Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Bakıda 5 günlük sessiya başladı - Nazir və generallar iştirak edir

Tarix 19.11.18, 23:41

Font ölçüsü : - / +
bitmap-img6


Noyabrın 19-da Bakı şəhərində BMT-nin Yaxın və Orta Şərqdə narkotiklərin qanunsuz dövriyyəsi və aidiyyəti məsələlər üzrə alt-komissiyasının 53-cü sessiyası başlayıb.

AzFakt.com xəbər verir ki, sessiyanı BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi (UNODC) və Azərbaycan Dövlət Gömrük Komitəsi birgə təşkil edib.

Sessiyanın açılış mərasimində baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov, daxili işlər naziri, general-polkovnik Ramil Usubov, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Mədət Quliyev, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev, Baş prokurorun birinci müavini Rüstəm Usubov, Xarici işlər nazirinin müavini Xələf Xələfov, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Mərkəzi Asiya üzrə regional təmsilçisi Aşita Mattal, BMT-nin Azərbaycanda rezident əlaqələndiricisi Qulam İsakzai iştirak ediblər.

Sessiyaya üzv dövlətlər - Azərbaycan, Əfqanıstan, Bəhreyn, Misir, Hindistan, İran, İraq, İordaniya, Qazaxıstan, Küveyt, Qırğızıstan, Livan, Oman, Pakistan, Qətər, Səudiyyə Ərəbistanı, Suriya, Tacikistan, Türkiyə, Türkmənistan, Birləşmiş Ərəb Əmirlikləri, Özbəkistan və Yəmən, müşahidəçi dövlətlərdən Fransa və İtaliya hüquq-mühafizə orqanlarının əməkdaşları, eyni zamanda, Ərəb Daxili İşlər Nazirləri Şurası, Mərkəzi Asiya Regionu üzrə Narkotik Vasitələr və Psixotrop Maddələrin Qanunsuz Dövriyyəsi ilə Mübarizə üzrə İnformasiya və Əlaqələndirmə Mərkəzi (CARICC) və Körfəz Ölkələri Əməkdaşlıq Şurasının Narkotiklərlə Mübarizə üzrə İnformasiya Mərkəzinin məsul nümayəndələri qatılıb.


Baş nazirin müavini Əli Həsənov qeyd edib ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab edən Azərbaycan beynəlxalq birliyin bütün səylərini dəstəkləyərək Birləşmiş Millətlər Təşkilatının müvafiq konvensiyalarına qoşulub, ölkədə milli hüquqi baza yaradılıb.

Bu problemlə əlaqədar prezident İlham Əliyev tərəfindən 13 fərman və 54 sərəncam verildiyi, 36 qanun, Nazirlər Kabinetinin isə 23 qərar və 5 sərəncamının qəbul edildiyi diqqətə çatdırılıb.

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev mərasimdə çıxış edərək narkotiklərin qanunsuz dövriyyəsinin beynəlxalq ictimaiyyəti narahat edən mühüm problemlərdən biri olduğunu və bu problemin təkcə insanların sağlamlığına, mənəviyyatına deyil, həm də dünya iqtisadiyyatına ciddi zərbə vurduğunu diqqətə çatdırıb.

S. Mehdiyev bildirib ki, Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əsaslı mübarizə ölkə öz müstəqilliyini bərpa etdikdən sonra, ulu öndər Heydər Əliyevin imzaladığı "Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” Azərbaycan Qanununa uyğun olaraq başlayıb. Bu gün prezident İlham Əliyevin müvafiq sərəncam və fərmanları, həmçinin bir sıra normativ-hüquqi aktlar Azərbaycanda narkomanlığa qarşı mübarizənin əsas strateji xəttini müəyyənləşdirir.
 
 
Diqqətə çatdırılıb ki, Azərbaycan narkotiklərlə mübarizədə beynəlxalq əməkdaşlığın aktuallığını nəzərə alaraq, BMT-nin "Narkotik vasitələr haqqında”, "Psixotrop maddələr haqqında” və "Narkotik vasitələr, psixotrop maddələr və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarına qoşulub, cinayətkarlıq və narkotiklərlə mübarizə sahəsində dünyanın bir sıra dövlətlərilə ikitərəfli və çoxtərəfli sazişlər, memorandumlar imzalayıb.

Komitə sədri Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ və ətraf rayonların ərazisindən narkotiklərin becərilməsi, satılması və tranziti, eyni zamanda, transmilli cinayətlərin həyata keçirilməsi üçün nəzarətsiz zona kimi istifadə olunduğunu bildirib və BMT-nin Yaxın və Orta Şərqdə narkotiklərin qanunsuz dövriyyəsi və aidiyyəti məsələlər üzrə alt-komissiyasının 53-cü sessiyasının iştirakçılarının bu məsələyə xüsusi diqqət göstərməsinin vacibliyini vurğulayıb.
Mükəmməl hüquqi bazaya, inkişaf etmiş infrastruktura malik Azərbaycan Gömrük Xidmətinin narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində mühüm addımlar atdığını da diqqətə çatdıran Komitə sədri, o cümlədən əməliyyat-axtarış fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə hədəflərin idarə olunması sisteminin və mobil qrupların yaradıldığını, bacarıqlı və bilikli kadrların işə cəlb olunduğunu, müasir texnika və avadanlıqlardan geniş şəkildə istifadə edildiyini bildirib.

Səfər Mehdiyev Dövlət Gömrük Komitəsi Kinoloji Mərkəzinin fəaliyyətindən də bəhs edib və burada hazırlanan xidməti axtarış üzrə təlim keçmiş itlərin bir sıra ölkələrin müvafiq qurumlara hədiyyə edildiyini bildirib.

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində görüləcək işlər, sessiyada müzakirə olunacaq məsələlər barədə də məlumat verən BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Mərkəzi Asiya üzrə regional təmsilçisi Aşita Mittal tədbirin qarşıdakı məqsədlərə nail olunmasında mühüm rol oynayacağına əminliyini ifadə edib.

Daha sonra sessiya başlayıb.

Sessiyada regional və subregional əməkdaşlığın hazırkı vəziyyəti, alt-komissiyanın 51-ci sessiyasında qəbul edilən tövsiyələrin həyata keçirilməsi, narkotiklərlə mübarizə üzrə kompleks və balanslaşdırılmış mübarizə strategiyasının hazırlanması və Baş Assambleyanın 2016-cı ildə keçirilmiş xüsusi sessiyasının qərarlarının (narkotik vasitələrə dair komissiyanın 62-ci sessiyası çərçivəsində keçiriləcək nazirlər səviyyəsində iclasların nəticələri nəzərə alınmaqla) icrası məqsədilə beynəlxalq əməkdaşlığın nizamlanmasına dair Siyasi Bəyannamə və Fəaliyyət Planının yerinə yetirilməsilə bağlı növbəti tədbirlər, narkotik vasitələrə dair komissiyanın bu qurumun köməkçi orqanlarının gücləndirilməsi barədə 60/1 qərarının icrası, alt-komissiyanın 54-cü sessiyasının işinin təşkili və digər məsələlərin müzakirəsi nəzərdə tutulub.

Sessiyada işçi qruplar tərəfindən - narkotiklərin ticarətilə əlaqədar çirkli pulların yuyulması, qanunsuz maliyyə axını, "darknet” şəbəkəsi və kriptovalyutalardan istifadəyə qarşı mübarizə; sintetik narkotiklər sahəsində təhlükəli tendensiyalara, o cümlədən yeni psixoaktiv maddələrin, eləcə də prekursorların və siyahıya daxil edilməmiş kimyəvi maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə; məlumat mübadiləsi məqsədilə regional əməkdaşlıq mərkəzləri arasında əlaqənin təmin olunması; hərtərəfli və alternativ inkişaf proqramlarının hazırlanması və həyata keçirilməsi məsələlərinə də baxılacaq.

Sonda 53-cü sessiyanın işi ilə əlaqədar alt-komissiyanın hesabatının təsdiqlənməsi gözlənilir.

Sessiya noyabrın 23-dək davam edəcək.




Xəbərin oxunma sayı : 268




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap