Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Baş redaktordan prezidentə müraciət: “Biz inanırıq ki, sizin dəstəyinizlə mənzil sahibi olacağıq

Tarix 20.07.17, 21:22

Font ölçüsü : - / +
bitmap-img6


22 İyul Milli Mətbuat Günü münasibəti ilə bütün media işçilərini təbrik edirəm. Əslində medianın qabaqcıl nümayəndələri ilə münasibətimin yaxşı olmasına çox sevinirəm. Mətbuat mənim inkişafımda əvəzolunmaz təhsil ocağıdır. Aldığım təhsillə yanaşı, mətbuatın da həyatımda mükəmməl rolu var. Mənə təkan verən, ilhamlandıran hər bir media qabaqcıllarını xüsusilə təbrik və təşəkkür edirəm. 

Bunu da yaddan çıxarmaq lazım deyil ki, Prezidentin imzaladığı sərəncama əsasən bu əziz insanlardan bir çoxuna ev verildi.  Onların hər birinin bu sevincli gününə çox sevindim, çünki bu mənimdə sevincimdi. Ancaq etiraf etməliyəm ki, muasir jurnalistika öz inkişafında pik nöqtəyə Ölkə Prezidenti jurnalistlərin dostu, himayədarı hümanist və qayğıkeş insanın təxirə salınmaz tədbirləri sayəsində çatıb. Bütün media işçiləri kimi məndə Ölkə Prezidentinə Sfera.az kollektivi adından evlə təmin olunan dostlara görə təşəkkür edirəm. Hər zaman var olun ki, biz gənclərə dəstək və qayğı göstərirsiniz. Artıq bütün dünyaya Sizin yürütdüyünüz siyasət mədəni müxtəlifliyi dəstəkləyərək, multikulturalizmdən irəli gələn mədəni plüralizm və tolerantlığı, mədəni hüquqların qorunması məlumdur. Sizin yürütdüyünüz siyasət qarşıya qoyulan məqsədlərin uğurla reallaşdırılmasına yol açır. Bunların bariz nümunəsi Azərbaycanın birinci xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun aşağıdakı devizidir:
"Mədəni müxtəliflik bizi ayıran və fərqləndirən məsələ deyil, faktiki surətdə bütün bəşəriyyət üçün vahid gələcəyi hazırlayan, davamlılığı və yeniləşməni ifadə edən vəzifədir”. Eyni zamanda, ölkəmizdə folklorun hüquqi qorunması haqqında qanun qəbul edilmiş, ənənəvi biliklər isə xüsusi qorunma hüququ ilə təmin olunmuşdur. Bu, Azərbaycanda yaşayan bütün xalqlara aiddir.
Əminəm ki, bu forumda aparılan dialoq mədəniyyətlərin bir-biri ilə ünsiyyət qurmaq mədəniyyətinin parlaq nümunəsi olacaq və bizim bugünkü tərəqqimiz gələcəyin ənənəsinə çevriləcəkdir".

Mehriban Əliyeva Azərbaycanın birinci xanımı olmaqla bərabər, həm də dünyada ali dövlət təltiflərinə layiq görülmüş ilk qadındır. Azərbaycan Prezidentinin xanımı Fondun rəhbəri olmaqla həm öz ölkəsi, həm də başqa ölkələr üçün çox iş görür. Prezidentimiz İlham Əliyevin, Mehriban xanım Əliyevanın, həmçinin vətənə, xalqa, o cümlədən  mətbuat işçilərinə qarşı olan qayğıkeşliyiniz xalqımız tərəfindən alqışlanır və təqdirə layiqdir. 
 
Biz inanırıq ki, bizim kimi gənclər, xüsusilə də biz Məmmədovlar ailəsi sizin dəstəyinizlə kirayə evlərdən xilas olub mənzil sahibi olacağıq. Qeyd edim ki, hazırda iki ailə bir mənzilə sığışaraq kirayə qalırıq. Ümid edirəm ki, həmkarlarımı sevindirdiyiniz kimi növbəti siyahıda biz də mənzil sahibi olaraq sevinəcəyik. 
 
Son olaraq əlavə edim ki, 2008-ci ildən 840 min nəfərlik üzvü olan böyük "Azərbaycan-Azərbaycan" səhifəmiz və 2012-ci ildən fəaliyyət göstərən Sfera.az xəbər portalı Cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanımın və Sizin yürütdüyünüz siyasəti dəstəkləyir və xidmət göstərir. 

Biz Sizinlə fəxr edirik Cənab Prezident!

Sfera.az xəbər portalının baş redaktoru Ozal Məmmədov



Xəbərin oxunma sayı : 178




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap