Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Bağlanan bankların əmanətçilərinə 733 mln. manat kompensasiya ödənilib

Tarix 26.05.17, 16:20

Font ölçüsü : - / +
bitmap-img6


Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən sığorta hadisəsi baş vermiş bankların qorunan əmanətçilərinə 733,318 mln. manatdan artıq kompensasiya ödənilib. Bu barədə Fonddan xəbər verilib.

Fond tərəfindən “Parabank” ASC-nin qorunan əmanətçilərinə 43,218 mln. manat (ümumi kompensasiya öhdəliyinin 98,5%-i), “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 58,229 mln. manat (80%), “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 27,771 mln. manat (99,9%) və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə 3,087 mln. manatdan (98,7%) artıq kompensasiya ödənilib. 4 bank üzrə ümumilikdə 132,305 mln. manatdan artıq kompensasiya ödənilib.

"Atrabank” ASC-nin qorunan əmanətçilərinə 14,35 mln. manat (98,2%), “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 2,004 mln. manatdan (96%) artıq kompensasiya ödənilib. 2 bank üzrə ümumilikdə 16,354 mln. manatdan artıq kompensasiya ödənişi edilib.

“Bank Standard”ın qorunan əmanətçilərinə 437,346 mln. manatdan artıq kompensasiya verilib. Belə ki, ümumi kompensasiya öhdəliyinin 99,1%-i əmanətçilərə ödənilib.

“United Credit Bank” ASC-nin qorunan əmanətçilərinə 1,743 mln. manatdan artıq kompensasiya (83%) ödənilib.

Ləğv prosesində olan “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 illik müddət yanvarın 27-də başa çatıb və bu tarixədək Bankın qorunan əmanətçilərinə 24,161 mln. manat (97%) kompensasiya ödənilib.

Ləğv prosesində olan “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 illik müddət fevralın 4-də başa çatıb və bu tarixədək “Gəncəbank”ın qorunan əmanətçilərinə 976,44 min manat (94%) kompensasiya ödənilib.

Ləğv prosesində olan “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 illik müddət fevralın 12-də başa çatıb və hmin vaxta kimi Bankın qorunan əmanətçilərinə 120,433 mln. manatdan artıq (98,2%) kompensasiya verilib.



Xəbərin oxunma sayı : 139




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap