Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

Bakı ilə Zəngəzur arasında 280 dəfə fərq var - Rayonlar üzrə kredit məbləği

Tarix 10.10.25, 16:18

Font ölçüsü : - / +
bitmap-img6


Bu ilin əvvəlinə olan məlumata görə, Azərbaycanda banklar tərəfindən 27 milyard 477 milyon 656 min manat kredit verilib.

Yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, adambaşına düşən kredit məbləği 2 min 687 manat olub.
Qeyd edək ki, ən yüksək kredit məbləği Bakı şəhərinin payına düşüb. Rəsmi statistikaya görə, Bakı şəhərində əhalinin sayı 2 milyon 351,3 min nəfər olub. Paytaxtda banklar tərəfindən verilən kreditlərin həcmi isə 21 milyard 35,3 milyon manat olub. Nəticədə, Bakıda adambaşına düşən kredit məbləği 8 min 948 manat təşkil edib.

Ölkənin digər bölgələrində adambaşına düşən kredit məbləği paytaxt ilə müqayisədə dəfələrlə aşağı olub. Bakıdan sonra ən yüksək kredit məbləği Abşeron-Xızı iqtisadi rayonunda qeydə alınıb. Bu iqtisadi rayonda adambaşına düşən kredit məbləği Bakı ilə müqayisədə 7,2 dəfə az – 1 247 manat olub. Ən az kredit isə Şərqi Zəngəzur iqtisadi rayonunda qeydə alınıb ki, burada adambaşına düşən kredit məbləği cəmi 32 manat təşkil edib. Bu isə paytax Bakı ilə müqayisədə 280 dəfə azdır.

Azərbaycanın iqtisadi rayonlarında əhalinin sayı, banklar tərəfindən verilən kreditlər və adambaşına düşən kredit məbləği belə olub:





Xəbərin oxunma sayı : 1507




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap