“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Başqasının şəxsiyyət vəsiqəsi ilə icazə alan şəxslər saxlanıldı - VİDEO

Tarix 30.06.20, 21:50

Font ölçüsü : - / +
bitmap-img6


Ölkədə “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi”nin 8103 nömrəsinə gün ərzində heç bir səbəb olmadan dəfələrlə əsassız, o cümlədən başqasının şəxsiyyət vəsiqəsinin seriya nömrəsindən istifadə etməklə müraciət edən şəxslərin kimliyi müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, bu üsuldan istifadə edərək karantin qaydalarını pozan ümumilikdə 88 nəfərin şəxsiyyəti müəyyən edilib. Həmin şəxslər polis idarə, şöbə və bölmələrinə dəvət olunaraq onlarla profilaktik söhbətlər aparılıb, izahatları alınaraq xəbərdarlıq ediliblər.

Onların nəzərlərinə çatdırılıb ki, növbəti dəfə belə hallara yol verəcəkləri təqdirdə barələrində daha ciddi inzibati tədbirlər görüləcək: "Odur ki, vətəndaşlarımızı bir daha 8103 nömrəsindən aidiyyatı üzrə istifadə etməyə çağırır, bu zaman sui-istifadə hallarına yol verməməyi tələb edirik. İcazələrin Alınması və Monitorinqi Sisteminə daxil olan bütün müraciətlər ciddi və hərtərəfli araşdırılır. Müxtəlif əsassız bəhanələrlə və ya başqasının şəxsiyyət vəsiqəsinin seriya nömrəsindən istifadə etməklə qanunsuz olaraq 8103 qısa nömrəsi vasitəsi ilə icazələr alaraq sanitariya-gigiyena və karantin rejiminin tələblərini pozan şəxslərin müəyyən edilməsi istiqamətində tərəfimizdən tədbirlər davam etdirilir".





Xəbərin oxunma sayı : 1903




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap