|
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Mərkəzi Kəşfiyyat İdarəsi terror hücumlarından necə xəbər tuta bilir? – ŞƏRH
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Bağlarda qalan üzüm: Problemin təkrarlanmaması üçün nə etmək lazımdır?
Tarix 25.09.22, 16:48 |
|
Azərbaycanda ənənəvi olaraq üzüm bağları mövcud olub. Üzümü çox saxlamaq mümkün olmadığından daha çox şərab üçün lazım olan sortlara üstünlük verilib. Bu səbəbdən də, bu gün Azərbaycanın üzüm bağlarının böyük əksəriyyəti bu sortlardan təşkil edilib. Həm də süfrə üzümləri var ki, onlar da geniş istehlak olunur. Onu da qeyd edək ki, dövlət tərəfindən bağ sahiblərinə təsərrüfatlarını genişləndirmələri, düzgün aqrotexniki qulluq göstərmələri üçün subsidiyalar verilir. Nəticə etibarı ilə bağlarda məhsuldarlıq da əvvəlki illərə nisbətən artıb. Ölkə üzrə artıma səbəb həm də Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan ərazilərdə də üzüm bağlarının olmasıdır. Məhsuldarlığın artması ilə paralel olaraq bir sıra hallarda satışla bağlı problemlər müşahidə edilir.
“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.
Misal üçün Cəlilabadda bir neçə üzüm bağının sahibi satış qiymətlərinin ucuzluğundan şikayətləniblər. Sahibkarlar bazarda üzümün qiymətinin aşağı olmasından narazıdırlar və bildiriblər ki, bu qiymət onlara sərf etmir. Müqayisə aparan bağ sahibləri qeyd ediblər ki, ötən il kiloqramını 1 manata satdıqları üzümü hazırda 30-50 qəpiyə satmağa məcburdurlar.
Düzdür, fermerlər onu da qeyd edirlər ki, dövlətin onlara dəstəyi olub. Amma indi qiymətin aşağı olması bağ sahiblərini çətin vəziyyətə salıb. Artıq bir aydır ki, bağ sahibləri məhsul yığımına başlayıblar. Məlumatlara görə, mövsüm başlayandan bu günədək toplanan 7 min tondan çox məhsulun 300 tona yaxını xarici bazarlara ixrac olunub. Məhsulun qalanı yerli bazara çıxarılır. Bu kontekstdə satışla bağlı suallar var. Belə olan halda dövlət bağ sahiblərinə necə kömək edə bilər? Onları üzləşdiyi çətin vəziyyətdən çıxarması üçün hansı addımların atılması mümkündür?
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov açıqlamasında bildirib ki, indiki halda bazarda tələb-təklif məsələsi var:
“Kim istəyirsə, öz məhsulunu sərbəst şəkildə bazara çıxara bilər. Sahibkarlar öz məhsullarının istər topdan, istərsə də pərakəndə şəkildə satışını həyata keçirə bilərlər. Bazarlar var, nazirlik tərəfindən “Kənddən şəhərə” adlı yarmarkalar təşkil olunur. Əgər sahibkarlar öz məhsullarını satmaqda çətinlik çəkirlərsə, bizə müraciət edib, bu yarmarkalarda iştirak edə bilərlər. Bunu üçün hər bir imkan yaradılıb”.
Kənd təsərrüfatı üzrə ekspert Cəfər İbrahimli bildirib ki, rəsmi statistikaya əsasən, son illərdə üzüm əkin sahələri artmır:
“Ümumilikdə ölkədə 16 min hektar üzüm bağı var. Son illərdə üzüm əkin sahələri artmasa da, məhsul istehsalı artır. Məhsuldarlığın artması dövlətin üzüm bağlarına ayırdığı subsidiyalar fonunda qulluq səviyyəsinin yüksəlməsi ilə əlaqədardır”.
Ekspert qeyd edib ki, Qarabağda və bütövlükdə işğaldan azad edilmiş ərazilərdə də müəyyən üzüm bağları var idi:
“Bir müddət əvvələ qədər həmin bağların bərpası prosesi gedirdi. Ola bilsin ki, bu il həmin bağlardan da məhsul əldə olunub. Hazırda əlimizdə dəqiq məlumat yoxdur və istehsal olunan məhsulun dəqiq həcmi məlum deyil. Bizim əldə etdiyimiz üzümün az bir hissəsi Rusiya başda olmaqla xarici ölkələrə ixrac olunur. Qalan məhsul isə daxili bazara yönləndirilir ki, bundan süfrə üzümü kimi və şərabçılıqda istifadə edilir. Ümumiyyətlə, Azərbaycanda meyvə və bu qəbildən olan bitkilərin istehsalında bu problem var. Biz bunu xurma, alma ilə bağlı da müşahidə edə bilərik. Yəni bəlli vaxtda qiymətlər çox aşağı düşür, bağ sahibləri gəlir əldə etməyə çətinlik çəkirlər, saxlama məsələlərində problemlər yaranır”.
C.İbrahimli vurğulayıb ki, bu kimi problemlərin təkrarlanmaması üçün ölkədə mütləq emal sənayesi inkişaf etdirilməlidir:
“Bu, digər sahələrlə yanaşı, üzümçülüyə də aiddir. Kənd təsərrüfatının emal sənayesini inkişaf etdirmədən bu problemləri həll etmək mümkün deyil. Fermer nə qədər məhsul istehsal edirsə, onu realizə etmək imkanları olmalıdır. Üzümün bir hissəsi də dərilən kimi satışa çıxarılmalı, qalanı isə emal olunmalıdır. Biz üzümdən həm şərabçılıqda, həm də onu qurutmaqla istifadə edə bilərik. Biz hazırda bu məhsulları, xüsusilə qurumuş üzümü idxal edirik. Qeyd etdiyim kimi, qarşıdakı illərdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarındakı bağlarda da istehsalın artacağı gözləniləndir. Bütün bunların fonunda regional emal müəssisələrinin qurulması həm məhsulun qiymətinin tənzimlənməsinə, həm də ölkə iqtisadiyyatı üçün əlavə dəyər zəncirinin yaranmasına yardımçı ola bilər”.
Xəbərin oxunma sayı : 409
Sosial
Xəbərlər
-
Xankəndidə tələ partlayıcı qurğular aşkarlanıb - VİDEO
-
Bakıda restoran sahibləri cəzalandırıldılar - RƏSMİ
-
Naxçıvanda 10 aydan çoxdur ki, maaş ala bilməyən işçilər etiraz etdilər - VİDEO
-
30-a yaxın israilli general HƏMAS-ın girovluğundadır – KİV
-
Şuşaya köç başlayır - Tarix açıqlandı
-
Moskvada sərgidə qənimət götürülmüş NATO tankı nümayiş etdiriləcək - VİDEO
-
Üç ayda 170 avtomobil yanıb: FHN əsas səbəbləri açıqladı
-
Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA/VİDEO
-
“Azərbaycan parlaq gələcəyini inamla qurur“ - Sadıq Japarov
-
Bakıda dələduz şəbəkə peyda olub – Mənzilləri, obyektləri kirayələyib...
-
100 milyon da son hədd deyil - İlham Əliyev
-
ABŞ-nin Rusiyadakı səfirliyi zəhərlənmədən ehtiyat edir - SƏBƏB
-
“Ermənistan özü işğalı sonlandırmağa qərar verdi“ - Elçin Əmirbəyov
-
Respubilkanın sabiq baş pediatırı intihar edib - Prokurorluqdan açıqlama
-
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - FOTO
-
Tanınmış iş adamı deputat olacaq? - İDDİA
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - VİDEO
-
Roza Zərgərli pedaqoji fəaliyyətə başlayıb - VİDEO
-
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib - FOTOLAR
-
Benzinlə qadını yandıran şəxs vəzifəli şəxsin oğludur - Yeni faktlar
-
Prezidentdən Allahverən İsmayılovla bağlı – Sərəncam
-
Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər (VİDEO)
-
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - FOTO
-
Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı xəbərdarlıq: Komissiya yaradılması təklif edildi
-
“NATO-nun Finlandiyadakı təlimləri təxribat xarakterlidir” - Zaxarova
-
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başladı
-
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR +VİDEO
-
AMEA-da yeni şöbələr yaradılıb - Kadr təyinatları olub
-
Sadır Japarov Bakıya gəldi - FOTO
-
Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı
-
Bakıda taksilər gediş haqqı qiymətini qaldırdı - VİDEO
-
“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO
-
Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var - Ramiz Mehdiyevin qohumudur
-
Hadrut yenidən qurulur - Ən son görüntülər
-
Baş nazir iclas keçirib - Holdinqin İdarə Heyətinə tapşırıqlar verilib
-
“Rusiya yaxın günlərdə Ukrayna ərazisinə hücumları gücləndirəcək“ - ABŞ institutu
-
Yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
-
“Sənəd masama qoyulan kimi onu imzalayacağam” - Bayden
-
Beyləqanda dəhşətli cinayət: Ferma sahibi toyuq hinində çobanın arvadına təcavüz etdi
-
Keyfiyyətsiz gün eynəklərinin qorxunc fəsadları - VİDEO
-
Masazırda vətəndaşa məxsus torpaq sahəsi zəbt edilərək ev tikilir - İDDİA + VİDEO
-
Dünyada ABŞ-dən narazılıq artır - QLOBAL SORĞU
-
"35 ildir Aygünü sevmişəm" - Faiq Ağayev
-
“Britaniya sənayesi müharibə rejiminə keçir” - Sunak
-
Sumqayıtda 28 ailənin bir qaz sayğacı var: Limit necə hesablanır?
-
“Üçüncü dünya müharibəsi artıq gedir” - Podolyak
-
Rusiya müdafiə nazirinin müavini saxlanılıb - Külli miqdarda rüşvət görə
-
MDB-nin fond birjaları üçün yeni dövr: Azərbaycan və Özbəkistan yol açır
-
Şirkət işçilərin hüquqlarını pozdu: 20 min cərimələndi
-
“BAM-ın gücü 12 ildə 3 dəfə artıb“ - Putin
-
“Vətəndaş nikahı qanunsuzdur“ - Spiker
-
“ABŞ Ukraynaya 1 milyardlıq hərbi yardım paketi hazırlayır” – “Reuters”
-
Bu gün toyları olacaqdı - Heç biri həyatda deyil...
-
İran hakimiyyəti ölkə əhalisinə divan tutur - VİDEO
-
Sabah bəzi ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq
-
Qrunt suları Binə qəsəbəsinin sakinlərinin evlərinə doldu - VİDEO
-
Ərdoğan iqamətgahında uşaqlarla görüşdü - Fotolar
-
“Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar“ - Prezident
-
Rusiya-Azərbaycan münasibətləri qarşılıqlı məmnunluq doğurur
-
Azərbaycanda “Sığorta ödənişinin verilməsi Qaydası” dəyişdi - QƏRAR
-
Mikayıl Cabbarov səyyar vergi yoxlaması haqda qərar imzaladı - Dəyişiklik
-
“Ukrayna müharibə başlayandan yarım milyon hərbçisini itirib“ - Şoyqu
-
İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır
-
Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
-
“Türkiyədə yeni konstitusiya ilə bağlı proses başlayır” - Numan Kurtulmuş
-
“Ermənistan “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb” - Prezident
-
Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib - FOTOLAR
-
Qubadlıda sərhədçilər üçün yaşayış binası istifadəyə verilib - FOTO/VİDEO
-
Xətai rayonunda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar - VİDEO
-
Üç ayda xaricə 25 min ton alma satmışıq – Qiyməti nə qədər bahalaşıb?
-
“Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik“ - Prezident
-
Münasibətlərimizin inkişafına yeni təkan verəcək görüş
-
Binəqədidə sürücülük məktəbi ilə bağlı ilginc iddia - “Asan“ yolla sürüclük kursu arayışı almaq olur?
-
“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi - FOTOLAR
-
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı - FOTO
-
“Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq” - İlham Əliyev
-
“Narkotik artıq məktəblərə yol tapıb“ - Siyavuş Novruzov
-
“İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var“ - Azərbaycan lideri
-
Ceyhun Bayramov Çexiyanın Baş naziri ilə görüşüb - FOTO
-
Binəqədidə yol problemi: “Yağış yağanda şəhərə çıxmaq mümkün deyil”
-
Ümid edirəm ki, Ermənistan düzgün yolu seçər - Ərdoğan
-
Şimali Koreyadan nüvə əks-hücum təlimi – FOTOLAR
-
Azərbaycan-Rusiya əlaqələri daha da güclənəcək
-
Rayonlara yağış yağacaq, dolu düşəcək - Sabahın havası
-
“Paşinyan dedi ki, mən gedirəm, sonra torpağın əsil sahibi İlham Əliyev özü gələcək” – Zahid Oruc
-
Serenay Sarıkaya ilk dəfə sevgilisi ilə əl-ələ görüntüləndi - FOTOLAR
-
Uşaq bağçasında mənimsəmə - Cinayət işi açıldı
-
Masallıda narkotiklərin satışı ilə məşğul olanlar saxlanılıblar - FOTO
-
Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT
-
Tavuşda gərgin vəziyyət: “Yerkrapa” üzvləri maşını etirazçıların üzərinə sürdülər
-
Bakıda məktəblilərə siqaret satanlar cərimələniblər - FOTO/VİDEO
-
“65 yaşıma qədər işləmək istəyirəm” - Mourinyo
-
Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI
-
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
-
Röyal Sarıməmmədov Pirallahının icra başçısı olmaq üçün hərəkətə keçib? - İDDİA
-
Bu qaydanı pozan sürücülər 200 AZN cərimələnəcək - RƏSMİ
-
Milli Məclisin növbəti iclası başlayıb - Gündəlikdə 18 məsələ var
-
AMEA-nın qarşısındakı parkda oturacaqlar niyə yoxa çıxıb? - AÇIQLAMA/FOTO
-
İsrail İrana atdığı raketi özü məhv edib - “The New York Times”
-
Gürcüstan bazarında böhran - Azərbaycanda hansı avtomobillər ucuzlaşacaq?
-
Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri barəsində cərimə protokolu tərtib edilib - FOTO
-
Arxektura komitəsində “göydələn biznesi“ - Ramin Abdullayev hər ay onlarla mənzilə necə sahiblənir?
-
“İranda etnik azərbaycanlılar ayrı-seçkiliyə məruz qalır“ - Dövlət Departamenti
-
Bəzi bölgələrə yağış, Şahdağa sulu qar yağıb - FAKTİKİ HAVA
-
Qərb ölkələrində “Çin casusu” xofu: Beş nəfər həbs olundu
-
Həyət evlərinin satışında yaranan durğunluğun səbəbi nədir? - VİDEO
-
Ərli qadınla subay oğlanın şok hərəkəti: - “Rayona getdik, kənddə axşam...“
-
Kanalizasiya suyu aylardır küçəyə axır - ŞİKAYƏT + VİDEO
-
Son günlər turşulardan zəhərlənmə halları artıb: SƏBƏB NƏDİR?
-
Füzuli şəhərinə növbəti köç karvanı yola düşdü - FOTOLAR
-
Lətifənin fərqli tərzi - Fotolar
-
Ev telefonlarına olan tələbat niyə azalıb? - VİDEO
-
Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb
-
Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə
-
“Heydər Əliyev əlindən gələni əsirgəmirdi” - Putin
-
Ali məktəbləri bitirən tələbələr işə təyinat ala biləcəklər? - VİDEO
-
Kanalizasiya xətlərinin tez-tez tıxanmasına səbəb nədir? - VİDEO
-
Şagirdlər daha ev tapşırığı etməyəcəklər? - Nazirlikdən açıqlama
-
“Vladimir Putin və Heydər Əliyev iki ölkə arasında dostluq münasibətlərinin əsasını qoyublar” - İlham Əliyev
-
Hakimlərə etirazı rədd edildi - İndi də prokurordan narazıdır
TOP 10
ARXİV