Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Bakıda 35 metrlik yolka qurulur

Tarix 09.12.17, 19:00

Font ölçüsü : - / +
bitmap-img6


Bakı şəhərində ən böyük yolka Bulvarda, Kukla teatrının yanındakı böyük meydançada quraşdırılır

Bu barədə azvision.az-a Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin şöbə müdiri Nazim Məcidov bildirib.

Şöbə müdirinin sözlərinə görə, yolkanın hündürlüyü 35 metr olacaq: "Hər il olduğu kimi, bu il də Yeni il ərəfəsində Bulvarda insanların sayı çox olacaq. Tətillər başlayır, sakinlər ailəsi, kiçik yaşlı uşaqları ilə Bulvara gəzməyə gəlirlər. Bayram ərəfəsində, bayramdan bir neçə gün əvvəl və sonra idarəmiz gücləndirilmiş iş rejimində çalışacaq. Attraksion, karusel, restoran sahibləri həmin günlərdə iş saatlarını artıracaqlar ki, insanlar rahat istirahət edib, əylənə bilsinlər".

N.Məcidov qeyd edib ki, "Neftçilər" prospekti istiqamətində ağacların işıqlandırılmasına başlanılıb: "Bulvarda ağaclar rəngbərəng işıqlarla bəzədiləcək. Əvvəlki illərdə olduğu kimi Bulvarda hər addımbaşı yolka ağacı olmayacaq. Bir yolka Kukla teatrın yanında olacaq, orada Şaxta baba və Qar qız fəaliyyət göstərəcək. İnsanlar gəlib təmənnasız şəkil çəkdirə biləcəklər".










Xəbərin oxunma sayı : 103




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap