Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Bakı polisi Müsavatın piket cəhdi ilə bağlı açıqlama yaydı: “Hüquqazidd hərəkətlərin qarşısı alınıb“

Tarix 12.11.19, 17:02

Font ölçüsü : - / +
bitmap-img6


Bakı Şəhər Baş Polis İdarəsi Müsavat Partiyasının Bakı Şəhər İcra Hakimiyyəti qarşısında piket göstərməyə cəhd etməsi ilə bağlı açıqlama yayıb.

İdarənin Mətbuat Xidmətindən daxil olan açıqlamada deyilir:

“Müsavat Partiyasının üzvləri paytaxtın mərkəzi ərazilərindən birində mitinq keçirmək barədə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişlər. Müraciətə uyğun olaraq, “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun müvafiq tələblərinə əsasən ictimai asayişin pozulmasının qarşısının alınması və şəhərin mərkəzi hissəsində keçirilməsi onun yerinin dəyişdirilməsi formasında məhdudlaşdırılaraq paytaxtın Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki “Neftçi” idman klubunun təlim bazası təklif olunmuşdur.

Bu barədə müraciətin müəlliflərinə rəsmi məlumat verilmiş və onlar müəyyən edilməmiş yerlərdə keçiriləcək hər hansı aksiyanın qarşısının alınacağı, baş verə biləcək ictimai qayda pozuntularına görə məsuliyyət daşıyacaqları barədə Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən rəsmi xəbərdar edilmişlər.

Buna baxmayaraq, noyabrın 12-də saat 15 radələrində ümumi sayı təxminən 15 nəfərdən ibarət şəxs Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında qanunsuz piket keçirməyə cəhd göstərmişlər. Görülmüş tədbirlərlə hüquqazidd hərəkətlərin qarşısı alınmışdır”.



Xəbərin oxunma sayı : 145




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap