Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Baba Rzayevin qardaşı “Azərişıq“dan 1,7 milyon manatlıq tender uddu

Tarix 26.02.21, 23:09

Font ölçüsü : - / +
bitmap-img6


“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin elan etdiyi tenderin qalibi məlum olub.

AzFakt.com "Kommersant.az"-a istinadən xəbər verir ki, “Azərişıq” Açıq Səhimdar Cəmiyyəti tərəfindən "Müxtəlif kabellərin satın alınması" məqəsədilə keçirilən tender müsabiqəsinin qalibi "Göknur Bakı LTD" MMC olub.

“Azərişıq” Açıq Səhimdar Cəmiyyəti "Müxtəlif kabellərin satın alınması" məqəsədilə "Göknur Bakı LTD" MMC şirkətinə 1 milyon 716 min 428 manat ödəycək.

Məlumat üçün bildirək ki, "Göknur Bakı LTD" MMC 02.09.2003-cü il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 6 milyon 349 min manat olan NNC-nin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu Ziya Bünyadov, ev 11, məhəllə 2062-də yerləşir. MMC-nin qanuni təmsilçisi Rzayev Rahib Hüseynağa oğludur.

Onu da bildirək ki, Rzayev Rahib Hüseynağa oğlu uzun illər – 2006-2018-ci illərdə “Azərişıq” Açıq Səhimdar Cəmiyyətinə rəhbərlik edən Rzayev Balababa (Baba) Hüseynağa oğlunun qardaşıdır. Baba Rzayev 2018-ci ildən etibarən “Azərişıq” Açıq Səhimdar Cəmiyyətinin əsas tərəfdaşı və yeganə elektik enerjisi tədarükçüsü olan “Azərenerji” Açıq Səhimdar Cəmiyyətinə rəhbərlik edir.

Baba Rzayev “Bakıelektrikşəbəkə”Açıq Səhimdar Cəmiyyətinin sədri olduğu zaman – 2011-2015-ci illərdə də "Göknur Bakı LTD" MMC ilə ASC arasında onlarla tender müqaviləsi imzalanıb.

Qeyd edək ki, “Dövlət Satınalmaları Haqqında” Qanunun 13-cü maddəsində göstərilir ki, satınalma prosedurları zamanı satınalan təşkilatın təmsilçisi satınalma prosedurlarında iştirak edən iddiaçının vəzifəli şəxsi ilə birbaşa qohumluğu, həmçinin təsisçilik və asılılıq münasibətləri olanlar ola bilməz.

Onu da bildirək ki, bir il əvvəl qanuni təmsilçisi “Azərişıq” Açıq Səhimdar Cəmiyyətinin sabiq sədri Baba Rzayevin qardaşı Rahib Rzayev olan "Göknur Bakı LTD" MMC-nin “Azərişıq” ASC-dən 17,3 milyon manat dəyərində tender müsabiqəsini udub.



Xəbərin oxunma sayı : 745




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap