Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Bakı-Tiflis-Qars dəmiryolu “Transsibir” magistralına calanır

Tarix 13.05.19, 17:45

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanla Türkiyəni birləşdirən və Gürcüstandan keçən Bakı-Tiflis-Qars dəmir yolu bundan sonra həm də “Transsibir” magistralı ilə daşınan yük axınına istiqamətlənəcək

Virtualaz.org xəbər verir ki, bu barədə “Rusiya Dəmir Yolları” ASC-nin rəhbəri Oleq Belorezov mayın 8-də keçirdiyi aylıq selektor müşavirəsində bildirib. Top-menecerin müşavirədəki çıxışını bu gün dövlət dəmir yol inhisarçısının televiziyası yayıb.

Xəbər verildiyi kimi mayın 6-da Azərbaycan, Türkiyə və Rusiya dəmir yollarının rəhbərləri Bakı-Tiflis-Qars dəmir yolunun Axalkalaki-Qars hissəsində 1520 mm-lik enlikdə təkərlər üçün 76 km uzunluğunda yeni yolun tikintisi və Qarsda logistik terminalın inşası üçün razılıq əldə ediblər. Gürcüstan tərəfi bu razılaşmadan narazı qalıb. Baş nazir Mamuka Baxtadze bildirib ki, Bakı-Tiflis-Qars Azərbayan, Gürcüstan və Türkiyənin strateji layihəsidir və istənilən başqa iştirakçı layihəyə ancaq hər üç tərəfin razılığından sonra qoşula bilər.

“Rusiya Dəmir Yolları”ında qeyd ediblər ki, mayın 6-da imzalanmış memorandum Bakı-Tiflis-Qars dəmir yolu ilə müntəzəm yükdaşımaların təmin edilməsi üçün birgə fəaliyyəti nəzərdə tutur. Bura iqtisadi əsaslandırılmış tariflərin tətbiqi və yeni yük bazasının cəlb edilməsi də daxildir. Belorezovun bildirdiyinə görə, həmin dəmir yoluna qoşulmaq Rusiya dəmir yollarına Avropanın cənubu ilə işləmək üçün əlavə imkanlar yaradacaq.

Qeyd edək ki, "Transsibir" magistralı dünyanın ən uzun dəmir yoludur. 9300 km.-ə yaxın bu yol Moskvanı Rusianın Uzaq Şərqi  ilə birləşdirir və son məntəqəsi Vladivostok şəhəridir.









Xəbərin oxunma sayı : 151




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap