Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Bakı Tikiş Evinin mağazaları açılır - İbtidai siniflərdə dərslər başlayacaq

Tarix 04.08.20, 13:26

Font ölçüsü : - / +
bitmap-img6


Hazırda orta məktəblərdə tədrislə bağlı Təhsil Nazirliyi tərəfindən təkliflər hazırlanır və Nazirlər Kabineti yanında Operativ Qərargaha təqdim ediləcək.

AzFakt.com-un xəbərinə görə, bu barədə modern.az-a açıqlama verən Bakı Tikiş Evinin (BTE) satış şöbəsinin müdiri Etibar Əzimov deyib ki, həmin təkliflərdə məktəbli formaları ilə bağlı məsələ də öz əksini tapıb:

"Təhsil Nazirliyinin təklifi qəbul edilsə, sabahdan Bakı Tikiş Evinin mağazaları açılacaq. Belə fikirlər var ki, ilkin olaraq ibtidai siniflərdə tədris başlayacaq. Çünki uşaqlar məktəblə, müəllimlərilə tanış olmalıdırlar. Çox güman ki, yuxarı siniflərdə təhsil onlayn rejimdə olacaq”.

BTE rəsmisi təmsil etdiyi qurumun hər bir situasiyaya hazır olduğunu vurğulayıb:

"Mağazalarda keçən ildən tikilən paltarlarımız da, parça ehtiyatımız da var. SMS icazə ləğv edildiyindən sabahdan etibarən əməkdaşlarımız işə cəlb olunacaq. Təbii ki, bizim işimiz istehsaldır, qərar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən açıqlanacaq. Biz də hamı kimi gözləyirik”.

E.Əzimovun sözlərinə görə, bir müddət əvvəl müzakirəsi aparılan yeni məktəbli formaları məsələsi hələlik gündəmdə deyil.



Xəbərin oxunma sayı : 1945




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap