Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Bakıda arvadını xəyanətdə günahlandıran kişidən dəhşətli əməl - TƏFƏRRÜAT

Tarix 29.05.18, 15:20

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda qadının həyat yoldaşı tərəfindən boğularaq öldürülməsi hadisəsinin maraqlı təfərrüatları üzə çıxıb. Lent.az-ın əldə etdiyi məlumata görə, Salyan rayon sakini, 1983-cü il təvəllüdlü Anar Yusifov özündən bir yaş kiçik olan həyat yoldaşı Kifayəti qısqanclıq zəminində öldürdüyünü bildirib.

Bildirilir ki, Buzovna qəsəbəsində həyat yoldaşı və 2 övladı ilə birgə kirayə yaşayan Kifayət Yusifova metronun “Xalqlar Dostluğu” stansiyası yaxınlığında yerləşən gözəllik salonunda işləyirmiş. Mayın 25-də işə çıxmayan qadının rəfiqəsi onun həyat yoldaşına zəng edib. Anar Yusifov deyib ki, Kifayət ölüb və Salyana apararaq dəfn ediblər. Bir gün əvvəl rəfiqəsi ilə birgə olduğunu deyən və onun səhhətində hər hansı problemin olmadığını bilən qadın dərhal polisə müraciət edib.

Məlum olub ki, 35 yaşlı anar evdə uşaqların olmadığı vaxt Kifayətlə mübahisə edib. O bildirib ki, son vaxtlar xanımı telefonu koda qoyurmuş: “Kiminləsə danışmasından şübhələnmişdim, telefonunu məndən gizlədirdi və kilidə qoymuşdu. Nə qədər istəsəm də telefonu vermədi”.

Mübahisə daha sonra münaqişəyə çevrilib və Anar Yusifov yastığı həyat yoldaşının ağzına basaraq onu boğub. O, daha sonra Salyandakı qohumlarına zəng edərək Kifayətin qəfil öldüyünü deyib və meyiti birgə rayona apararaq qəbiristanlıqda dəfn ediblər.

A.Yusifovun əməlinin üstü açılan kimi o, həbs edilib.

Qeyd edək ki, ailənin 8-10 yaşında iki qız övladı var.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir. 



Xəbərin oxunma sayı : 1834




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap