Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Bakı-Şamaxı yolunda iki “Mercedes” toqquşdu

Tarix 13.10.17, 0:21

Font ölçüsü : - / +
bitmap-img6


Bakı-Şamaxı yolunda 7 nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib

APA-nın xəbərinə görə, hadisə bu gün saat 17 radələrində yolun 78-ci kilometrliyində, Qobustan rayonunun Ceyrankeçməz adlı ərazisində qeydə alınıb. İki “Mercedes” markalı minik avtomobilinin toqquşması nəticəsində Ağsu və İsmayıllı rayon sakinləri olan 7 nəfər ağır xəsarət alıb.

Məlumata görə, 1983-cü il təvəllüdlü Əhmədov Bəhruz Fazil oğlu, 1978-ci il təvəllüdlü Sadıqova İradə Allahverdi qızı, 1986-cı il təvəllüdlü Günəşov Nicat Hacıbala oğlu, 1991-ci il təvəllüdlü Qurbanzadə Fuad Bəhram oğlu, 1982-ci il təvəllüdlü İbrahimov Rabil Əbülfət oğlu, 1990-cı il təvəllüdlü Niftalıyev Vüqar Arif oğlu təcili yardım stansiyasının avtomobilləri ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Hadisə səbəbindən yolda nəqliyyat sıxlığı yaranıb və avtomobillərin hərəkəti təxminən 20 dəqiqə məhdudlaşıb. Yol polisi əməkdaşları hadisə yerinə gəldikdən sonra nəqliyyatın hərəkəti təmin olunub.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.



Xəbərin oxunma sayı : 124




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap