsmi açıqlama

  • / Sosial / — 18 Yanvar 2021

    “1xBet” insanları necə “soyur“? - ŞİKAYƏT

  • / Siyasət / — 15 Yanvar 2021

    “Şuşi” adlı şəhər yoxdur, Şuşa var” - Prezident (Video)

  • / Maqazin / — 09 Yanvar 2021

    “Belə davam etsə, acından öləcəyik” – Müğənni Günay

  • / Maqazin / — 07 Yanvar 2021

    “30 yaşım var, bundan sonra məni kim alacaq?“ - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2020

    Şəhidimizin xanımından qələbə kompozisiyası: “Yenilməzsən, Azərbaycan!“ -VİDEO

Baş redaktor Mehriban Əliyevaya müraciət etdi - Qızının vəziyyəti ağırdır

Tarix 13.01.21, 19:16

Font ölçüsü : - / +
bitmap-img6


Azyaşlı qızı xərçəng xəstəliyindən əziyyət çəkən Xalqxeber.Az xəbər portalının baş redaktoru Peyman Sadıqov Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyevaya müraciət edib.

AzFakt.com xəbər verir ki, baş redaktor qızının təcili əməliyyat olunmalı olduğunu bildirib. Peyman Sadıqov birinci-vitse-prezidentdən kömək istəyib.

Müraciəti təqdim edirik:

Hörmətli Mehriban xanım!

Siz hər zaman insanlara, yardıma ehtiyacı olanlara dayaq olursunuz. Bu da Sizin şəxsinizə, insani keyfiyyətlərinizə olan sevgini daha da artırır. Sizin xüsusilə uşaqlara qayğınız, sağlamlıq imkanları məhdud körpələrə diqqətiniz ölçüyəgəlməzdir.

Hörmətli Mehriban xanım!

Məni Sizə kömək üçün məktub ünvanlamağa da məhz bu yüksək insani keyfiyyətləriniz oldu. 

Hörmətli Mehriban xanım!

Qızım Nuray Sadıqzadə xərçəng xəstəsidir. Altı aydır ki, Milli Onkologiya Mərkəzinin Uşaq Klinikasında müalicə alır. İndiyə kimi 7 kurs kimyateropiya, 17 dəfə radio şüa qəbul edib. Hazırda isə təcili əməliyyat olunmalıdır.

Hörmətli Mehriban xanım!

Bir ata kimi sizdən xahiş edirəm, övladımın müalicəsi və əməliyyat olması üçün mənə kömək edəsiniz. Nuray bu gün ölümlə üz-üzədir. Övladımın əməliyyat olmasına görə, lazım olan İnternal Hemipelvektomiya üçün Tumor Rezeksion Endoprotezin Milli Onkologiya Mərkəzinə alınıb  verilməsini Sizdən artıq dərəcədə xahiş edirəm. Onu xəstə yatağında, hərəkətsiz görmək isə bir valideyn olaraq mənim üçün dəhşətlidir.

Sizdən qızımın müalicəsinin davam etdirilməsi üçün göstəriş vermənizi artıq dərəcədə xahiş edirəm. Sizin köməksiz, çətin vəziyyətdə olan insanlara hər zaman kömək əlinizi uzatdığınızı bilirəm. Əminəm ki, Nuray balamın da sağlamlığına qovuşması üçün köməyinizi əsirgəməyəcəksiniz, qızımı köməksiz qoymayacaqsınız! Övladımı həyata qaytarmaqla bir ataya da dünyanın ən böyük xoşbəxtliyini bəxş edəcəksiniz.

Hörmətlə:   
Peyman Sadıqov,
Xalqxeber.Az xəbər portalının Baş redaktoru
Əlaqə üçün: (070) 254-44-40, (055) 476-87-87



Xəbərin oxunma sayı : 631

loading...

Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda