![]() |
|














Bakıda “məhəbbət üçbucağı” - Evli qadın Hacını evinə gətirib ərinə hiylə qurdu
Tarix 26.09.19, 19:53 |
|
12.jpg)
Bakıda "məhəbbət üçbucağı” zəminində baş vermiş növbəti cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
AzFakt.com Virtualaz.org-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən proses zamanı müttəhimlər kürsüsündə 49 yaşlı İntiqam Abbasov dayanmışdı. Ona qarşı qəsdən adam öldürməyə cəhd və xuliqanlıq ittihamı irəli sürülüb.
Hadisə ötən il avqustun 20-də Bakı şəhəri Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən "Araz” restoranın qarşısında baş verib. Həyat yoldaşının Hacı Cavadovla yaxın münasibətdə olub-olmadığını dəqiqləşdirmək istəyən İ.Abbasov həmin ünvana yollanıb. H.Cavadov ona deyib ki, belə münasibət olub, amma Lətifə Abbasovanın (ad və soyad dəyişdirilib-red.) evli olduğunu öyrəndikdən sonra ondan ayrılıb.
Ailə şərəfinin ləkələnməsindən hiddətlənən İ.Abbasov Hacını öldürmək qərarına gəlib və bıçaqla H.Cavadova zərbə endirib. Hacının hadisə yerində olan tanışları – Şərafəddin Kərimov və Azər İbrahimov ona yardım etmək istədikdə İntiqam əlindəki bıçaqla onların üstünə sarı gedib. Yaralının çoxlu qan itirdiyini görən Şərafəddin Hacıdan əl çəkməsini tələb edib. İntiqam isə bu dəfə bıçaqla Şərafəddinə zərbələr endirib.
Törətdiyi cinayət əməlinə görə Nizami rayon məhkəməsi tərəfindən İ.Abbasovun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.
"Arvadımın şəkillərini sosial şəbəkədə yayacağı ilə hədələyirdi”
Təqsirləndirilən şəxs qismində dindirilən İntiqam Abbasov ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib. İfadəsində Hacının onun həyat yoldaşına zəng vuraraq narahat etdiyini deyib: "Arvadım dedi ki, marketdə "Million” ödəmə terminalı ilə öz nömrəsimə pul yükləyəndə Hacı terminalın ekranından nömrəsini görüb, ona zəng vurub. Hacıya zəng vurub, Lətifənin əri olduğumu dedim, görüşmək istədiyimi söylədim. Görüşməkdən imtina etdi və bir daha zəng vurmayacağını bildirdi”.
Təqsirləndirilən şəxsin ifadəsinə inansaq, bu söhbətdən dörd ay keçdikdən sonra H.Cavadov onların ev telefonuna yenidən zəng vuraraq arvadının şəkillərini sosial şəbəkədə yayacağı ilə hədələyib və 1000 manat pul tələb edib. Nəticədə o, Hacıya bir daha görüşməyi təklif edib. Hacı isə İ.Abbasovun nömrəsini bloka atıb. Bu dəfə İntiqam onun işlədiyi marketin yerini öyrənib, oraya yollanıb. Amma ona Hacının daha burada işləmədiyini bildiriblər. İntiqam Hacını axtarmağa başlasa da tapa bilməyib. Yaşadığı ünvanı öyrənib, lakin həmin ünvana getməyib.
Hacı zəng vurur, Keşlədəki "Araz” restoranına çağırır...
Ötən il avqustun 20-də isə Hacı ona zəng vuraraq Keşlə qəsəbəsindəki "Araz” restoranında olduğunu deyib. İntiqam arvadını da özüylə götürərək birbaş həmin ünvana yollanıb: "Lətifə maşında oturdu. Özüm düşüb restorana sarı getdim. Hacıya zəng vurub dedim ki, burdayam. Bu vaxt dörd nəfər mənə yaxınlaşdı, içkili idilər. Hacıya dedim ki, gəl otur maşına, məsələni özümüz həll edək. Kənara çəkilib təklikdə söhbət edərkən Hacı Lətifə haqda yalan söylədi. Mübahisə etdik, bir-birimizi itələdik. Lətifə maşından düşüb yanımıza gəldi. Hacının yalan söylədiyini, yalnız zəng etdiyini dedi. Hacı ilə yanındakı şəxslər üstümə hücum çəkib döydülər. Məni bıçaqla vurmaq istəyərkən özümü müdafiə etdim, Hacı ayağıyla vurub məni yerə yıxdı. Özü də yıxılıb üstümə düşdü. Lətifə qışqırıb köməyə adam çağırdı. Məni döyüb təpikləməyə başladılar. Yerdə olanda Hacının bədənindən qan axdığını gördüm. Tanımadığım adamlar məni yerdən qaldırdılar. Hacıgil qaçıb getdilər”.
İ.Abbasov deyir ki, gecə saatlarında zəng vurub onu polis bölməsinə çağırıblar. Bölmədə olarkən Hacının xəstəxanaya yerləşdirildiyini öyrənib.
Xəyanətkar arvadın hiyləgər oyunu
Zərərçəkmiş qismində dindirilən Hacı Cavadov ifadəsində Lətifə Abbasova ilə 2017-ci ilin yazında internetdəki nərd oyunu zamanı tanış olduğunu, vaxtaşırı "vatsap”la yazışdıqlarını deyib. Lətifə ona iki uşağı olduğunu, xəstəxanada işlədiyini, ərindən ayrıldığını söyləyib. Hətta bir dəfə real həyatda da görüşüb söhbətləşiblər. Görüşdən sonra Lətifəni evlərinə ötürüb. Bundan sonra görüşləri intensivləşib.
Növbəti görüş qadının yaşadığı mənzildə baş tutub. Lətifə Hacıya övladlarının məktəbə getdiyini, evdə tək olduğunu deyib, onu evinə çağırıb. Sonuncu dəfə Lətifənin evinə qədəm qoyan Hacının diqqətini dəhlizdəki kişi ayaqqabısı çəkib. Qadın ona ayaqqabıların oğluna məxsus olduğunu deyib. Hacı isə böyük oğlunun olmasını ondan gizlətdiyinə görə Lətifəyə iradını bildirib. Vəziyyətin ürəkaçan olmadığını görən Hacı Lətifə ilə münasibətə son qoymaq qərarına gəlib. Buna görə də onunla soyuq davranmağa başlayıb, zənglərinə gec cavab verib. Sonradansa qadınla əlaqəni tamamilə kəsib.
Evli qadınla məcara quran şəxsin dediklərindən: " Lətifə tez-tez zəng vurur, ondan ayrılmağımın səbəbini soruşur, hədə-qorxu tonunda danışır, evimə gələcəyi ilə məni hədələyirdi. Birdəfəlik əlaqəni kəsdim, nömrəsini "blok”a atdım. Bir müddət sonra mesaj yazdı ki, münasibətimizdən ərim xəbər tutub, mənimlə dalaşıb, hazırda anamgildəyəm, ərim nəsə soruşacağı təqdirdə ikimizin də sözümüz eyni olsun, sənə xəbər edəcəyəm”.
"Başımı kəsəcəyi ilə hədələyir, arvadına ləkə yaxdığımı deyirdi”
Zərərçəkmişin ifadəsinə görə, 2017-ci ilin noyabrında Lətifənin əri ona zəng vurub, arvadı ilə aralarındakı münasibət haqda soruşub. O da öz növbəsində Lətifə ilə əvvəlcədən razılaşdıqları kimi guya sonuncunun nömrəsini terminaldan götürdüyünü və bir neçə dəfə zəng etdiyini deyib, cəmi bircə dəfə gördüyünü, aralarında heç nə olmadığını bildirib.
2018-ci ilin avqustunda İntiqam Hacıya zəng vurub nə üçün arvadına ləkə yaxdığını soruşub, ünvanına söyüş söyüb, görüşmək istədiyini deyib.
Hacının ifadəsindən sitat: "Nə baş verdiyini anlamadım. Görüşməkdən imtina elədim, zənglərinə cavab vermədim. İntiqam isə "vatsap”dan söyüş yazır, başımı kəsəcəyi ilə hədələyir, evimə gələcəyini deyirdi. Odur ki, İntiqamın nömrəsini qara siyahıya atdım. Hadisə baş verən gün dostlarıma Lətifə və İntiqamla bağlı aramdakı problemləri danışdım, mənə hədə-qorxu gəldiklərini dedim. Dostlarım İntiqamı çağırıb süfrə arxasında bu söhbəti həll etməyimi təklif etdilər”.
Qadının intim şəkillərini, yazışmalarını ərinə göstərib, dava başlayıb...
H.Cavadov deyir ki, İntiqama zəng vurub görüşə çağırıb, onu süfrəyə dəvət edib. Restoranın həyətində İntiqam ondan arvadı ilə aralarındakı münasibətlə bağlı sorğu-sual edib. Daha sonrasa arvadına şər atdığını, adına söz çıxartdığını deyib.
"Lətifənin mənə göndərdiyi şəkilləri, yazışmaları İntiqama göstərdim. İntiqam gedib evdən arvadını gətirəcəyini, bizi üzləşdirəcəyini dedi. İntiqam çıxıb getdi və bir neçə dəqiqədən sonra Lətifə ilə qaylıtdı. Lətifə maşından düşüb ərinin yanında məni göstərib "həmin alçaqdır” deyib üzərimə gəldi. İntiqam onu kənara itələyib məni yumruqla vurdu, başım divara dəydi. Özümü toparlayıb İntiqamın üstünə getmək istəyəndə bıçaqla qarnıma zərbə vurdu. Şərafəddinlə Azər İntiqamın əlində bıçaq olduğunu görüb qaçdılar. İntiqam da onların arxasınca qaçırdı. Həmin vaxt bıçaqla Şərafəddini də vurdu. Səs-küyə ətrafdakı şəxslər gəldilər. Dava zamanı bir nəfərin də - Akif Məmmədxanovun da xəsarət aldığını eşitdim...”,-Hacı ifadəsində deyib.
Məhkəmə prosesi davam edir.
Xəbərin oxunma sayı : 1426
Kriminal
Xəbərlər
-
Çoxmərtəbəli binalarda səs izolyasiyasına niyə diqqət edilmir? - VİDEO
-
Bağçalara qəbul başlayır - Proses necə keçiriləcək?
-
Abortla bağlı yeni qanun qəbul edilə bilər - VİDEO
-
Qərb Ukraynaya silah tədarükünü bərpa edib - Zelenski
-
Xocalı girovlarının ifadələri: Dəhşətli faktlar ortaya çıxdı
-
Mingəçevir sakinlərin nəzərinə: Bəzi ərazilərdə qaz olmayacaq
-
“Yadıma düşmür ki, nəvaxtsa mən onu söyüm...“ - Zülfüqarov Məmmədyarova cavab verdi
-
Kolumbiya üsyançılarının sayı artır - hökumət narahatdır
-
Masallıda 24 yaşlı oğlan xalası qızı ilə münasibətdə oldu: anası və atasına isə... - TƏFƏRRÜAT
-
“Azəriqaz”da absurd təyinat…- Nəqliyyat mühəndisi maliyyə sektorunda
-
15 mini icra başçısının sürücüsünə vermək adı ilə aldı - Sahibkarın başına iş gəldi
-
Baş prokuror Nərimanovda vətəndaşları qəbul etdi - Fotolar
-
“Qaçqınkom“un tenderi şübhələr yaratdı: “SS-İnşaat“ kimindir?
-
Əli Əsədov İqtisadi Şuranın üzvlərini topladı - Müzakirə
-
Natiq Cəfərli quru sərhədlərinin bağlı qalmasını tənqid etdi - “Belə də iş olar?!”
-
“Stomatoloq.Mehemmed” necə pasiyentləri implant edir? - Araşdırma
-
Dövlət Miqrasiya Xidməti əməkdaşlarının geyim forması dəyişdi - Fərman
-
Biləcəridə şəhid ailəsinin evini dağıtdılar - FOTOLAR
-
Serftifikasiyadan kəsildi, məktəbə texniki işçi kimi düzəlmək istədi - Dələduzluğun qurbanı oldu
-
Pekin düşmənlərinə qarşı “kiber-arılar“ yaradır - SENSASİNON DETALLAR
-
Əhalinin banklardakı əmanətləri 15 milyard manatı keçib - Statistika
-
Bakıda avtomobil ehtiyat hissələri mağazasının faəliyyəti dayandırıldı - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
Nikahların sayı artıb, boşanmalar azalıb - Doğulanların və ölənlərin sayı isə...
-
Mənzil qiymətləri niyə sürətlə artır? - Bazara təsir edən amillər
-
Dənizçi pasportu almaq istəyən 181 nəfəri belə aldadıblar - DƏLƏDUZLUQ İŞİ
-
“Putin Ukraynada uzunmüddətli müharibəyə hazırlaşır“ - “Financial Times“
-
Növbəti dörd gündə havanın maksimal temperaturu 41 dərəcə olacaq - XƏBƏRDARLIQ
-
“Veysəloğlu“ Şirkətlər Qrupunun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı”na yekun vuruldu - FOTOLAR
-
Sosial yardım məbləğində artımlar olacaq? - Deputat
-
PKK silahları təhvil verməyə başladı - FOTOLAR/VİDEO
-
Xocalıda girov götürülmüş qadın: Yaşyarımlıq oğlum başından qəlpə xəsarəti aldı
-
Bosniyalı müsəlmanların qətli - Srebrenitsa soyqırımından 30 il ötür
-
Azərbaycanda orta aylıq əmək haqqı 9 % artıb - Rəsmi
-
Prezident daha bir fərman imzalayıb - Şübhəli əməliyyatlarla bağlı
-
Lisey və gimnaziyalara qəbul - 200 şagirdin nəticəsinin əlavə araşdırılmasına zərurət yaranıb
-
“Yaşayış minimumu haqqında” qanun dəyişib - Fərman
-
Magistraturanı bitirənlər bu qədər maaş alacaq - SİYAHI
-
“Bakinski raboçi”, “Respublika” və “Xalq qəzeti”... - Prezident bu nəşrlərlə bağlı fərman verdi
-
İlham Əliyev Mariam Kvrivişvilini qəbul etdi - FOTO
-
Pakistanda avtobusa silahlı hücum olub - 9 nəfər öldürülüb
-
Milli Onkologiya Mərkəzinə 650 min manat ayrılıb - SƏRƏNCAM
-
Bakıda dəfn mərasimində DƏHŞƏT: Oraqla qardaşının BAŞINI KƏSDİ
-
20 avtobus marşrutu müsabiqəyə çıxarılır - SİYAHI
-
Köhnədir, oturacaqları sınıqdır - 50 nömrəli avtobusdan ŞİKAYƏT
-
Bakı zənginlərinin qumar oynadığı məkan: “Ağ klub“un aqibəti necə oldu? (VİDEO)
-
ABŞ-nin NATO müttəfiqləri Amerika silahlarının Ukrayna üçün əvəzini ödəyəcəklər - Tramp
-
Sumqayıtda əliliyi olan şəxslər üçün quraşdırılan panduslar yarımçıq qaldı - VİDEO
-
İsrail yaxın vaxtlarda bir neçə ərəb dövləti ilə sülh sazişi imzalaya bilər - Netanyahu
-
Azərbaycan 103 ölkəyə ixrac, 153 ölkədən idxal edib - Statistika
-
Bazarlarda satılan şaftalıların üzərinə boya vurulur? - VİDEO
-
Azərbaycanda əhalinin yanacaq xərclərinin nə ilə bağlıdır? - VİDEO
-
“Ciyər axşamı”ndakı qanlı davanın səbəbi bilindi - Məclis sahibi də etiraz edib
-
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
-
Vətən müharibəsinin iştirakçısı arvadını öldürüb? - Valideynlər danışdı
-
Metroda ən çox sərnişin bu stansiyalardan istifadə edir - SİYAHI
-
“AtaSığorta” kibertəhlükəsizlik tələblərini pozub - AMB xəbərdarlıq etdi
-
Bakının ən bahalı və ucuz mənzilləri - Sotu 350 min AZN olan torpaq sahəsi
-
Sərxoş sürücü polisə tabe olmadı - İçkili maşın sürməsini belə izah etdi
-
Romada Ukrayna toplantısı: Zelenski Marşall Planı təklif edir
-
“Dedi ki, qardaşı Kürdəxanıda rəisdir” - Restoranda ağlayan qadın aldadılıb
-
Fərid Əhmədov pakistanlı həmkarı ilə görüşdü - Fotolar
-
Bu imtahanın keçirilmə qaydaları dəyişdirildi - Keçid balı artırılıb
-
Kiyevə göndərilən dron səfirliyimizin yaxınlığına düşüb - Fotolar
-
DİN-də kollegiya iclası: Vilayət Eyvazov yeni tələblər qoydu - FOTO
-
Ən çox şikayət edilən sığorta şirkətlərinin - Siyahısı
-
Lavrov və Rubio arasında görüş olub - Nə müzakirə edilib?
-
Bakı metrosunda ən çox hansı stansiyadan istifadə edilir? - SİYAHI
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Nar” tədbirdə rəsmi telekommunikasiya tərəfdaşı kimi iştirak etdi - Fotolar
-
Azərbaycanlı “Vaqner”çilər həbs olundu - DTX-dən əməliyyat
-
Məhşur blogerin “Papağ” restoranları “Cart to card” sistemi işləyir? - Vergidən yayınma……
-
İlham Əliyevlə Paşinyan nələri müzakirə ediblər? - Rəsmi açıqlama
-
Cərrah Elçin Bayramov qonşularına təzyiq göstərir - “Heç kimdən qorxmuram...“
-
Azərbaycan kənd təsərrüfatında fəlakət göstəriciləri: Əkin sahələrinin zərəri 90% artdı
-
İşdən çıxarılan məktəb direktorlarının 20 faizi vəzifəsinə bərpa olunub - Nazir
-
Özünü “vəkil“ kimi təqdim edən Səbiyyə Panəliyevanın dələduzluğu davam edir - ŞİKAYƏT
-
Azərbaycanla Ermənistan bu məsələlərdə razılığa gəldi - Görüşün nəticələri
-
Yağış yağacaq, külək əsəcək - Sabahın havası
-
Xocalıda yaralanan şəxs: Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım isə...
-
Generalın nömrəsini axtaran müəllimin başına oyun açdılar - DƏLƏDUZLUQ İŞİ
-
İlham Əliyevlə Nikol Paşinyan arasındakı görüş başa çatdı - FOTO
-
“Bakı və İrəvanın sülh sazişi imzalaması regiona sabitlik gətirəcək“ - Peskov
-
Miras üstündə mübahisələrə son qoyulur? - Qanun dəyişdi, qaydalar yeniləndi
-
“Polisləri görüb qışqırmağa başladım” - Qız qaçıran 3 nəfər niyə azadlığa buraxıldı?
-
Bahalaşan və ucuzlaşan məhsullar açıqlandı - SİYAHI
-
“Atlant” sahibi ilə kürəkəni məhkəmədə üz-üzə - 14 milyon kimin cibindədir?
-
“Təxminən 20 min uşaq bağçadan kənarda qalacaq“ - Nazir
-
Zelenskidən Rusiyaya xəbərdarlıq: “Sərt reaksiya olacaq!”
-
I və IV ixtisas qrupları üzrə imtahan keçiriləcək - DİM-dən xəbərdarlıq
-
Arvadını öldürmək istəmişdi - 15 il həbs verildi
-
Məhbus ailələrinin Tolikə qarşı şikayətinə baxılır - Məhkəmə qapalı keçirilir
-
Trampdan daha bir qalmaqallı qərar - Braziliyaya 50% rüsum tətbiq etdi
-
Azərbaycan məktəblərində rus bölmələri bağlanır? - Rəsmi cavab
-
Kamran Əliyev Zaqatalada vətəndaşları qəbul edəcək - Bu tarixdə
-
Bağ evi almaq müşkülə çevrilib: Hansı ərazilərdə qiymətlər od tutub yanır?
-
Yol polisindən yağışlı hava ilə bağlı - Müraciət
-
Bakıda iş adamının 2 villasını soydular - Yarım milyon manat oğurlandı
-
Kredit borcu olanların NƏZƏRİNƏ - Manatın məzənnəsi dəyişərsə...
-
Ağdərədə mina partladı - Xəsarət alan var
-
İlham Əliyevlə Paşinyanın görüşü başladı - FOTO/VİDEO
-
Fahreddin Altun vəzifəsindən azad edildi - Yeni TƏYİNAT
-
Direktor və müavinlər... - Daha bir kollecdə yeni təyinatlar olub
-
Əhali Prezidentin fəaliyyətini yüksək qiymətləndirir - SORĞU
-
Böyük Britaniya və Fransa bəyannamə imzalayacaq - Nüvə sahəsində
-
Klublararası Dünya Çempionatı: PSJ "Real"ı darmadağın edərək finala çıxdı
-
Qeydiyyatdan keçmədən də Qarabağa gedə bilərsiz - Bu dəfə 5 gün
-
Abşeronda şok hadisə:Oğul anasını yandıraraq öldürdü - VİDEO
-
“İplik“ fabrikindən 10 minlik oğurluq - Gözətçilər saxlanıldı
-
Sabah bu ərazilərdə 4 saat işıq olmayacaq - Xəbərdarlıq
-
“Bu müharibədə diplomatiya tükənib” - Merts məyusdur
-
Azərbaycanda neçə nikah müqaviləsi bağlanıb?
-
Usta Natiq birdən-birə necə “vəzifəli şəxs” olub? - TƏFƏRRÜAT
-
Sabah bəzi rayonlarda şimşək çaxacaq, dolu düşəcək - Xəbərdarlıq
-
“Türkiyədə prezident seçkiləri 2028-ci ildə keçiriləcək“ - Ərdoğan
-
Bakıda ŞOK cinayət - 13 yaşlı qızın intim videolarını yaydı, həbs edildi
-
Prezident İlham Əliyev BƏƏ lideri ilə görüşdü - Fotolar
-
Avropada on gündə 2300 nəfər dünyasını dəyişib - İstilərə görə
-
Bu kəndlərdəki evlər təmir olunacaq - 30 milyona yaxın vəsait ayrıldı
-
Ərdoğandan İmamoğlu ilə bağlı təklifə reaksiya - “Xeyirli olar...”
TOP 10
ARXİV