Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Bakıda 3 milyona mənzil, 10 milyona villa satılır – Amma alan yoxdur

Tarix 22.02.18, 1:37

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün Bakıda dəyəri bir neçə milyon manat olan mənzil və villalar mövcuddur

Bunu Trend-ə Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı deyib.

R.Osmanlı bildirib ki, bahalı mənzillər əsasən şəhərin mərkəzində premium binalarda yerləşən, böyük sahəyə malik, dəniz mənzərəsi olan mənzillərdir. Bu mənzillərin qiyməti 3 milyon manata qədərdir.

Villalara gəlincə isə ekspert bildirib ki, bu gün Bakı şəhəri və ətraf ərazilərdə 10 milyon manata satışa çıxarılan villalar var.

R.Osmanlının sözlərinə görə, ötən illərlə müqayisədə villaların qiyməti xeyli ucuzlaşıb: “Xüsusilə enerji taariflərinin diferensiallaşmasından sonra saxlanma xərcləri artdığına görə satışa çıxarılan villaların sayı xeyli dərəcədə artdı və bu da təbii ki, qiymətin ucuzlaşmasına gətirib çıxardı. Amma elə villalar da var ki, onlar bu gün girovdadır və ev sahibi banka uduzmamaq üçün villanı satıb banka olan borcunu bağlamaq və yerdə qalan vəsaiti digər problemlərinin həllinə sərf etmək istəyir. Belə hallar da var və bu addımlar villaların qiymətinə təsir göstərir. Son bir il ərzində villaların qiyməti 15 faizə qədər azalıb, iki il əvvəlki qiymətlərlə müqayisədə isə bu rəqəm 20 faizdən çoxdur”.

R.Osmanlının sözlərinə görə, müşahidələr göstərir ki, Bakıda villaların alqı-satqısı çox aşağı səviyyədədir: “Ümumiyyətlə, dəyəri 500 min manatdan yuxarı olan və likvidlik göstəriciləri aşağı olan əmlak kateqoriyalarına tələb xeyli dərəcədə aşağı düşüb. Artıq insanlar bu əmlaklara investisiya qoymağı düşünmürlər. Xüsusilə nəzərə alsaq ki, son illər əmlakın vergiyə cəlb olunması kimi qərarlar verildi, yəni böyük məbləğdə villa alqı-satqısı olan zaman onun vergisi də böyük olur, eyni zamanda böyük villanın saxlanma xərcləri də kifayət qədər yüksəkdir və əksər hallarda həmin əmlakdan gəlir götürmək imkanları məhduddur. Bütün bu səbəblərə görə, belə villalara olan maraq xeyli azalıb. Yəni villanı alıb boş yerə saxlamaq və orada böyük vəsaiti yatırtmaq bu gün üçün heç kimə sərf etmir. Ona görə də bazarda böyük və bahalı əmlaklara maraq xeyli dərəcədə aşağı düşdü”.

Ekspert vurğulayıb ki, hazırda daha çox tələbat qiyməti təqribən 200-500 min manat və icarə dəyəri 1000-3000 manat arasında dəyişən qeyri-yaşayış və xidmət obyektlərinədir: “Bundan başqa şəhər mərkəzlərində yerləşən, xüsusilə yeni tikililərdəki mənzillərin son illərdə likvidliyi artıb. Bu da xarici vətəndaşların ölkəmizə marağının çoxalması ilə bağlıdır”.



Xəbərin oxunma sayı : 409




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap