Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Bakı-2017: Yarışların 7-ci gününə start verilir

Tarix 14.05.17, 15:10

Font ölçüsü : - / +
bitmap-img6


Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında yarışların 7-ci gününə start verilir.

Trend-in məlumatına görə, boks yarışında 60, 69, 75, 91 və +91 kq çəki dərəcələrində idmançılar mübarizəyə başlayacaq. Azərbaycanı Cavid Çələbiyev (60 kq), Tamerlan Abdullayev (69 kq), Kamran Şahsuvarlı (75 kq), Teymur Məmmədov (91 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) təmsil edir.


X X X


Bu gün idman gimnastikası üzrə qaliblər müəyyənləşəcək.

Azərbaycanı kişi gimnastların yarışında Murad Ağarzayev, Bense Talas və Timur Bayramov, qadınların yarışında isə Marina Nekrasova, Yuliya İnşina və Yekaterina Tişkova təmsil edəcəklər.


X X X

Oyunların 7-ci günündə bədii gimnastların yarışında qaliblər məlum olacaq.

Azərbaycanı yarışlarda Marina Durunda, Jalə Piriyeva və Zöhrə Ağamirova təmsil edirlər.

X X X

Bu gün, həmçinin həndbol yarışı başa çatacaq. Azərbaycanın qadın həndbolçuları finalda Türkiyə ilə qarşılaşacaq.

X X X

Oyunların 7-ci günündə qadınlar və kişilər arasında cüdo və paracüdo yarışları, eləcə də karate yarışları davam edəcək.

X X X

Bundan başqa, atıcılıq, üzgüçülük və tennis yarışlarında təsnifat və final mərhələləri keçiriləcək.

X X X

Voleybol turnirində qadınlardan ibarət Azərbaycan yığması Türkiyə ilə qarşılaşacaq.

X X X

Su polosunda kişi idmançılardan ibarət millimiz İndoneziya ilə üz-üzə gələcək.

X X X

Həmçinin ağır atletikada qadın (58 kq) və kişi ağırlıqqaldıranlar (62 kq) güclərini sınayacaqlar.



Xəbərin oxunma sayı : 121




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap