Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Bakı ilə Tiflisi kimlər üz-üzə gətirir? - Vasadzedən şərh

Tarix 07.02.19, 11:09

Font ölçüsü : - / +
bitmap-img6


Əgər hadisələri yaxından izləsəniz, Gürcüstan-Azərbaycan münasibətlərini pozmağa çalışan şəxsi asanlıqla təxmin edə bilərsiniz.

Bu sözləri Axar.az-a açıqlamasında gürcü politoloq Gela Vasadze deyib. 

Onun sözlərinə görə, baş verənlərin bütün mahiyyətini anlamaq üçün mütləq hadisələrin xronoloji nəticələrinin təhlili aparılmalıdır.

"Gürcütanla Azərbaycan arasında inkişaf trendi var və bununla eyni vaxtda Bakı ilə İrəvan arasında bir sıra danışıqlar baş tutub, Qarabağ məsələsində irəliləyiş müşahidə edilir. Bunun ardınca isə biz Cənubi Qafqazdakı hər kəsi bir-birinə düşmən etməyə xidmət edən informasiya tullantılarına şahid olduq. Biz bütün bunlardan keçmişik, bütün bunları bilirik. Bunların kimə sərfəli olduğunu da bilirik, ancaq məsələ burasındadır ki, biz hələ də buna müqavimət göstərməyi öyrənməmişik. Çox acınacaqlı vəziyyətdir. Bizim (Azərbaycan və Gürcüstan) çətinləşən vəziyyətdə müdriklik nümayiş etdirməyimiz vacibdir”, - gürcü ekspert bildirib.

Həmsöhbətimizin fikrincə, hazırkı məqamda gürcü hökumətinin baş verənlər ətrafında qəti mövqeyi olmalıdır.

"Heç bir halda emosiyalar məntiqdən üstün olmamalıdır. Ən əsası – rəsmi Tiflis baş verənlərə dərhal və sərt şəkildə reaksiya verməlidir. Faktiki olaraq burada söhbət iki ölkə arasındakı informasiya gündəmindən gedir. Bugünkü gündəm isə hansısa mənfi çalara bürünür. Bu, Gürcüstan kimi, bütün regionun sabitliyi üçün təhlükəlidir. İlk növbədə hər şeyi öz adı ilə çağırmaq, ikincisi isə bütün bunları sifariş edən ölkələri açıqlamaq cəsarətinə sahib olmaq lazımdır”, - Vasadze qeyd edib.



















Onun sözlərinə görə, bunlar olmadan Bakı və Tiflis ətrafında baş verənlərlə bağlı aydın bir anlayışa sahib olmaq mümkün olmayacaq.

Qeyd edək ki, bu il yanvarın 20-də Gürcüstanın Buqaşen qəsəbəsində Axalkalaki bələdiyyəsi tərəfindən Azərbaycan ərazilərinin işğalında və Xocalı qətliamında iştirak etmiş Mixail Avaqyana qoyulan büstün açılışı keçirilib. Bundan bir neçə gün sonra Ermənistan Silahlı Qüvvələrinin 27-ci ildönümündə Ermənistanın Gürcüstandakı səfirliyi Tiflisdə ön cərgələrində Qarabağ müharibəsində iştiraka görə orden və medallarla təltif edilmiş erməni döyüşçülərin oturduğu rəsmi qəbul keçirib.

Tiflisdə dərc olunan "Kavkaz Plyus” nəşri məsələni "Gürcüstan və Azərbaycan dostluğuna zərbə” kimi işıqlandırıb.



Xəbərin oxunma sayı : 196




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap