|
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Mərkəzi Kəşfiyyat İdarəsi terror hücumlarından necə xəbər tuta bilir? – ŞƏRH
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Bakı Rusiya-Səudiyyə Ərəbistanı-İran üçbucağında…
Tarix 31.05.17, 16:45 |
|
Səudiyyə Ərəbistanın formalaşdırmağa çalışdığı “ərəb NATO”su və ya “İslam NATO”su Azərbaycanın siyasi və ekspert dairələrində ən çox müzakirə olunan mövzulardandır. Çünki “İslam NATO”suna Azərbaycanın da dəvət edildiyinə dair xəbərlərin sayı çoxalır. Azərbaycandan başqa qeyri-ərəb ölkələrindən Türkiyə, Pakistan, İndoneziya və Qazaxıstan da yeni birliyə dəvətlidirlər.
Mayın 22-də Ər-Riyadda “Ərəb, İslam, Amerika” sammiti keçirildi. Sammitdə 40 dövlət başçısı iştirak edirdi. ABŞ prezidenti Donald Trampın sammitdə iştirakı tədbirə marağı artırdı.
Əslində Donald Tramp Səudiyyə Ərəbistanına səfər etmiş və bu ölkə ilə 350 milyard dollarlıq saziş imzalamışdı. Buna baxmayaraq, Ər-Riyad Trampın iştirakı ilə İslam ölkələrinin liderləri ilə xüsusi toplantı keçirməkdə də maraqlı idi.
Birincisi, Ağ Ev sahibinin toplantıda iştirakını təmin edən Ər-Riyad bu yolla gələcəkdə yaranacaq “İslam NATO”sunun Vaşinqton tərəfindən dəstəklənəcəyini göstərmək istəyirdi. Ər-Riyad üçün Amerikanın dəstəyi vacibdir. Səudiyyə Ərəbistanı ilə rekord məbləğdə saziş imzalayan Tramp isə Ər-Riyadın “İslam NATO”suna “yox” deyə bilməzdi.
İkincisi, Ər-Riyad İranın bölgədəki fəallığından narazıdır, bunun qarşısını almaq yolları haqqında düşünür. Ona görə də Ər-Riyad özünə dost bildiyi ölkələrdən ibarət hərbi blok formalaşdırmaq istəyir.
Üçüncüsü, Ər-Riyad yeni hərbi blok vasitəsilə İslam aləmində lider rolunu gücləndirmək istəyir.
Buna baxmayaraq, Ər-Riyad hərbi blok məsələsində ehtiyatlıdır. Hadisələri qabaqlamaq istəmir. Məsələn, “Ərəb, İslam, Amerika” sammitində xüsusi olaraq yeni hərbi blok haqqında fikir mübadiləsi aparılmadı. Çünki, əgər Ər-Riyad bu sammitdə yeni hərbi blokun yaradılmasını qarşısına məqsəd qoysaydı, ən azı Azərbaycan, Qazaxıstan və Özbəkistanın dövlət başçıları bu toplantıya qatılmayacaqdılar. Çünki bu ölkələr Rusiya və İranla münasibətlərini gərginləşdirmək istəmirlər. Qazaxıstan Rusiya ilə birgə hərbi (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) blokdadır, Azərbaycan isə vaxtilə Qoşulmayanlar Hərəkatına üzv olmaqla hərbi bloklara qoşulmamaq siyasətinə üstünlük verdiyini göstərib.
Rusiyadan çox İran Səudiyyə Ərəbistanının fəallığından narahatdır. Tehran anlayır ki, Səudiyyə Ərəbistanının yeni təşəbbüsü İranın regional maraqlarını sıxışdırmaq məqsədi daşıyır. Səduyyə Ərəbistanı Tehranın Suriya, İraq, eləcə də Yəmən, Bəhreyn və Livanın daxili işlərinə qarışmasını istəmir. Digər tərəfdən Ər-Riyad Tehranın bölgədəki “Hezbollah” və “Həməs” kimi silahlı qruplaşmaları dəstəkləməsindən də narahatdır. Tehran Ər-Riyadın bölgədəki maraqlarını nəzərə almır. Buna görə də iki dövlət arasında münasibətlər getdikcə gərginləşir. Buna misal olaraq mayın 27-də İranın dini lideri Əli Xameneyinin Ramazan bayramının başlaması münasibətilə çıxışını göstərmək olar. O, bu çıxışında Səudiyyə Ərəbistanını ən sərt sözlərlə tənqid edib. Onun bəzi ifadələri tənqid çərçivəsini də aşır. Həmin çıxışdan bəzi tezislər deyilənlərə sübutdur:
– “Amerika Səudiyyə Ərəbistanı “axmaq” rəhbərlərindən “sağmal inək” kimi istifadə edir”;
– “Bu gün müsəlman cəmiyyətləri digər cəmiyyətlər kimi problemlərlə üz-üzə qalıb. İslam dünyasında bir qrup alçaq və nalayiq şəxslər müsəlman millətlərinin taleyini ələ alıblar. Bunun bariz nümunələrindən biri də Səudiyyə Ərəbistanı hökumətidir;
– “Səudiyyə Ərəbistanı hökuməti, bu ölkənin milli sərvəti olan neft pullarını müsəlmanların və bu ölkə əhalisinin həyat səviyyəsini yaxşılaşdırmağa xərcləmək əvəzinə, onu öz şəxsi mənfəəti üçün kafirlərə təqdim edir”;
– “Axmaqlar elə fikirləşirlər ki, bu kimi hərəkətlərlə və islam düşmənlərinə pul verib onlara yardım etməklə onların səmimiliyini cəlb edə biləcəklər. Halbuki belə bir səmimilik yoxdur. Amerikalıların özlərinin də bildirdiyi kimi, Səudiyyə hökuməti onlar üçün bir sağmal inəyə bənzəyir və onlar onun südünü sağırlar. Südü qurtarandan sonra da onu qurban edəcəklər”;
– “Bunlar məhv edilməli və devrilməlidirlər. Bunun geci-tezi var. Lakin bu həm də möminlərdən və onların necə əməl etməsindən asılıdır. Əgər möminlər düzgün əməl etsələr, bu hadisə tezləşdirilə bilər”.
Səudiyyə Ərəbistanı kral ailəsindən hələ ki, kimsə İranın dini liderinin bu ağır ittihamlarına reaksiya verməyib. İran dini liderinin ittiham dolu bu çıxışının iki məqsədi var:
Birinci məqsədi Ər-Riyadı qorxutmaqdır, başqa sözlə Tehran demək istəyir ki, Amerikanın Səudiyyə Ərəbistanını silahlandırmasına baxmayaraq, İran ərəb ölkələrindəki inqilabçı şiələri dəstəkləməkdə davam edəcək. Əslinə qalsa Tehran bölgədəki maraqlarını qorumaq baxımından Ər-Riyaddan daha çevikdir və nəticələr hələ ki, onun xeyrinədir.
Ikinci məqsədi Səudiyyə Ərəbistanın müttəfiqlərini və tərəfdaşlarını xəbərdar etməkdir. İranın dini lideri Ər-Riyadı hədələməklə Səudiyyə Ərəbistanının yeni hərbi blokuna maraq göstərən ölkələrə də xəbərdarlıq mesajı göndərir.
Rəsmi Bakı İrana qarşı hən hansı hərbi blokda yer almayacaq. Təsadüfi deyil ki, Azərbaycan prezidenti İlham Əliyev Səduyyə Ərəbistanındakı sammitdən qayıtdıqdan bir neçə gün sonra İran prezidenti Həsən Ruhani ilə telefonla danışaraq iki ölkə arasındakı əlaqələrin son dörd ildəki yüksəlişinə diqqəti çəkdi.
Buna baxmayaraq, rəsmi Bakı Ər-Riyadla münasibətlərin inkişafından da geri addım atmayacaq. Bu arada, Səudiyyə Ərəbistanının müdafiə naziri Məhəmməd ibn-Salman Rusiya ilə yanaşı Azərbaycana da səfər edəcəyi xəbəri diqqət çəkir.
“Atlas” Araşdırmalar Mərkəzi
Xəbərin oxunma sayı : 202
Analiz
Xəbərlər
-
Uşaq bağçasında mənimsəmə - Cinayət işi açıldı
-
Masallıda narkotiklərin satışı ilə məşğul olanlar saxlanılıblar - FOTO
-
Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT
-
Tavuşda gərgin vəziyyət: “Yerkrapa” üzvləri maşını etirazçıların üzərinə sürdülər
-
Bakıda məktəblilərə siqaret satanlar cərimələniblər - FOTO/VİDEO
-
“65 yaşıma qədər işləmək istəyirəm” - Mourinyo
-
Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI
-
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
-
Röyal Sarıməmmədov Pirallahının icra başçısı olmaq üçün hərəkətə keçib? - İDDİA
-
Bu qaydanı pozan sürücülər 200 AZN cərimələnəcək - RƏSMİ
-
Milli Məclisin növbəti iclası başlayıb - Gündəlikdə 18 məsələ var
-
AMEA-nın qarşısındakı parkda oturacaqlar niyə yoxa çıxıb? - AÇIQLAMA/FOTO
-
İsrail İrana atdığı raketi özü məhv edib - “The New York Times”
-
Gürcüstan bazarında böhran - Azərbaycanda hansı avtomobillər ucuzlaşacaq?
-
Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri barəsində cərimə protokolu tərtib edilib - FOTO
-
Arxektura komitəsində “göydələn biznesi“ - Ramin Abdullayev hər ay onlarla mənzilə necə sahiblənir?
-
“İranda etnik azərbaycanlılar ayrı-seçkiliyə məruz qalır“ - Dövlət Departamenti
-
Bəzi bölgələrə yağış, Şahdağa sulu qar yağıb - FAKTİKİ HAVA
-
Qərb ölkələrində “Çin casusu” xofu: Beş nəfər həbs olundu
-
Həyət evlərinin satışında yaranan durğunluğun səbəbi nədir? - VİDEO
-
Ərli qadınla subay oğlanın şok hərəkəti: - “Rayona getdik, kənddə axşam...“
-
Kanalizasiya suyu aylardır küçəyə axır - ŞİKAYƏT + VİDEO
-
Son günlər turşulardan zəhərlənmə halları artıb: SƏBƏB NƏDİR?
-
Füzuli şəhərinə növbəti köç karvanı yola düşdü - FOTOLAR
-
Lətifənin fərqli tərzi - Fotolar
-
Ev telefonlarına olan tələbat niyə azalıb? - VİDEO
-
Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb
-
Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə
-
“Heydər Əliyev əlindən gələni əsirgəmirdi” - Putin
-
Ali məktəbləri bitirən tələbələr işə təyinat ala biləcəklər? - VİDEO
-
Kanalizasiya xətlərinin tez-tez tıxanmasına səbəb nədir? - VİDEO
-
Şagirdlər daha ev tapşırığı etməyəcəklər? - Nazirlikdən açıqlama
-
“Vladimir Putin və Heydər Əliyev iki ölkə arasında dostluq münasibətlərinin əsasını qoyublar” - İlham Əliyev
-
Hakimlərə etirazı rədd edildi - İndi də prokurordan narazıdır
-
İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - FOTO/VİDEO
-
“BAM XXI əsr üçün qlobal siyasəti müəyyən edir“ - Vladimir Putin
-
Astarada xarabalıqdan betər tibb məntəqəsi - VİDEO
-
İranda Rusiyanın kredit kartları işləyəcək - FOTO
-
“Əli Kərimli, artıq kənara çəkilməlisiniz“ - Deputatdan ÇAĞIRIŞ
-
Bu universitetdə tələbələrin təhsilhaqqı mənimsənilib - TƏFƏRRÜAT
-
“AccessBank” 126 milyon manatdan çox - ZƏRƏRDƏ
-
Quşçularla deputat arasında qalmaqal: Toyuqlar dərmanla şişirdilir?
-
Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini AÇIQLADI
-
Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - VİDEO
-
Taksi qiymətlərində artım var: Səbəb nədir?
-
Müəllimlərin nəzərinə: Növbəti vakansiya seçimi başlayır
-
Hansı bankda əhalinin nə qədər əmanəti var? – Tam siyahı
-
Bəzi rayonlarda leysan yağıb, dolu düşüb - FAKTİKİ HAVA
-
“Rusiya ilə əlaqələrimizin inkişafından çox razıyıq” - İlham Əliyev
-
MEDİA sosial şəbəkə istifadəçilərini məsuliyyətli olmağa çağırıb - Diqqət!
-
“Heydər Əliyev BAM layihənin icrasında böyük rol oynayıb” - Putin
-
Gürcüstandan Azərbaycana xırdabuynuzlu heyvan idxalı dayandırıldı – Rəsmi
-
Konduktorluq edən qız necə millinin kapitanı oldu? - VİDEO
-
“Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 4 milyard dollara çatıb“ - Putin
-
Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Azərbaycan və Rusiya prezidentlərinin təkbətək görüşü olub - VİDEO/FOTO
-
Qubad İbadoğlu ev dustaqlığına buraxılıb - Məhkəmədən qərar
-
İrana məxsus qayıq Azərbaycan sərhədini pozub - Saxlanılanlar var
-
Sülhməramlılar Xocalıdakı dislokasiya yerini tərk edir - VİDEO
-
“Birləşmiş Ştatlar 170 milyon amerikalının söz azadlığını tapdalayır” - “TikTok”
-
Tibb Universiteti Stomatoloji Klinikada müəmmalı təmir işləri aparır – Nə qalib şirkət bəllidi, nə də ayrılan vəsait
-
Azərbaycan Rusiyanın böyük dostudur - Peskov
-
Yasamalda dörd kiloqram narkotik ələ keçirilib - FOTO/VİDEO
-
Magistraturaya qəbul imtahanı keçiriləcək – Bu tarixdə
-
Rüşvət almaqda ittiham olunan sabiq hakimin cinayət işi - Beş vəkil müdafiə edir
-
Bir milyondan çox aksizsiz siqaret aşkar edilərək götürülüb - FOTO
-
Rusiya hərbi bazası Ermənistandan çıxarılır? - Kremldən açıqlama
-
Yağış yağacaq, külək əsəcək - Sabahın havası
-
Azərbaycanda bu məhsullar ucuzlaşacaq - AÇIQLAMA
-
“Bu aylarda çox şey dəyişə bilər“ - KTMT-nin baş katibi
-
Ermənistanda rusları hindular əvəz edir - ŞOK MƏLUMAT
-
Ərəblər məni pulla almışdılar - Samirə Yusifqızı
-
Rusiyadan 75 qəpiyə gətirilən “qreçka” marketlərdə 3 manata satılır – Rəsmi
-
MN-də 143 milyonluq mənimsəmə: “Pulların vaxtında ödənilməsi üçün “otkat” verirdik”
-
Bu xanıma yüksək vəzifə verildi - FOTO
-
Prezident İlham Əliyev Rusiyada səfərdədir - FOTO/VİDEO
-
9 və 28 mayda ardıcıl qeyri iş günləri olacaq: Əmək Məcəlləsi nə deyir?
-
Yeni fırıldaq sxemi - Telegram hesabları necə oğurlayırlar...
-
Çiyələk və qaragilə ilə bağlı araşdırma: İnsan orqanizmini nələrdən qoruyur?
-
HHM bölmələrimiz döyüş atışlı taktiki təlim icra edib - VİDEO
-
Nazirdən yüksək vəzifəyə təyinat - FOTO
-
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
-
Rayonlarda torpaq almaq neçəyə başa gəlir? - ARAŞDIRMA
-
Neçə yerdə işləyə bilərik? - VİDEO
-
Yeni virus pandemiyaya səbəb ola bilər - TƏHLÜKƏ
-
Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edəcək - Bu tarixdə
-
Gürcüstanın avtomobil bazarındakı durğunluq Azərbaycana təsir edə bilərmi? - VİDEO
-
“Yollara görə maşın hər gün ustadadır” - VİDEO
-
Şirkətlər tikinti materiallarını sığortalamaqda niyə maraqlı deyillər? - ARAŞDIRMA
-
“ABŞ Ukraynaya “ATACMS” taktiki raketləri verə bilər” - Senator Uorner
-
Bəyan edilməyən telefonlara görə cərimələnə bilərsiniz - VİDEO
-
Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO
-
“Liverpul“la fəxr edirəm“ - Pep Qvardiola
-
Azərbaycanda yenidən zəlzələ ola bilərmi? - RƏSMİ
-
Yollar Zəngəzura aparır - VİDEO
-
Meteohəssas insanlarda narahatlıq hissi yarana bilər - Sabahın havası
-
Əhaliyə ən çox hansı banklar kredit verib? – Tam siyahı
-
Türkiyədən Azərbaycana gələn mallar ucuzlaşacaq? - VİDEO
-
Aygün və Namiq toyda hərəkətləri ilə diqqət çəkdilər - VİDEO
-
Fransa şəhər meri nasist salamı verdi - VİDEO
-
“İsrail HƏMAS-a təzyiqi artıracaq” - Benyamin Netanyahu
-
Azərbaycanda un 30% ucuzlaşdığı halda, çörək niyə 11% ucuzlaşıb? – Rəsmi rəqəmlər
-
Vəfat edənlərin yığılan pullarının taleyi necə olacaq? - ARAŞDIRMA
-
Erməni postları sökülür - Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər
-
Tarixin ən davamlı avtomobilləri - SİYAHI
-
Ukrayna Rusiyanın böyük hücumuna hazırlaşır - Zelenski qələbəyə inanır
-
Dövlət Xidməti Komitənin tenderini ləğv etdi – Səbəb bilinmir
-
Roza toy qiymətini açıqladı - 5-12 min manat (VİDEO)
-
ABŞ “son ukraynalıya qədər döyüş“ə məcbur edir - Volodin
-
Dumana görə bəzi yollarda görmə məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq
-
Ermənilər Qazaxın 4 kəndinə gedən yolu bağladılar – Video
-
“İŞİD-lə əlaqəsi olan 36 şübhəli saxlanılıb“ - Türkiyə DİN
-
Qazaxıstanda daşqınlar: Doqquz minə yaxın şəxs evinə qayda bilmir
-
Hədəfə doğru növbəti addım: Kremlin dəyişən baxışı - TƏHLİL
-
Ərdoğan İraqa səfər edəcək: 30-a yaxın sənəd imzalanacaq
-
Bakıdan sonra ən çox fərdi sahibkar hansı regiondadır? - SİYAHI
-
“Ukrayna münaqişəsindən çıxış yolu yoxdur” - İlon Mask
-
Azərbaycanda hotellər bahalaşdı - VİDEO
-
Bugünkü imtahanda nəzarətçi köçürməyə şərait yaradıb – Rəsmi
TOP 10
ARXİV