Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Bakıda arıçılıq məhsullarının sərgi-satış yarmarkası açıldı

Tarix 10.10.17, 23:46

Font ölçüsü : - / +
bitmap-img6


Oktyabrın 10-da Bakıda arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkası açılıb

Bu gün keçirilən sayca 18-ci bal yarmarkasında 333 arıçı öz məhsulunu satışa çıxarıb, bu isə ötən ildəkindən 78 nəfər çoxdur. Satışa 333 arıçı 107 min 500 kiloqram bal çıxarıb.

AzFakt.com yerlıi KİV-ə istinadən bildirir ki, bunları Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təşkil olunan arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkasının açılış mərasimində nazirliyin Aparat rəhbəri İlham Bayramov deyib.

Onun sözlərinə görə, yarmarkaya təqdim olunan ballar üzərində Respublika Baytarlıq Laboratoriyasında 3367 analiz aparılıb. Keyfiyyət göstəriciləri normaya uyğun olmayan 509 nümunə satışdan çıxarılıb.

Bu il ilk dəfə tətbiq edilən yenilikdən söz açan nazirliyin rəsmisi qeyd edib ki, satış pavilyonunda mini laboratoriya təşkil olunub. Yəni, həmin laboratoriyaya müraciət edərək, alıcı balın keyfiyyətini yoxlada bilər. Bu proses alıcıya 5-10 manata başa gələcək”.

Kənd Təsərrüfatı Nazirliyinin yarmarkanı təşkil etməkdə məqsədi arıçıların əlavə xərc çəkmədən məhsullarını bir məkanda daha çox alıcıya təklif edə bilməsidir. Bunu nəzərə alaraq, yarmarkaya çıxarılan balın 1 kilosunun qiyməti təxminən 20-25 manat arasındadır.



Xəbərin oxunma sayı : 112




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap