Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Bakıda 6 nəfərin qatilinə cəmi 10 il verdilər

Tarix 18.04.17, 21:52

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 6 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə ittiham olunan Elyar Bayramovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb

Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Zeynal Ağayev sədrlik edib. Prosesdə hökm oxunub.

Hökmə əsasən, E. Bayramov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən il avqustun 31-də Sumqayıt yaxınlığında, Bakı-Quba magistral yolunun 44-cü kilometrliyində baş verib. Saat 21:00 radələrində 1976-cı il təvəllüdlü Elyar Bayramov idarə etdiyi “Wolskvagen Passat” markalı, 99-DZ-632 dövlət qeydiyyat nişanlı avtomobillə 1983-cü il təvəllüdlü Məmmədov Elnur İsfəndiyar oğlunun idarə etdiyi “VAZ-21102” markalı, 66-BS-663 dövlət nömrə nişanlı avtomobillə toqquşub.

Nəticədə “VAZ-21102” markalı avtomobilin sürücüsü, həmin avtomobildə olan sərnişinlər - 1982-ci il təvəllüdlü Tovuz rayon sakinləri Məmmədova Arifə Yunis qızı, 1979-cu il təvəllüdlü Quliyeva Şəfəq Musa qızı, 1973-cü il təvəllüdlü Qasımov Akif Yunis oğlu, həmçinin “Wolskvagen Passat” markalı avtomobildə olan sərnişin - 1982-ci il təvəllüdlü Bakı şəhər sakini Rəhimov Ramil Adil oğlu hadisə yerində ölüblər.

“Wolskvagen Passat” markalı avtomobilin sürücüsü və həmin avtomobildə olan sərnişin, 1983-cü il təvəllüdlü Abşeron rayon sakini Bayramov Elçin Yusif oğlu xəsarət alaraq Sumqayıt şəhər Mərkəzi Xəstəxanasına çatdırılsalar da, E.Bayramovu xilas etmək mümkün olmayıb.



Xəbərin oxunma sayı : 148




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap