Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Bakı Lift İdarəsi rəisinin adı hallanan qalmaqallı proses: - keçmiş və indiki kürəkənlərin davası araşdırılır

Tarix 16.04.18, 23:18

Font ölçüsü : - / +
bitmap-img6


Bakı Lift İdarəsinin rəisinin adı yenə də mətbuatın gündəminə gəlib. Bu dəfə rəis Qüdrət Şükürovun keçmiş kürəkəni ilə indiki kürəkəninin davası məhkəməlik olub. Nərimanov Rayon Məhkəməsində xuliqanlıqda ittiham olunan Elşən Əsgərli və onun dostları Azər Nəsibov, Nuray Bayramlının cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Musavat.com xəbər verir ki, hakim İslam Qurbanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. İttiham aktına əsasən, Elşən Əsgərli tanışları – Azər Nəsibov və Nuray Bayramlı ilə birlikdə 7 yanvar 2017-ci il tarixdə paytaxtın Nərimanov rayonu, 2-ci Sülh döngəsi küçəsində keçmiş həyat yoldaşının hazırkı əri Oqtay Əhmədova qarşı xuliqanlıq ediblər. İstintaq araşdırması zamanı E.Əsgərli və digər şəxslərin O.Əhmədova qarşı xuliqanlıq etməsinə səbəbi məlum olub.

E.Əsgərli O.Əhmədovun və əmisi Şahin Əhmədovun haqqında, eləcə də onların ailə üzvləri barəsində sosial şəbəkələrdə təhqiredici ifadələr işlətməklə, məlumatlar yayıb. Bununla bağlı Nərimanov rayonu, 2-ci Sülh döngəsi küçəsində E.Əsgərli tanışları A.Nəsibov və N.Bayramlı ilə birlikdə həmin gün saat 18.30-da O.Əhmədovla görüşüblər.

Görüş zamanı O.Əhmədov E.Əsgərlidən hansı səbəbdən onun ailə üzvləri haqqında sosial şəbəkələrdə təhqiredici məlumatlar yaymaqla, onlardan əl çəkmədiyini və əmisi Şahin Əhmədovu təhqir etdiyini soruşub. Bu səbəbdən onların arasında mübahisə yaranıb. Mübahisə zamanı E.Əsgərli O.Əhmədovun üz nahiyəsinə bir yumruq zərbəsi vurub. O.Əhmədovu vuran E.Əsgərli daha sonra Vaqif küçəsində olan Azpetrol yanacaqdoldurma məntəqəsi istiqamətində qaçıb. O.Əhmədov da idarə etdiyi avtomobillə onun arxasınca düşüb.

Yanacaqdoldurma məntəqəsinin yanında olan zaman O.Əhmədov mübahisəsini davam etdirib. Bu zaman E.Əsgərli uca səslə O.Əhmədovun və onun ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədib. E.Əsgərli O.Əhmədovu yenə də vurmaq istəyərkən hadisə yerinə gəlmiş polis əməkdaşları – İlkin Həbibov və Rəsul Ağayev onu sakitləşməyə çağırıblar, onun əl-qolunu tutaraq, O.Əhmədovu yenə də vurmasına imkan verməyiblər.

Bu vaxt E.Əsgərlinin tanışları – N.Bayramlı və A.Nəsibov münaqişəni sakitləşdirmək bəhanəsi ilə O.Əhmədovu bir qədər kənara çəkiblər. Orada A.Nəsibov O.Əhmədovun üz nahiyəsində bir kəllə vurub. Daha sonra A.Nəsibov və N.Bayramlı zərbənin təsirindən yerə yıxılmış O.Əhmədovun bədəninin müxtəlif nahiyələrinə zərbələr vurub. Həmin vaxt polis əməkdaşlarının əlindən çıxan E.Əsgərli O.Əhmədova hücum edib, onun ailə üzvlərini nalayiq ifadələrlə söyüb. Baş verən hadisə zamanı O.Əhmədov üz və bədən nahiyələrindən xəsarətlər alıb.

İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 221.2.1-ci ( bir qrup şəxs tərəfindən və ya təkrar xuliqanlıq törətmək) və 221.2.2-ci (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə, xuliqanlıq törətmək) maddələri ilə ittiham elan edilib.

Xatırladaq ki, Elşən Əsgərli Bakı Lift İdarəsinin rəisi Qüdrət Şükürovun keçmiş kürəkənidir. E.Əsgərli Q.Şükürovun qızı Aysellə ailəli olub. Aysel boşandıqdan sonra Oktay Əhmədovla ailə həyatı qurub. Bundan sonra tərəflər arasında sosial şəbəkələrdə, əsasən də İnstagram hesablarından bir-birlərinin ünvanlarına təhqiredici ifadələr və ittihamlar səsləndiriblər.

Bu qalmaqaldan sonra Qüdrət Şükürovun da adı mətbuatda hallanıb. Lift idarəsi rəisinin öz qızının ikinci dəfə keçirilən toyuna 400 min manatdan çox pul xərclədiyi bildirilir.



Xəbərin oxunma sayı : 496




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap