“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Baş redaktordan Səfər Mehdiyevə sərt sözlər: “İnsanların əsəbləri ilə oynamayın ”

Tarix 20.08.19, 15:00

Font ölçüsü : - / +
bitmap-img6


Dövlət Gömrük Komitəsinin yarıtmaz fəaliyyəti ilə bağlı tənqid və ittihamlar ara vermir. 

AzFakt.com xəbər verir ki, "Yeni Çağ” Media Qrupunun baş direktoru Aqil Ələsgər də mövzuyla bağlı fikirlərini ictimailəşdirərək Gömrük Komitəsini sərt şəkildə tənqid edib.

"Azərbaycanda islahatın imitasiyası deyil, islahat başlamalıdırsa, ilk yer gömrük olmalıdır. İş adamlarının boğazına zəli kimi yapışmış, onların qanını soran Dövlət Gömrük Komitəsi ləğv edilməsə Azərbaycanda inkişafdan danışmaq əbəsdir. Üç-beş baş redaktorla antrikot-dana basdırması yeməklə islahat olmur, Səfər Mehdiyev. Üç-beş adam yazmadı deyə, sizin qanunsuzluqlarınızın üstünün örtüləcəyini sanırsınız?”

Baş redaktor daha sonra bunları yazıb: "İnsanın şəxsi istifadəsi üçün gətirdiyi və 1000 dolların altında olan mala 36 faiz vergi istəmək hansı qanunda yazıb, Səfər Mehdiyev? İşçiləriniz 36 faizdən aşağı faizin olduğunu bilmirlər? Sırf ay sonu o faizdən hissə alacaqlar deyə, millətin qanını sormalısınız???

Bəsdirin də insanların əsəbləri ilə oynadınız!!!”

Mövzuya ironik yanaşan jurnalist Dövlət Gömrük Komitəsinin Dövlət Soyğun Komitəsi adlandırılmalı olduğunu bildirib: "İş adamlarının əzabı 36 faiz vergi ilə yekunlaşmır. Bəyannamə üçün ayrı məbləğ ödəməlidir.  Ayrıca, özlərindən xidmət-malın qalma haqqı-filan uydurub, malın dəyərinin ən az 45 faizini Dövlət Soyğun Komitəsi alırsa, bu başına Səfər Mehdiyev boyda daş düşmüş iş adamı necə malını ucuz satsın? Süni bahalaşma deyirsiniz, adresi başqa yerdə axtarmayın, Dövlət Gömrük Komitəsi hazır yerindəykən..."



Xəbərin oxunma sayı : 526




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap