Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Bacanağım qızıma pulla cinsi əlaqə təklifi edib” – Dəhşətli qətlin təfərrüatı

Tarix 15.01.19, 20:02

Font ölçüsü : - / +
bitmap-img6


Abşeron rayonunda namus üstündə bacanağını öldürməkdə təqsirli bilinən Şahin Qasımovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

İttihama görə, Abşeron rayonu Saray qəsəbəsində 1976-cı il təvəllüdlü Müşviq Abbasov bacanağı Şahin Qasımov tərəfindən bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

İstintaq orqanı tərəfindən Şahin Qasımovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

İttihama münasibət bildirən Şahin Qasımov özünü təqsirli bilib.

O, bacanağını namus üstündə öldürdüyünü deyib: “Qızım ailə həyatı qursa da, sonradan boşanmışdı. Mənim evimdə qalırdı. Bir gün bacanağım Müşviq Abbasov bizə gəldi, yeyib-içəndən sonra qızıma sataşdı. Hətta arvadıma da söz deyirdi. Buna görə onu bıçaqladım”.

Şahin Qasımov əməlindən peşman olmadığını deyib: “Bacanağımın bu binamus hərəkətlərindən xəbərsiz idim. Qızıma pulla cinsi əlaqəyə girməyi təklif edib. Belə qeyrətsiz adamı yaxşı ki öldürdüm”.

Növbəti proses yanvarın 21-də davam edəcək.



Xəbərin oxunma sayı : 283




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap