![]() |
|














Bakı dairəsində “qırğın olacaq” – Əsas rəqabət hansı namizədlər arasında gedəcək? -ADLAR + FOTOLAR
Tarix 13.01.20, 21:00 |
|
288.jpg)
Fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində əsas rəqabətin Bakıda yerləşən seçki dairələrində olacağı gözlənilir. Ölkə üzrə tanınmış şəxslərin bir çoxu məhz paytaxtdakı dairələrdən seçki yarışına qoşulub.
MSK-nın rəsmi saytına yerləşidirlən məlumatlar əsasında 12 dairə üzrə durumu təhlil edib namizədləri, onların rəqabət imkanlarını müəyyənləşdirməyə çalışdıq.
8 SAYLI BİNƏQƏDI BİRİNCİ SEÇKİ DAİRƏSİ

Bu diarədən 42 nəfərin namizədliyi irəli sürülsə də, hələlik 8 iddiaçının namizədliyi qeyd alınıb. Bunlar Azay Quliyev, Arzu Səmədbəyli, Vüsal Zülfüqarov, Kübra Əliyarlı, Şahmurad Məmmədov, Xəyal Məmmədxanlı, Kənan Eminbəyli və Araz Hüseyinovdur.
Bu dairədən 3 tanınmış şəxs arasında qızğın rəqabət gözlənilir. Onlar deputat, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev, tanınmış sığortaçı Xəyal Məmmədxanlı və Müsavat partiyasının üzvü, keçmiş deputat Arzu Səmədbəylidir.
9 SAYLI BİNƏQƏDI İKİNCİ SEÇKİ DAİRƏSİ

Bu seçki dairəsindən deputatlığa 32 nəfər iddia etsə də, onlardan 10 nəfərin namizədliyi qeydə alınıb. Bunlar YAP-ın rəsmi namizədi Kəmaləddin Qafarov, AMİP funksioneri Əli Orucov, BAP-ın sədri Elşad Musayev, Orxan Mustafayev, Aybəniz Məmmədova, Şəhriyar Bayramov və Anar Əliyevdir.
Əsas rəqabətin Kəmaləddin Qafarovla adıçəkilən namizədlər arasında gedəcəyini ehtimal etmək olar.
10 SAYLI BINƏQƏDI ÜÇÜNCÜ SEÇKİ DAİRƏSİ

Bu dairədən 19 nəfər namizədliyini irəli sürüb. DSK hələlik onlardan cəmi 2-nin namizədliyini qeydə alıb. Bunlar 25 ildir ki, Milli Məclisdə əyləşən Hacı Madər Musayev və YAP-ın rəsmi namizədi Anar Əliyevdir. Tanınmış şəxslərdən Xalq Hərakatının tanınmış simalarından Qorxmaz İbrahimli də bu dairədən namizədliyini irəli sürüb. O, imza vərəqlərini DSK-ya təqdim etsə də, hələlik qeydə alınmayıb.
Hələlik qeydə alınanların azlığı bu dairədə rəqabət aparan tərəfləri müəyyənləşdirməyə imkan vermir. Amma şübhəsiz ki, tərəflərdən biri məhz Madər Musayev olacaq.
11 SAYLI QARADAĞ SEÇKİ DAİRƏSİ
Bu seçki dairəsindən 14 nəfər namizədliyini irəli sürüb. Onlardan hələlik 6 nəfərin namizədliyi qeydə alınıb. Hamlet Ağalarov, Gülər Bəbirova, Məmməd Hacıyev, Aydın Hüseynov, Jalə Qədirova və Xəyalə Qurbanovanın adları seçki bülleteninə yazılacaq.

Müsavat Partıyasının başqan müavini Səxavət Soltanlı imza vərəqlərini geri qaytarsa da, onun namizədliyi hələlik təsdiq olunmayıb.
Bu dairədən hazırki deputat Aydın Hüseynovun əsas rəqibinin kim olacağı bir neçə gündən sonra dəqiqləşəcək.
12 SAYLI QARADAĞ-BİNƏQƏDI-YASAMAL SEÇKİ DAİRƏSİ
Bu dairədən 28 nəfər iddiaçı olsa da onlardan hələlik 9 nəfərinin namizədliyi qeydə alınıb. Natiq Cəfərli (Real), Reyhan Hacızadə, Eltun İbrahimov, Orxan Mütəllimov, Niyaməddin Orduxanlı, Aydə Şirinova, Səbinə Xasayeva qeydə alınan namizədlərdir.

Bu dairədən əsas iddiaçı ReAL partiyasının icraçı katibi Natiq Cəfərlidir.
Hakimiyyət onun qarşısına ciddi rəqib çıxarmadığına görə onun deputat seçiləcəyi gözlənilir.
13 SAYLI XƏZƏR-PİRALLAHI SEÇKİ DAİRƏSİ

Bu seçki dairəsinə deputat olmaq üçün 33 nəfər müraciət etsə də, onlardan hələlik 13 nəfəri rəsmi namizəddir. Bu dairədən YAP-ın rəsmi namizədi hazırki deputat Rauf Əliyevdir.
Namizədlərin adlarına göz gəzdirdikdə digər tanınmış adlara rast gəlmədik. Ona görə, R.Əliyevin yenidən deputat mandatı alacağını ehtimal etmək olar.
14 SAYLI XƏZƏR SEÇKİ DAİRƏSİ
Bu seçki dairəsinə 16 nəfər namizədliyini irəli sürmək üçün müraciət edib. Onlardan 9 nəfərinin namizədliyi artıq qeydə alınıb. Xatırladaq ki, ötən seçkilərdə bu dairədən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva millət vəkili seçilib. 2018-ci ildə keçirilmiş prezident seçkilərindən sonra Mehriban Əliyeva ölkənin ikinci ali postuna təyin olunub. Daha sonra dairə üzrə əlavə seçkilər keçirilməyib.

Qeydə alınan namizədlər arasında Heydər Əliyev Fondunun Beynəlxalq Əlaqələr Departamentinin rəisi, 1974-cü il təvəllüdlü Soltan Məmmədovun adı diqqəti çəkir. Onun alternativləri arasında tanınmış şəxslər yoxdur.
15 SAYLI YASAMAL BİRİNCİ SEÇKİ DAİRƏSİ

Ən ciddi rəqabətin olacağı dairələrdən biri olan 15 saylıdan 43 iddiaçı var ki, onların bir neçəsi ölkə səviyyəsində tanınmış şəxslərdir. Hazırki deputat Ülvi Quliyev, Müsavat başqanı Arif Hacılı, ADP sədri Sərdar Cəlaloğlu, AMİP funksioneri Elşən Mustafayev, politoloq Rövşən Novruzoğlunun adlarını çəkmək olar.
Hələlik, DSK 6 nəfərin namizədliyini qeydə alıb. Əsas rəqabətin hazırki deputat Ülvi Quliyevlə Müsavat və ADP rəhbərləri arasında gedəcəyi gözlənilir.
16 SAYLI YASAMAL İKİNCİ SEÇKİ DAİRƏSİ

Bu dairə də namizəd bolluğu ilə seçilir. DSK-ya müraciət etmiş 36 nəfərdən hələlik 11-nin namizədliyi qeydə alınıb. Hakim Yeni Azərbaycan Partiyasının namizədi Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərovdur. Tanınmış şəxslərdən keçmiş deputat Gülər Əhmədova, ReAL Partiyasının üzvü, tanınmış hüquqşünas Erkin Qədirli də namizədlər sırasındadır.
Daha bir diqqətçəkən namizəd “Paşa Bank”-ın baş mütəxəssisi Elvin Həsənovdur.
Bu dairədən ən şansı namizəd Erkin Qədirli hesab olunur. Siyahıdan aydın görünür ki, hakim partiyanın nə özündən, nə də “müstəqillərdən” onun qarşısına güclü namizəd çıxarılmayıb.
17 SAYLI YASAMAL ÜÇÜNCÜ SEÇKİ DAİRƏSİ

Dairə Seçki Komissiyasına 25 iddiaçı müraciət etsə də, hələlik onlardan cəmi 3 nəfərin namizədliyi qeydə alınıb. Tanınmış şəxslərdən ReAL-ın keçmiş üzvü Azər Qasımlı, VİP sədri Əli Əliyev, tanınmış vəkil Cavad Cavadov bu dairədən namizəddirlər. YAP-ın rəsmi namizədi isə Heydər Əliyev Mərkəzi direktorunun müşaviri Elnur Allahverdiyevdir.
Bu dairədə əsas rəqabətin adıçəkilən şəxslərlə hakim partiyanın namizədi arasında gedəcəyi gözlənilir.
18 SAYLI NƏRİMANOV-NİZAMI SEÇKİ DAİRƏSİ

Bu seçki dairəsinə 22 iddiaçı sənədlərini təqdim edib, 9 nəfərin namizədliyi qeydə alınıb. YAP-ın rəsmi namizədi “Minera” Şirkətləri Qrupunun rəhbəri Xudaqulu Rzayevdir.
X.Rzayev DİN-in Baş Cinayətkarlıqla Mübarizə İdarəsinin (Bandotdel) rəisi Əbülfət Rzayevin qardaşıdır. Hazırki deputat, politoloq Rasim Musabəyov da yenidən namizədliyini irəli sürüb.
Tanınmış şəxslərdən vəkil Ceyhun Yusifov da əsas iddiaçılar arasındadır.
19 SAYLI NƏRİMANOV BİRİNCI SEÇKİ DAİRƏSİ

Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbərin də namizəd olduğu bu seçki dairəsində qızğın rəqabət gözlənilir. DSK-ya 25 nəfər müraciət etsə də, onlardan hələlik 7 nəfərinin namizədliyi qeydə alınıb. Hakim partiyanın bu dairədən namizədi hazırki deputat, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğludur. Hüquqşünas Nicat Gözəlov, Pərviz Səmədbəyli (Elçibəyin kürəkəni Aqil Səmədbəylinin qardaşı), Ümid Partiyasından Elman Abbasov, idman ustası Güloğlan Cabbarov da bu dairədən namizəddirlər. Diqqətçəkən isimlərdən biri isə “ATA Bank” Biznesin İnkişafı Mərkəzinin direktoru Oruc İbrahimovdur.
Seçki günü əsas rəqabətin İsa Qəmbərlə hakim partiyanın namizədi arasında gedəcəyi gözlənilir.
20 SAYLI NƏRİMANOV İKİNCI SEÇKİ DAİRƏSİ

Cəmiyyətdə “Adil Əliyevin dairəsi” kimi tanınan DSK-da hazırki deputatın ciddi alternativi yoxdur. YAP BDU Həmkarlar Komitəsinin sədri Nihad Allahyarlının namizədliyini irəli sürüb. Cəmi 18 nəfərin müraciət etdiyi dairədə hələlik 5 nəfərin namizədliyi qeydə alınıb.
Görünür, əvvəlki seçkilərin nəticələri tanınmış iddiaçıları Adil Əliyevə alternativ olmaq niyyətindən daşındırb. Hətta deputatın əzəli rəqibi İsa Qəmbər də bu seçkidə başqa dairədən namizəd olmağı üstün tutub.
Bakının digər dairələrindəki vəziyyətlə bağlı növbəti yazıda məlumat verəcəyik.
“AzPolitika.info”
Xəbərin oxunma sayı : 613
Siyasət
Xəbərlər
-
Saxlanılan Rusiya vətəndaşları barəsində həbs qətimkan tədbiri seçildi - FOTOLAR
-
İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO
-
Kimya müəllimləri sertifikasiyanın nəticələrindən narazıdırlar - VİDEO
-
Hökumət vergi güzəştini sona çatdırır? - “Vergi Məcəlləsinə dəyişiklik layihəsi artıq hazırdır“
-
Mutvali Şıxlinskinin niyə saxlanıldığı məlum oldu - İllər öncə qətlə yetirilən şəxs onun müavini olub
-
“Anti-Azərbaycan kampaniyası 600-ə yaxın hesabdan aparılır“ - Milli Məclis
-
Sahib Məmmədovun müşaviri və yaxın qohumu xaricə hansı vəsaitlə gedir? - İLGİNC İTTİHAM
-
Yekaterinburqdakı Azərbaycan diasporunun lideri və oğlu belə saxlanıldı - VİDEO
-
“AZERİŞIQ” ASC-də açıq TENDERLER niyə GİZLİ şəkildə keçirilir…..
-
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfəri edəcək - Bu tarixdə
-
Voronejdə azərbaycanlı iş adamı həbs edildi - VİDEO
-
Ruben Vardanyan hakim qarşısında - Məhkəmə prosesi
-
Zelenski İlham Əliyevə zəng etdi: Ukrayna Azərbaycana həmrəyliyini ifadə etdi
-
“Evə dünyanın xərcini çəkib təmir etdirmişik...” - 1 evi 2 nəfərə satan MTK rəhbərinin məhkəməsi
-
“Dəniz” Hospitalında estetik əməliyyat üçün qızılları girov alındı…- Şikayət
-
“Bakı Yem Fabriki“ndə maliyyə böhranı: Vergi borcu yarım milyona yaxınlaşır
-
“O, futbol tarixinin ən böyük məşqçisidir“ - Yürgen Klopp
-
“İşğal Azərbaycana 150 milyard ABŞ dolları dəyərində ziyan vurub“ - Samir Şərifov
-
“Ege Hospital“ qaydaları pozdu - Maliyyə sanksiyası tətbiq olundu
-
AZAL təyyarəsini vuran rus zabitinin etirafları - Sensasion iddia + Səs yazısı
-
“Sputnik Azərbaycan“ işi üzrə saxlanılanlar 4 aylıq həbs edildi - Məhkəmədən qərar
-
Həftə sonunadək yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
-
Rəsmi Bakıdan Rusiyaya:“Daxili işlərimizə qarışmayın!”
-
Pakistanda hökumət binasına və banklara hücum - Ölənlər var
-
İlqar Mustafayev bu şəxslərlə əlbir imiş - 12 milyonluq cinayət
-
Bu ilin birinci yarısında Azərbyacanda neçə nəfər qızılcaya yoluxub? - RƏSMİ
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Nazir Mərkəz direktorunu işdən çıxardı - Yeni təyinat
-
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SİYAHI
-
Miqrasiya Xidmətindən əcnəbilərə xəbərdarlıq - 31 iyula kimi vaxtınız var
-
İlahə İlyasovanın direktoru olduğu “T-Finans LTD” MMC-nin rəhbəri Minayə Həmidova haqqında məhkəmə qərarı
-
Fərid Əsgərova general-mayor rütbəsi verildi - Sərəncam
-
Bakıda Rusiya vətəndaşlarından ibarət dəstələr ələ keçdi: Narkotik tranziti, onlayn dələduzluq...
-
Kinostudiyanın ərazisində təmizləmə işləri aparılır - Birgə məlumat
-
2300-dən çox müəllim işdən çıxarılıb - RƏSMİ
-
Rusiyadan gətirilən məhsullar Azərbaycanda məhv edildi - Fotolar
-
Tərlan Əhmədzadə işdən çıxarılır - Vəzifəsindən kənarlaşdırıldı, məzuniyyətə göndərildi
-
Yasamal rayonunda qanunsuz tikinti: “Kəpəz“ MTK yenidən işə başlayıb?
-
“Sputnik Azərbaycan“ bağlı işdə yenilik - 7 nəfər saxlanıldı
-
“Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmasına dair rəsmi məlumat yoxdur“ - Səfir
-
Daha iki nəfər batdı - Birinin 91, digərinin 17 yaşı var... (VİDEO)
-
MY SHOPS”un satış müdirindən dələduzluq - 50 ədəd “Playstation” sifariş verib...
-
Baş Prokurorluqda cinayət işi açıldı - Rusiyada öldürülən azərbaycanlılarla bağlı
-
Yağış, leysan, dolu, 32 dərəcə isti - Sabahın havası
-
Sabiq diplomat hakim qarşısına çıxarılır - DTX tərəfindən saxlanılmışdı
-
Beyləqanda qanvermə aksiyası keçirildi - Fotolar
-
“Pulu Vasif Talıbovun oğlunun sürücüsünə verirdim” - Rəisdən ŞOK AÇIQLAMA
-
Səfərov qardaşlarının ölümü ilə bağlı ekspertiza nəticələri açıqlandı - VİDEO
-
Lənkəran şəhərində qanunsuz obyekt inşa edilir? - Açıqlama/FOTO
-
700 balın sirri: Niyə maksimum nəticə yoxdur?
-
Məsud Pezeşkian Xankəndiyə səfər edəcək - Bu tarixdə
-
Nohurqışlaqda meşədə köməksiz qalan şəxs xilas olundu - VİDEO
-
Azərbaycan səfiri Rusiya XİN-ə getdi - VİDEO
-
Səfərov qardaşları dəfn olundu - Fotolar
-
DTX əməliyyat keçirdi: Dövlətə xəyanət edən tutuldu
-
Lökbatanda beton zavodundan şikayət - VİDEO
-
Baş direktor vəzifədən azad edildi - Yeni təyinat
-
Azərbaycanda avro bahalaşdı - 4 ildən sonra
-
“Rusiya tərəfinin uydurduğu xəbər cəfəngiyyatdır“ - Seyfəddin Hüseynli
-
Tramp fərman imzaladı - Suriyaya qarşı sanksiyaları ləğv edildi
-
Bu gündən sosial müavinətlər və təqaüdlər artırılır - Fərman qüvvəyə minir
-
İnstaqramda kimlər nələr paylaşdı? - FOTOLAR
-
“Azərbaycan xalqına bir daha təşəkkürümü bildirmək istəyirəm“ - Ərdoğan
-
Mədəniyyət sektorunda yeni vergi güzəştlərinin tətbiqinə başlanılır - VİDEO
-
Uitkoff İranla müzakirələri davam etdirir - Ağ Ev
-
“NATO sammiti Ankarada keçiriləcək” - Ərdoğan
-
Arkadi Qukasyandan yeni ETİRAFLAR
-
İyulun 1-dən artırılan bəzi sosial müavinətlər nə qədər olacaq? - VİDEO
-
Hacı Zeynalabdin Tağıyev qəsəbəsində kanalizasiya problemi - VİDEO
-
Bu şəxslərə yeni mənzillər veriləcək - RƏSMİ
-
ABŞ və İsrailin İrana qarşı addımları bütün regionu təhlükəyə atıb - Pakistan XİN
-
Gömrükdə rüşvət qalmaqalı - Sabiq rəis 834 maşını ölkəyə necə keçirib?
-
Yekaterinburqda öldürülən azərbaycanlıların nəşi Vətənə gətirilib - VİDEO
-
Tələbələr üçün xoş xəbər: Müraciət vaxtı artırıldı
-
Deputatlar bu qanunlara dəyişiklik edəcək - SİYAHI
-
Fransanın radioaktiv tullantıları Azərbaycan sərhədində? - Xəzər üçün təhlükə
-
Azərbaycanda şok OLAY: 5 aylıq hamilə ola-ola başqasına ərə getdi - VİDEO
-
“Sputnik Azərbaycan”ın ofisində saxlanılanlar kimdir? - ADLAR
-
“Excelsior Hotel”də baş direktorla menecer arasında nə baş verir?
-
Bəylər Eyyubovun yerinə gələn Fərid Əsgərov kimdir? - DOSYE
-
“Kremlin yeni strateji hədəfi Odessadır“ - “Financial Times”
-
DİN-dən “Sputnik-Azərbaycan“dakı əməliyyatla bağlı açıqlama
-
Ərdoğan və Ersin Tatar Bakıya gəlir - Bu tarixdə
-
Bəylər Eyyubov vəzifədən azad edildi - Yerinə təyinat oldu
-
İyul ayında hava necə olacaq? - Aylıq proqnoz
-
Rusiya agentləri “Sputnik Azərbaycan“dan belə çıxarıldı - VİDEO
-
Elariz Məmmədoğlunun qızı məhkəmədə ifadə verdi - Milyonluq qalmaqallı iş üzrə
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“İran komandirləri yoxa çıxıblar” - “Washington Post“
-
Salyanda dəhşətli cinayət: gecəyarısı arvadını xəyanətdə günahlandırdı, sonra isə...
-
Həbs edilən şəxs Namiq Abdullayevin adından necə istifadə edib? - DƏLƏDUZLUQ İŞİ
-
“Cəlal Harutyunyana general-leytenant rütbəsini Sarkisyan verib“ - Arayik Harutyunyan
-
“Veysəloğlu”nun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı” çərçivəsində növbəti məhsuldar görüş AQİSA ilə keçirildi - FOTOLAR
-
“Türk vətəndaşı olmağı çox istərdim” - Montello ilə yeni müqavilə bağlanılıb
-
Qohum nikahların qarşısı necə alınacaq? - Nazirlikdən açıqlama
-
İran “Starlink“ə qadağa qoydu: İstifadə edənləri həbs gözləyir
-
Bakıda 400 nəfərin gizlənə biləcəyi yeraltı bunker: Harda yerləşir?
-
"QayMaq Premium Qida" şirkətinin kərə yağından sellofan çıxıb - Video
-
Sabahdan məktəbli formalarının qiyməti aşağı düşür - CƏDVƏL
-
Prezidentdən Fikrət Məmmədovla bağlı - Sərəncam
-
“TikTok” üçün çox varlı alıcılarımız var” - Tramp
-
Hərbi prokuror bayram günləri sərhədlərdə - FOTOLAR
-
Şuşa və Xankəndiyə səfərlər müvəqqəti dayandırılır - Səbəb açıqlandı
-
Vilayət Eyvazov Astarada vətəndaş qəbulu keçirəcək - Bu tarixdə
-
Cümşüdün batdığı kanal bu qurumun balansında olub - Baş Prokurorluğun məlumatı
-
“Sputnik-Azərbaycan” agentliyinin ofisində əməliyyat keçirilir
-
Azərbaycan İsrailə neft satışını dayandırıb - İxracın 95 faizi Avropa bazarlarına yönəldilib
-
Bakıda orta aylıq əməkhaqqı 1386 manatdır - Rəsmi
-
Çimərliklərdəki istirahət məkanlarında qiymətlə - VİDEO
-
“Ermənistanda kilsəyə yönələn hücumlar narahatlıq doğurur“ - Lavrov
-
Həyət evlərində qalanlar həşəratlara qarşı bu dərmanlardan istifadə etsinlər - VİDEO
-
Şamaxıda kişi qətlə yetirildi - 31 yaşlı kürəkəni tutuldu
-
Rusiya bu istiqamətdə 50 min hərbçi toplayıb - Ukraynanın işi çətindir
-
“Dedilər işə düzəlmək üçün 5 min manat pul lazımdır“ - Məhkəmə işi
-
Sabahdan bu sosial müavinətlər və Prezident təqaüdləri artırılacaq - SİYAHI
-
“İranın gizli nüvə obyekti ola bilər” – Tramp
-
Azərbaycanda bu şəxslərin nikahı qadağan ediləcək - Sabahdan
-
Qeyri-iş günü bir də dörd aydan sonra olacaq - TARİX
-
Maştağada kanalda antisanitar vəziyyət - VİDEO
-
Az maaş, çox tələb: Gənclər niyə iş tapa bilmirlər?
TOP 10
ARXİV