![]() |
|


645.jpg)






8.jpg)




Bahalaşma davam edir - qiymət artımının əsl və süni səbəbləri
Tarix 19.11.21, 12:37 |
|

Ekspert: "Daxildə istehsal olunmayan məhsulların idxalı vergi-rüsuma cəlb edilməməlidir"
Azərbaycan bazarında hiss olunacaq dərəcədə bahalaşma var və bu proses davam etməkdədir. Xüsusilə ərzaq məhsullarının qiymətində ciddi artım müşahidə olunur. Dövlət Statistika Komitəsinin məlumatına əsasən 2021-ci ilin yanvar-oktyabr aylarında istehlak qiymətləri indeksi 2020-ci ilin eyni dövrünə nisbətən 5,7 faiz artıb. Bu zaman ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə bahalaşma 6,7 faiz, qeyri-ərzaq məhsulları üzrə 4,6 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5,0 faiz təşkil edib. Cari ilin oktyabr ayında istehlak qiymətləri indeksi əvvəlki ilin oktyabr ayına nisbətən 10 faiz artıb. Bu zaman ərzaq məhsulları, içkilər və tütün məmulatları 13,1 faiz, qeyri-ərzaq məhsulları 6,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər 8,4 faiz bahalaşıb.
Xatırladaq ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov büdcə layihəsinin Milli Məclis komitələrində müzakirəsi zamanı yerli istehsal olan malların bahalaşmasından danışmışdı. Nazir ərzaq qiymətlərindəki artımı əsasən xarici amillərlə əlaqələndirib: “Dünya bazarlarında son 12 ildə ən yüksək qida qiymətləri bu il müşahidə olunur. Bu sahədə, xüsusilə ölkəyə idxal olunan qida məhsullarını qeyd edə bilərik. Hətta Azərbaycanda istehsal olunan məhsul olsa belə, qiymətlərlə bağlı bir təzyiq var”.
Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov isə ölkənin ərzaq təhlükəsizliyinə diqqətin artırılmasını təklif edib: “Azad rəqabəti təmin etməliyik. Ölkənin ərzaq təhlükəsizliyinin səviyyəsi yüksəldilməlidir”. E.Rüstəmov bildirib ki, qiymət artımına təsir edən təbii amillər var: “Amma süni qiymət artımı rəqabət rejimində olan problemlərlə bağlıdır. Biz azad rəqabəti təmin etməliyik”. Baş bankirin sözlərinə görə, bitki yağının, şəkərin qiymətinin artması daha da sürətlənib və buna qlobal tələbatın, yanacaq, gübrə və logistika xərclərinin artması təsir edib.

Azərbaycanın ərzaq təminatının mühüm hissəsinin idxal məhsulları hesabına təmin olunduğunu nəzərə alsaq, qlobal bazardakı dəyişikliklərin ölkədəki qiymətlərə təsirinin qaçılmaz olduğunu söyləyə bilərik. Qlobal bazarda isə bahalaşma davam edir. BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına əsasən oktyabr ayında qlobal ərzaq indeksi sentyabrdakından 3,9 bənd, ötən ilin oktyabrındakından isə 31,8 bənd yüksək olmaqla 133,2 bəndə çatıb. Bu bahalaşmanın əsas səbəbi isə bitki yağları və taxıl qiymətlərindəki yüksəlişdir. Belə ki, oktyabr ayı ərzində taxıl qiymətləri indeksi əvvəlki ayla müqayisədə 4,3 bənd, ötən ilin eyni dövrünə nisbətən isə 25,1 bənd yüksələrək 137,1 bəndə çatıb. Bu artımda əsas rolu son 4 ayda davamlı olaraq bahalaşan buğda qiymətləri oynayır. Oktyabrda sentyabra nisbətən qlobal buğda qiymətləri 5 faiz, ötən ilin oktyabrına nisbətən isə 38,3 faiz bahalaşıb.
Ərzaq qiymətlərinin qlobal səviyyədə bahalaşması Azərbaycana idxal olunan məhsulların qiymətində özünü büruzə verməkdədir. Rəsmi statistikaya əsasən 2021-ci ilin sentyabr ayında idxal olunan məhsulların qiymət indeksi əvvəlki ayla müqayisədə 1 faiz, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 20,2 faiz, 2021-ci ilin yanvar-sentyabr aylarında 2020-ci ilin yanvar-sentyabr aylarına nisbətən isə 21,5 faiz artıb.
Maraqlıdır ki, Azərbaycanda yalnız idxal olunan deyil, yerli istehsalın məhsulları da bahalaşır. Dövlət Statistika Komitəsinin məlumatına əsasən 2021-ci ilin oktyabr ayında sənaye məhsullarının istehsalçı qiymətləri indeksi cari ilin sentyabr ayı ilə müqayisədə 23 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə 29,6 faiz, emal sənayesi üzrə 2,1 faiz artıb. Əvvəlki ayla müqayisədə istehsalçı qiymətləri indeksi neft-qaz sənayesi məhsulları üzrə 27,7 faiz, qeyri neft-qaz sənayesi məhsulları üzrə isə 1,7 faiz yüksəlib.
Məsələn, götürək tikinti materiallarını. Ölkəyə idxal olunan ağac məmulatlarının qiymətində artımın olması izah olunandır: bu materiallar mənşə ölkəsi olan Rusiyanın özündə bahalaşır. Eyni zamanda xaricdən idxal olunan xammal əsasında istehsal olunan yerli məhsulların qiymət artımı da anlaşılandır. Lakin ölkə daxilində tam yerli xammal əsasında istehsal olunan materialların idxal materialları qədər bahalaşması sırf süni amillərlə bağlıdır. Özü də ölkədə tikinti həcminin artmadığı, yəni tələbatın çoxalmadığı bir şəraitdə. Rəsmi statistikaya baxsaq, bu ilin 9 ayında Azərbaycanda sahəsi 1 milyon 529 min 757,5 kvadratmetr olan 11 814 yaşayış mənzili istifadəyə verilib. Ölkə üzrə tikintiyə investisiya qoyuluşu əvvəlki ilin eyni dövrü ilə müqayisədə 17,4 faiz azalmaqla 1 milyard 770 milyon 547,3 min manat təşkil edib ki, bunun da 727 milyon 233,1 min manatı (24,2 faiz azalma) mənzil tikintisinə yönəldilib. Hökumətin 2022-ci ildəki iqtisadi artım proqnozlarından aydın olur ki, azad olunan topraqların yenidənqurulması işlərinin genişlənməsinə baxmayaraq, tikinti sektorunda artım ən aşağı göstəricilər sırasındadır. Gələn il bu sahədə cəmi 2,9 faizlik artım proqnozlaşdırılır.
2021-ci ilin oktyabr ayında 2021-ci ilin sentyabr ayı ilə müqayisədə kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri indeksi 5,1 faiz, o cümlədən bitkiçilik məhsulları üzrə 8,5 faiz, heyvandarlıq məhsulları üzrə 2,0 faiz bahalaşıb. Göründüyü kimi, özünütəminat səviyyəsinin nisbətən yüksək olduğu aqrar məhsulların da istehsalçı qiymətlərində artım var. Bu artımın əsas səbəbi kimi daxildə qiymətləri tənzimlənən məhsulların tariflərinin artırılması çıxış edir. Mərkəzi Bankın qiymətləndirmələrinə görə, inflyasiyanın 4/5-ü qeyri-monetar amillər və bunun da təqribən 2/5-i daxili xərc amilləri - dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin liberallaşdırılmasından irəli gəlir.
Hökumətin yenilənmiş proqnozlarına görə, cari ildə orta illik inflyasiya 6.2-6.5 faiz, illik inflyasiya isə 9.5-10.5 faiz səviyyəsində gözlənilir. 2022-ci ildə isə fundamental amillərin dəyişməz qalması şərtilə illik inflyasiya 5-6 faiz səviyyəsində proqnozlaşdırılır.
Lakin həm müstəqil ekspertlər, həm də cəmiyyət rəsmi qiymət statistikasına inanmır: hər kəs bazarlarda qiymətlərin hər həftə dəyişdiyinin bilavasitə şahidi olur.
Natiq Cəfərli
İqtisadçı-ekspert Natiq Cəfərlinin fikrincə, Azərbaycanda bahalaşmanın bir səbəbi də idxal məhsullarına yüksək vergi və rüsumların tətbiq olunmasıdır: “Ölkədə yerli istehsalı olmayan və ya, çox cüzi olan mal və məhsullara 15 faiz gömrük rüsumu və 18 faiz ƏDV tətbiqi məntiqsiz olmaqla yanaşı, ölkədəki qiymət artımının əsas səbəblərindən biridir. Məsələn, dərman preparatları sosial məsələdir, insanların sağlamlığına, həyat keyfiyyətinə təsir göstərir. Ölkədə dərman istehsalı yox dərəcəsindədir, amma xaricdən gətirilən dərmanlara rüsum və vergi tətbiq olunur ki, bu da qiymətləri artıran əsas amillərdən biridir.
Bu gün rəsmi məlumat yayıblar ki, ölkədə əczaçılıq məhsulları istehsalı bu ilin yanvar-oktyabr aylarında kəskin artıb, keçən ilin ey dövrünə görə artım 90,2 faiz təşkil edir. Bu ilin ilk 10 ayında ölkədə cəmi 8,6 milyon manatlıq əczaçılıq məhsulları istehsal edilib. Bunlar əsasən tibbi maska və dezinfeksiya üçün tibbi spirtdir, vəssalam. Bəs yaxşı, ölkədə bu ilin 10 ayında nə qədər əczaçılıq məhsulları satılıb?! Bu ilin yanvar-oktyabr aylarında keçən ilin eyni dövrü ilə müqayisədə əczaçılıq məhsullarının satışı 36,3 faiz artaraq 758.6 milyon manat olub. Təsəvvür edin ki, ölkədə 10 ayda 758 milyon manatlıq əczaçılıq məhsulları satılıb, bunun cəmi 8 milyon manatını özümüz istehsal etmişik, 750 milyon manatını isə xaricdən almışıq və əczaçılıq məhsullarının qiymətində, azı 35 faiz rüsum-vergi var. Yəni bu gün 10 manata aldığımız dərmanı doğru gömrük-vergi siyasəti aparsaydıq, 6 manat 50 qəpiyə almalı idik.
Dövlət hökumət niyə rüsum-vergi yığır?! Bəli, vətəndaşına sağlıq, təhsil, sosial xidmətlər göstərmək, infrastrukturu yeniləmək, vətəndaşın ölkə daxilində və sərhədlərimizdə təhlükəsizliyini təmin etmək üçün. Yaxşı, vətəndaş xaricdən gətirilən dərmanı baha alıb içində 35 faiz rüsum-vergi niyə ödəsin ki?! Səhiyyə xərclərini azaldın, zatən qeyri-şəffaf xərcləyirsiz, əvəzində vətəndaşın cibinə birbaşa təsir edən rüsum-vergiləri də aşağı salın - vəssalam. Niyə sağ qulağı sol əllə qaşımağa davam edirsiniz ki?! Məsələn, bu ilin 10 ayında rüsum-vergilərə görə dərman alan vətəndaş əlavə 200 milyon manata yaxın pul ödəyib, bunu ödəməsin, siz də səhiyyə xərcindən 200 milyon manat azaldın - zatən vətəndaşdan topladığınız vergini vətəndaşa hesabat verərək xərcləmirsiniz, heç olmasa vətəndaşın cibinə dəyməyin, imkan verin dolansın".
Qeyd edək ki, inhisarçılıqdan qaynaqlanan süni qiymət artımının qarşısını almaq üçün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti fəaliyyət göstərir. Ancaq son zamanlar bazardakı süni qiymət artımının qarşısını almaq istiqamətində bu qurumun fəaliyyəti müşahidə olunmur. Adıçəkilən qurum bahalaşmaya nə nəzarət, nə də müdaxilə edə bilir...(Yeni Müsavat)
Xəbərin oxunma sayı : 1390
loading...
Gündəm
Xəbərlər
-
“Hər 10 turistdən 7-si qonşu ölkələrdən gəlib” – Deputat sərhədlərin açılmasını zəruri sayır
-
GDU-da yaşananlar: “Özbaşınalıq, korrupsiya və anarxiya...“
-
Doğumu qeydiyyata alınmayan uşaqların sayı artır - “Vəziyyət acınacaqlıdır”
-
İlham Əliyev və Mehriban Əliyeva Füzuli və Cəbrayıl rayonlarına səfər ediblər
-
Səyahətini “Nar”ın “Rouminq 18” paketi ilə salamla!
-
“Bir zaman ürəyimizdə yara olan Qarabağ indi qardaşlığımızın zirvəsidir” - Selçuk Bayraktar
-
Azərbaycan hərbçiləri Türkiyədəki təlimdə növbəti tapşırıqları icra edib - VİDEO
-
Nazir və komitə sədrlərinin qəbul günləri açıqlanıb - SİYAHI
-
Bakıda bəzi məktəblər distant tədrisə keçir - SİYAHI
-
Türkiyənin ilk kommersiya peyki kosmosa buraxıldı - VİDEO
-
Xuraman Şuşalı hicabsız şəkillərindən danışdı: “Pulla da onları sildirə bilmirəm” - VİDEO
-
Səlim Müslümov ev dustaqlığına BURAXILDI
-
“Rusiya qoşunları mülki obyektləri və yaşayış məntəqələrini atəşə tutur“ - Ukrayna BQ
-
MM-in yaz sessiyasının işləri planına daxil edilmiş 6 layihə qəbul edilməyib - SİYAHI
-
Şagirdlərin elektron yerdəyişməsinin dayandırılacağı vaxt AÇIQLANDI
-
“Evlilik padşahlıqdır“ - Sevda Yahyayeva
-
Görünməmiş dələduzluq: 70 minə aeroportda vəzifə, ipoteka ilə ev vədi
-
ABŞ Dövlət Departamentinin rəsmisi: “İrana zərbələr endirə bilərik”
-
“Hücumlara yeni əməliyyatlarla cavab verməyə davam edəcəyik” - Ərdoğan
-
“Neftçi”nin yeni baş məşqçisi kim olacaq? - FOTO
-
Qazdan qanunsuz istifadə edən MTK aşkarlandı - VİDEO
-
Həcc ziyarətinin qiyməti niyə artıb? - Açıqlama + VİDEO
-
Dövlət zəmanəti ilə alınan borc vəsaitlərindən istifadə qaydaları dəyişib
-
“Nərmin Quliyeva itkin düşən gün...“ - İlkin Süleymanov DANIŞDI
-
“Ukraynadakı vəziyyət çox böyük narahatlıq doğurur“ - Azərbaycan XİN başçısı
-
Bayramdan sonra məktəblərdə ilk iş günü nə vaxt olacaq? - Açıqlama
-
“Dollar kiçilir, rubl isə möhkəmlənir“ - Putin
-
Bakı metrosu iş rejimini dəyişir - Bu tarixdən
-
“Qərbdən ərazilərin verilməsi ilə bağlı çağırışlar var“ - Zelenskinin ofisi
-
Azərbaycanda əmək kitabçaları ləğv olunacaq - Açıqlama
-
Hərbi Prokurorluq avtoşluq edən əsgərə cinayət işi açdı - RƏSMİ
-
“İsrail Türkiyəni sevir” - Yair Lapid
-
Tanınmış bəstəkardan “restoran müğənniləri”ni tənqid etdi - VİDEO
-
Zaxarovadan Azərbaycan-Ermənistan danışıqlarına dair açıqlama: “Əgər Brüssel çox istəyirsə...”
-
İnvestisiya şirkətinin direktoru: “ABŞ Rusiyanı süni defolta məcbur edir”
-
“Bu gün, ya sabah əfv sərəncamı imzalanacaq” – Yekun siyahı Prezidentə təqdim edilib
-
Arvadının yoxa çıxdığını iddia etdiyi şəxsdən açıqlama: “İtməmişəm”
-
“QMİ bu qiymətlərlə insanları Həccə həsrət qoyacaq” - Qurum 5800 manat əlavə pul alır?
-
“İsraillə iqtisadi əlaqələr çox sıx şəkildə inkişaf edir” - Çavuşoğlu
-
Yoluxma sayı açıqlandı - Koronavirus statistikası
-
Əli Abdullayev işdən çıxarıldı - Nazirlikdən açıqlama
-
Zakir Həsənov Səlcuq Bayraktar ilə görüşdü - FOTO
-
Prezident daşınmaz əmlakla bağlı daha bir fərman imzaladı - DETALLAR
-
Bayraktar “MiQ-29”la Bakı səmasında - “Akıncı”nı müşayiət etdi - VİDEO
-
“Şou-biznesdə hamıda “həcidir“, məndə rəisdir“ - Müjgan (VİDEO)
-
“Neft sektoru üzrə büdcə ödənişləri azalıb” - Vüqar Gülməmmədov
-
“Büdcədən kinoya ayrılan pula ancaq cizgi filmi çəkmək olar” - Deputat
-
“Associated Press”in şərhi: QUAD, yoxsa “Asiya NATO-su”?
-
“Saxta qazilər“ kimlərdir və nə istəyirlər? - ARAŞDIRMA
-
2 il günahsız həbsdə qalan şəxs necə azadlığa çıxdı? - DETALLAR
-
“Azərbaycanda qazın qiyməti heç nədir“ - Samir Şərifov
-
Balaca Ayxanın sizin köməyinizə ehtiyacı var - FOTO
-
“Dönər kababı olacaqsa, Türkiyəyə səfər edərəm” - İsrailin XİN başçısı
-
144 saylı baxçanın müdiri yarım milyonluq villanı hansı pulla tikdirib? - FOTOSƏNƏD
-
“Qiymətlərə yenidən baxılmalıdır“ - Vahid Əhmədov
-
“Yüksək, misli görünməmiş inflyasiya təzyiqləri yaranıb” - Nazir müavini
-
“İşaxtaranların təxminən 80 faizi işlə təmin oluna bilmir“ - Deputat
-
Ərdoğan İlham Əliyevə məktub göndərdi: “Regionumuzda sülhün və sabitliyin ən böyük təminatçısı...“
-
Azərbaycanda qarın hündürlüyü 20 santimetrə çatıb - FAKTİKİ HAVA
-
Nazirin dostu Bərdə DSMF-də “bazar“ açıb: Vidadi Kərimov kimdir?
-
Əsirlikdə olan “Azov“ döyüşçülərinin başlarına nələr gəlib? - Komandirləri danışdı
-
“Şimali Koreya nüvə silahının sınağına hazırlıq görür“ - Cənubi Koreya
-
Azərbaycanda Rusiya rublunun məzənnəsi 3 qəpiyi keçib - 4 ildən sonra
-
Rektor təyin etmək üçün 150 min manatını aldı: Sabiq vəzifəli şəxsin cinayət əməlləri
-
Deputatlar bu tarixdə toplanır: daha 17 məsələ müzakirə olunacaq - SİYAHI
-
Azərbaycan gömrüyündə “Səfər dəhlizi“
-
Operativ Qərargahın qərarı problemlər yaradır - Şadlıq sarayı işlədənlər bezib
-
Telefonların qeydiyyat rüsumu ləğv edilib? - Açıqlama
-
Azərbaycanda köhnə avtomobillər utilizasiyaya göndəriləcək - Sahiblərinə pul veriləcək + VİDEO
-
“Ukrayna taxılının əhəmiyyətli hissəsi ixrac oluna bilmir“ - Britaniya kəşfiyyatı
-
Keçmiş prezident belə saxlanıldı - VİDEO
-
Yevlaxda sərnişin mikroavtobusu traktorla toqquşub - 10-dan çox xəsarət alan var
-
Əhalinin banklara kredit borcu artıb - VİDEO
-
Ulduzlar gecədə bir araya gəldi - Fotolar
-
Klublarımızın yay planları: Kim gəlir, kim gedir?
-
Avtoşluq edən əsgərin atası vəzifəli şəxs imiş - Təfərrüat
-
Nazirlik “Mcdonalds”ı məhkəməyə verdi – Səbəb
-
Azərbaycanda hər saatda 4 nəfər boşanır - “Gənclər söz eşitmək istəmir“
-
Yeni təyin olunan nazir müavinləri kimlərdir? - FOTO
-
Mövlam Şıxəliyevin səs yazısı açıqlandı... - Məhkəmədə ara qarışdı
-
“Putin milyonlarla insanı acından qırır“–“Vaşinqton Post”
-
Rəşad Nəbiyevə daha iki müavin təyin olundu - Sərəncam
-
Su İdmanı Sarayının direktoru işdən çıxarıldı - Yeni direktor təyin olundu + FOTO
-
100-ə yaxın şəhid ailəsi və qazi üçün bizneslər yaradıldı - FOTO
-
Cavid Qurbanov vəzifəsindən azad edildi - Nazir müavini təyin olundu
-
“Bakıda istirahət edirəm” - Əbülfəs Qarayev
-
Yoluxma sayı açıqlandı - Koronavirus statistikası
-
Bakının bu qəsəbəsindən 4 qızı aparıb xaricdə SATDILAR
-
Delimitasiyası üzrə komissiyanın ilk görüşü keçirildi - Növbəti görüş Moskvada...
-
Azərbaycanda kişi keçmiş sevgilisi ilə qaçdı: Arvadı boşanmaq üçün ərini axtarır - VİDEO
-
Prezidenti İlham Əliyev Bağdad Amreyevi qəbul edib - Nələr müzakirə olunub?
-
Daha bir rus generalı öldürüldü - Rusiyaya məxsus Su-25 məhv edildi
-
Füzuli-Hadrut avtomobil yolunun tikintisi davam etdirilir - FOTO
-
“Heç bir NATO ölkəsi Türkiyə qədər terror hücumlarına məruz qalmayıb” - Baş katib
-
Tahir Əmiraslanov Orxan Fikrətoğlunun təyinatı haqda - “Düşüncələrimiz uyğun gəlmir...“
-
Səlcuq Bayraktar Bakıya gəldi - FOTO
-
Vilyam Hacıyevin üzərinə həbs qoyulmuş əmlaklarının TAM SİYAHISI
-
“Poz, qazan” kimi oyunlara aludə olmaq problemlərə səbəb olan nəticələr doğura bilər - AÇIQLAMA
-
Bayden Tokiodan Pekini hədələdi - Böyük savaş olacaqmı?
-
Azərbaycandan Həcc ziyarəti üçün qiymət 9 106 manatdır - Sənəd qəbulu başlayır
-
Rusiya qoşunu daha bir şəhəri ələ keçirdi - Donetsk vilayətində
-
Xankəndidə bütün adlar Azərbaycan dilində yazıldı – VİDEO
-
“Finlandiya və İsveç NATO-ya üzvlüklə bağlı Türkiyə ilə razılaşacaq“ - Pentaqon
-
Müğənninin sinə dekoltesinə görə ifasını yarımçıq kəsdilər - VİDEO
-
“Türkiyə ilə İsrail arasında normallaşma mərhələsi başlayıb” - Çavuşoğlu
-
Bakıda yağış yağacaq, şimşək çaxacaq - Xəbərdarlıq
-
20 % işğal, 13 milyard dollarlıq itki - Nüfuzlu nəşr son rəqəmləri açıqladı
-
Cahangir Əsgərovun həyat yoldaşı 5,3 min kvadrat metr sahəsi olan obyekt tikdirir - FOTOLAR
-
Moldovanın sabiq prezidenti həbs edildi - Dövlətə xəyanət ittihamı ilə
-
Göygölün həkimsiz, dərmansız, təmirsiz qalan tibb məntəqəsi - VİDEO
-
Ukrayna kamikadze dronlarından istifadə etməyə başlayıb - VİDEO
-
Əjdər Ol əfv üçün müraciət edə bilməz - Vəkilindən açıqlama
-
Xəzərdə balıqların sayı 10 dəfə azalıb - Balıqartırma zavodları niyə işləmir?
-
Məscidlərdə vakant vəzifələrin tutulması üçün müsahibə elan edilib - SİYAHI
-
“Avtoxuliqanlıq edən əsgər hərbi hissəni özbaşına tərk edib“ - Müdafiə Nazirliyi məlumat yaydı
-
İTV-yə baş direktor seçilib - FOTO
-
Vilyam Hacıyevin mənzili və xidməti otağından 6,3 milyon manat götürülüb - İTTİHAM AKTI
-
İranda növbəti böhran baş qaldırır – “Vaşinqton Post”
-
Meymunçiçəyinə qarşı peyvənd: Dünya dövlətləri ehtiyat toplayırlar
-
Yağıntılı hava şəraiti davam edəcək - FAKTİKİ HAVA
TOP 10
ARXİV