Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Bahalaşma büdcəyə nə qazandıracaq?

Tarix 27.11.17, 0:18

Font ölçüsü : - / +
bitmap-img6


Minik avtomobillərinə gömrük rüsumu gələn ildən artacaq. 1,5 motordan yuxarı, yeni avtomobilə görə mühərrikin 1 kubsantimetri üçün 0,70 dollar, istismar olunmuş avtomobillərin mühərrikinin həcminin hər 1 kubsantimetri üçün 1,2 dollar rüsum alınacaq

Azərbaycana idxal edilən minik avtomobillərinə tətbiq edilən idxal gömrük rüsumu gələn il yanvarın 1-dən dəyişəcək.

Bu, Nazirlər Kabinetinin 17 noyabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilən “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətinin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə əksini tapıb.

Hazırda qüvvədə olan “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” qərara əsasən mühərrikinin silindrlərinin işlək hissəsinin həcmi 1500 kubsantimetrdən çox, lakin 1800 kubsantimetrdən çox olmayan təzə minik avtomobilləri üçün idxal gömrük rüsumu mühərrikin həcminin hər 1 kubsantimetri üçün 0,40 dollar, istismar olunmuş belə avtomobillərin mühərrikinin həcminin hər 1 kubsantimetri üçün 0,70 dollardır. Mühərrikinin silindrinin işlək hissəsinin həcmi 1800 kubsantimetrdən çox, lakin 3000 kubsantimetrdən çox olmayan və mühərrikinin silindrlərinin işçi həcmi 3000 kubsantimetrdən çox olan avtomobillər üçün də idxal gömrük rüsumu mühərrikin həcminin hər 1 kubsantimetri üçün 0,40 dollar, istismar olunmuş belə avtomobillərin mühərrikinin həcminin hər 1 kubsantimetri üçün 0,70 dollardır.

Yeni qərara əsasən, mühərrikinin silindrlərinin işlək hissəsinin həcmi 1500 kubsantimetrdən çox, lakin 1800 kubsantimetrdən çox olmayan, mühərrikinin silindrlərinin işçi həcmi 1800 kubsantimetrdən çox, lakin 3000 kubsantimetrdən çox olmayan və mühərrikinin silindrlərinin işçi həcmi 3000 kubsantimetrdən çox olan təzə və istismar olunmuş minik avtomobilləri üçün idxal gömrük rüsumu artırılıb. Bu kateqoriyalardan olan təzə minik avtomobilləri üçün idxal gömrük rüsumu mühərrikin həcminin hər 1 kubsantimetri üçün 0,70 dollar, istismar olunmuş belə avtomobillərin mühərrikinin həcminin hər 1 kubsantimetri üçün 1,2 dollar olacaq.

Qeyd edək ki, mühərrikinin silindrinin işlək hissəsinin həcmi 1000 kubsantimetrdən çox olmayan və mühərrikinin silindrinin işlək hissəsinin həcmi 1000 kubsantimetrdən çox, lakin 1500 kubsantimetrdən çox olmayan minik avtomobilləri üçün gömrük idxal rüsumu dəyişməyib. Bu kateqoriyalarda təzə minik avtomobilləri üçün idxal gömrük rüsumu mühərrikin həcminin hər 1 kubsantimetri üçün 0,40 dollar, istismar olunmuş belə avtomobillərin mühərrikinin həcminin hər 1 kubsantimetri üçün isə 0,70 dollardır. Hazırda Azərbaycanda maşın bazarında vəziyyət qeyri-dinamikdir. Bazarda alqı-satqı əməliyyatlarının sayında kəskin şəkildə azalma müşahidə olunur. Bunun bir sıra səbəbləri var. İlk öncə ölkədə yanacağın qiymətinin artması, əhalinin alıcılıq qabiliyyətinə təsir göstərdi. Bir müddət öncə Aİ-92 markalı yanacağın qiyməti qalxandan sonra dizellə işləyən avtomobillərə tələbat çoxaldı. Benzinlə işləyən maşınlar artıq çox alınmadığından qiymətin ucuzlaşacağı gözlənilsə də, əksinə olub. Hazırda bazarda həm benzinlə, həm də dizellə işləyən avtomobillərin qiymətlərində artım müşahidə olunur.

Üstəlik, noyabrın 11-də “Aİ-95” premium və “Ai-98” super markalı benzinin qiymətində artım baş verib. Hazırda xaricdən idxal edilən “Aİ-95” premium markalı benzinin yeni qiyməti 1,25 AZN, “Ai-98” super markalı benzinin qiyməti 1,50 AZN təşkil edir. Ölkədə hər iki markalı benzindən sürücülərin az qismi istifadə edir. Yeni qiymətlərin yalnız lüks avtomobil sürücülərinə təsir edəcəyi deyilir.

Dövlət Gömrük Komitəsinin açıqladığı statistikaya əsasən, 2017-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana ümumilikdə 8102 ədəd avtomobil idxal olunub. Bu isə ötən ilin analoji dövrü ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayının 3753 ədəd və ya 86,29 faiz artımı deməkdir.

Yanvarın 1-dən gömrük rüsumların artırılacağını nəzərə alsaq, avtomobil bazarında yeni bir bahalaşma dalğasının anonsunu vermək olar. Ekspertlər hesab edir ki, gömrük rüsumlarının artırılması, dövlət büdcəsinə daxilolmaların həcminə təsir etməyəcək. Nəzərə alsaq ki, xaricdən yeni gətirilən avtomobillərin qiyməti həddən artıq bahadır, buna görə bazarda tələbat əsasən ikinci əl maşınlaradır. Alıcılıq qabiliyyətinin aşağı olduğunu nəzərə alsaq, bu praktikanın nə qədər xeyir verəcəyi sual alındadır. Bazarda elə qiymət olmalıdır ki, malın alıcısı olsun. Alıcı olmayandan sonra qiymətin baha olmasının bir önəmi də qalmır.

İqtisadçı-ekspert Nazim Bəydəmirli “Cümhuriyət” qəzetinə bildirib ki, idxal edilən minik avtomobillərinə tətbiq edilən idxal gömrük rüsumunun artırılması, fiskal siyasətin bir hissəsidir: “Əslində hökumətin qarşısına qoyduğu məqsəd gəlirlərini həm aksiz vergiləri vasitəsilə, həm də idxaldan əlavə dəyər vergisi (ƏDV) hesabına artırmaqdır. Ancaq dünya praktikasında belə fiskal siyasətlər qəbul olunmur. O ölkələrdə avtomobillərin gömrük rüsumları və aksizlər artırılır ki, onun daxili istehsalı var və o, bu istehsalı müəyyən sahədə qorumaq istəyir. Çox təəssüf ki, Azərbaycanda yerli avtomobil istehsalı olmaya-olmaya müxtəlif monopolistlər avtomobillərin yığımı ilə bağlı belə qərar qəbul edir. Əslində avtomobillərin yığımı uzun hədəf deyil. Yaxşı olardı ki, idxalçılar öz vəsaitləri hesabına dünya brendləri olan avtomobil holdinqlərinin Azərbaycanda müəssisəsini açsın. Beləliklə həm daxili bazara lazım olan, həm də qonşu ölkələrə ixrac edə biləcəyimiz avtomobillərin yığımı təşkil olunar. Bu, daha məntiqli olardı. Yalnız bundan sonra gömrük rüsumlarının və aksizlərin artırılmasına müsbət yanaşmaq olardı. Müxtəlif maliyyə mexanizmləri ilə vətəndaşın məcburən daha çox rüsum ödəyərək avtomobil istifadə etməsi, əhaliyə daha çox ziyan vuracaq və iqtisadiyyata heç bir köməyi olmayacaq”.

İqtisadçı onu da vurğulayıb ki, kommersiya məqsədilə Azərbaycana idxal olunan avtomobillər əsasən işlənmiş olur: “Yeni avtomobillərin idxalı o qədər də yüksək səviyyədə deyil. Çünki Azərbaycanda bankların verdiyi avtomobil kreditləri çox riskli olduğu üçün bir neçə ildir bu növ kreditlər maliyyələşdirilmir. Adətən inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə yeni avtomobillərin satışı kredit resursları ilə həyata keçirilir. Azərbaycanda bu cür mexanizm olmadığına görə ölkəyə böyük sayda avtomobillərin idxalını proqnozlaşdırmıram. Əslində, çox az bir hissənin avtomobil gətirməyinə görə əlavə rüsumun tətbiq olunması, dövlət büdcəsinə əlavə gəlir gətirməyəcək. Dövlət büdcəsini artırmağın yolları iqtisadi fəaliyyətdən, inhisarçılığın ləğv olunmasından və sahibkarlığa real mənada dəstəkdən keçir. Buna görə hökumət ilk növbədə idarəetmə xərclərini azaltmalı, Nazirlər Kabineti optimallaşdırılmalıdır”.

Nazim Bəydəmirli deyib ki, büdcə vəsaitlərini artırmaq üçün ikili mühasibatlıq ləğv olunmalıdır: “2018-ci ilin dövlət büdcə gəlirinin vergidən toplanan maliyyə resursu 45 faizdir. Qonşu Gürcüstanla büdcə gəlirinin vergidən toplanan maliyyə resursu 94 faizdir. Hesab edirəm ki, ikili mühasibatlığı azaltmaq üçün Sosial Müdafiə Fondunun sığorta yığma haqqı ləğv olunub Vergilər Nazirliyinə verilməlidir. Ümumilikdə gəlir vergisi və sosial sığorta haqları birləşdirilib sosial vergi 20 faizdən götürülməlidir. Bununla da ikili mühasibatlıq ləğv olunmalıdır.

Büdcə gəlirlərini bu yolla artırmaq olar. Çünki statistiki rəqəmlərdə Azərbaycanda işsizliyin aşağı olduğu göstərir. Ancaq vergilər və sosial sığorta haqqı ilə toplanan vəsaitlər bunun tam əksini göstərir. Bu baxımdan 2018-ci ilin dövlət büdcəsinin rəqəmlərini gördükdə bu islahatların olmadığını çox təəssüflə qarşıladım. Hesab edirəm ki, dövlət davamlı olaraq öz cari xərclərini ödəmək üçün yenə də Dövlət Neft Fondundan vəsaitlər alır. Gələcək nəsillərə toplanmalı olan vəsaitləri artıq indidən xərcləyirik. İnhisarçılıq da öz yerindədir bunu da yaradan məmur sahibkarlığıdır. Məmur sahibkarlığı ləğv olunmasa, Azərbaycanda iqtisadi fəaliyyət hesabına dövlət büdcəsinin gəlirlərinin artırılması ilə bağlı ümid yoxdur”. (cebhe.info)



Xəbərin oxunma sayı : 199




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap