Evlilik üçün oğlundan icazə aldı Bu dəfə də geyimi ilə gecəyə damğa vurdu - Fotolar 52 yaşı olduğuna inanmaq çətindir - Fotolar Səmra sinə dekoltesi ilə meydan oxudu - VİDEO
Axtar
 
  • / Maqazin / — 08 Yanvar 2019

    Evlilik üçün oğlundan icazə aldı

  • / Maqazin / — 05 Yanvar 2019

    Bu dəfə də geyimi ilə gecəyə damğa vurdu - Fotolar

  • / Maqazin / — 05 Yanvar 2019

    52 yaşı olduğuna inanmaq çətindir - Fotolar

  • / Maqazin / — 04 Yanvar 2019

    Səmra sinə dekoltesi ilə meydan oxudu - VİDEO

  • / Maqazin / — 03 Yanvar 2019

    Mənzurə Musayeva ailə quracaq: Üçüncü dəfə... - Video

  • / Maqazin / — 03 Yanvar 2019

    Pərvin gecə klubunda ətəyini qaldırıb belə rəqs etdi - VİDEO


“Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır...“ - Prezident İlham Əliyevdən xalqa mühüm mesajlar

Prezident əmək pensiyaları ilə bağlı dəyişikliyi təsdiqlədi - Yanvarın 1-dən belə hesablanacaq...

Dövlət tibb müəssisələri Səhiyyə Nazirliyinin tabeliyindən çıxarıldı - Oqtay Şirəliyev “portfel nazirə” çevrilir

İcra başçısının müavini 6.5 milyon manatlıq cinayət işində - İfadə verdi

Tramp Qafqazda hücuma keçəcək, əsas diqqət Ermənistana yönəlib... - Mərkəzi Kəşfiyyatın “Kölgəsi“ sensasion analiz yaydı

Bizə kolbasa və sosis adına Çin istehsalı olan “poroşok” yedizdirirlər? – Araşdırma

Eldar Mahmudovun istintaqa ifadəsi yayıldı – 30 milyonu ölkədən kimlər, necə çıxarıblar?

AZAL şefinin təyyarəsi “Abel zolağına“ enir? – Adı dəyişdirilən bank müəmması

Abel Məhərrəmovun milyonluq mülkləri və bahalı avtomobilləri...– Akademik də villabaz imiş!

Azərbaycanda problemi kreditlərin həlli yolları:ekspert hökumətə təkliflər ünvanladı (Təhlil)

Deputatla icra başçısı arasında “30 minlik“ qalmaqal - Adil Əliyevin hansı küçədəki obyektə qapı açdırmaq istədiyi bilindi

“Polis qeyri-qanuni aksiyanın qarşısını alıb” – Prezidentin köməkçisi

Səudiyyə taxtının yeni varisi kim olacaq? – 2 ssenari və 2 mümkün namizəddən biri.... - TƏHLİL

Qars-Naxçıvan dəmiryol xəttinin inşası Ermənistanı qorxuya salıb: “Türkiyə Naxçıvanda əməliyyat meydanı yaradır”

Başqasının mənzilində məskunlaşmış məcburi köçkünlərə ev veriləcək

Tarix 07.11.18, 11:56

Font ölçüsü : - / +
bitmap-img6


Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında məcburi köçkünlərlə bağlı bir sıra məsələlərə toxunub. O cümlədən, mənzillərin verilməsində neqativ halların aradan qaldırılması, şəffaflığın və ədalətliliyin təmin edilməsi ilə bağlı tapşırıqlar verib.

Vətəndaşları düşündürən məsələlərdən biri də paytaxtda və digər rayonlarda başqasının mənzilində müvəqqəti məskunlaşmış məcburi köçkünlərin yeni evlərlə təmin olunub-olunmayacağıdır. Bu haqda saytımıza çoxsaylı müraciətlər daxil olub.

Qaçqın və Məcburi Köçkünləri İşləri Üzrə Dövlət Komitəsindən Qaynarinfo-nun sorğusuna cavab olaraq bildirilib ki, başqasının mənzilində müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə bağlı məsələ Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin daima nəzarətindədir və müvafiq qurumlar qarşısında qaldırılır: “Belə ki, Bakı və Sumqayıt şəhərlərində başqasının mənzilində məskunlaşmış məcburi köçkünlərlə bağlı icra hakimiyyətlərinə müraciət edilib, onların sayı, ailə tərkibi ilə bağlı məlumat əldə olunub və ümumiləşdirmələr aparılıb. Eyni zamanda Ədliyyə Nazirliyinə müraciət edilərək başqasının mənzilində məskunlaşmış məcburi köçkünlərlə bağlı verilmiş məhkəmə qətnamələri toplanıb. Əldə edilmiş məlumatlarla əlaqədar aidiyyəti dövlət orqanları ilə müzakirələr aparılıb və təkliflər hazırlanıb.

Komitədən bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 21 fevral tarixli 1346 nömrəli Sərəncamı ilə “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na Əlavələrin 1.4-cü bəndinə əsasən Bakı və Sumqayıt şəhərlərində başqa vətəndaşlara məxsus olan mənzillərdə müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinin köçürülməsi məqsədilə yaşayış evləri tikiləcək: “Dövlət proqramının müvafiq bəndi müəyyən səbəblərdən hələ tam icra olunmasa da, yaxın gələcəkdə bu məqsədlə yeni yaşayış evlərinin tikintisi, yaxud hazır mənzil alınaraq məcburi köçkünlərin ora köçürülməsi nəzərdə tutulub.  Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamının 2-ci bəndinə əsasən işğal olunmuş rayonlar işğaldan azad edilənə qədər məcburi köçkünlərin mülkiyyət formasından asılı olmayaraq 1992-98-ci illərdə məksunlaşdıqları mənzillərdən çıxarılması dayandırılır. Lakin “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin icrası ilə əlaqədar Nazirlər Kabinetinin 1999- cu il 24 dekabr tarixli 200 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin başqa yaşayış sahəsinə köçürülməsi” Qaydasının tələblərinə əsasən müvəqqəti məskunlaşmış məcburi köçkünlər digər şəxslərin mənzil hüququnu pozduqda, onlar həmin yaşayış məntəqəsi ərazisində zəruri tələblərə cavab verən başqa yaşayış sahəsi ilə təmin olunmaqla köçürülə bilər”.



Xəbərin oxunma sayı : 157

loading...

Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda