Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Bakıda bağçaya qəbul niyə müşkülə çevrilir?

Tarix 16.09.17, 3:00

Font ölçüsü : - / +
bitmap-img6


Redaksiyamıza gələn şikayətlərə əsasən, bir sıra valideynlər övladlarını məktəbə qoymaq üçün elektron qeydiyyatdan keçsələr də, bir sıra çətinliklər yaşadıqlarını bildirilər. Belə ki, bir neçə məktəbdə direktorlar valideynlərə məktəbdə yer olmadığını və şagird sıxlığı yaşandığını bildiriblər.

Bu tendensiya yalnız məktəblərə aid deyil. Uşaq bağçalarında da vəziyyət demək olar ki, eynidir. Övladını bağçaya qoymaq istəyən valideynlər bağça tərəfindən “gərək bir il əvvəldən yazılardınız, yerimiz yoxdur” cavabları ilə üzləşirlər. Təbii ki, əgər siz tapşırılmısınızsa və ya direktora əlavə pul vermisinizsə, bu qərar dəyişə bilir. Əlbəttə ki, bunu bütün bağça və məktəblərə şamil etmək olmaz. Bu cür problemlərlə üzləşən valideynlər, xüsusən də çalışan valideynlər məcburiyyət qarşısında qalıb uşaqlarının pullu bağçalara qoyurlar. Buna imkanı çatmayanların isə uşaqları bağçaya gedə bilmir.

Maraqlıdır, niyə ölkəmizdə illərdir ki, uşağı bağçaya və məktəbə qoymaq müşkülə çevrilir? Bağça və məktəblər uşaqların sayı nəzərə alınaraq olmalı deyilmi?

Təhsil eksperti Kamran Əsədov bildirdi ki, heç kim valideynlərdən əlavə və əsassız vəsait tələb edə bilməz: “İlk növbədə qeyd etmək istəyirəm ki, Bakıda 2017/2018-ci dərs ili üçün birinci sinfə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə martın 15-dən başlanılmışdı. Təqdim olunmuş elektron xidmətlər vasitəsi ilə 15 martdan başlayan və 15 sentyabradək davam edən qeydiyyat prosesində valideynlər və ya qanuni nümayəndələr məktəbi, təlim dilini və müəllimi seçiblər. Xatırladım ki, bu il birinci sinfə 2017-ci il 15 sentyabradək 6 yaşı tamam olan, fiziki və əqli cəhətdən normal inkişaf etmiş və dövlət ümumi təhsil müəssisələrində ödənişsiz məktəbəhazırlıq qrupunu bitirmiş uşaqlar qəbul edilir. Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada xüsusi istedadlı uşaqların vaxtından əvvəl birinci sinfə qəbulu üzrə müsabiqədən uğurla keçmiş və 16.09.2011-ci il tarixindən 31.12.2011-ci il tarixinədək olan dövrdə doğulmuş uşaqlar da birinci sinfə sənəd verə biliblər. Bu dövrdə doğulan uşaqlar əgər ödənişsiz məktəbəhazırlıq qrupunu bitiribsə, məktəblərə qəbulu müsabiqədənkənar olub. Məktəbəqədər təhsil və birinci sinfə qəbul zamanı direktorların əsassız tələblərini aradan qaldırmaq, vətəndaş məmur münasibətlərini tənzimləyən elektron xidmətlərin təşkilinə baxmayaraq bəzi məktəb rəhbərliyi hələdə özbaşına olaraq valideynlərdən pul yığır. Bunun bir adı var, təhsilə təhsilin inkişafına düşmən olmaq. Əgər valideynlər övladlarını rəsmi qeydiyyatdan keçiriblərsə və onların elektron müraciəti təsdiq olunubsa, deməli onların məktəbdə yerləri var. Heç kim onlardan əlavə və əsassız vəsait tələb edə bilməz. Təsdiq olunmuş ərizə sahiblərinə heç kim deyə bilməz ki, yer yoxdur, sıxlıq var. Bu kimi hallar onu göstərir ki, hələ də vəzifəsinin öhdəsindən gələ bilməyən və tutduğu vəzifəyə layiq olmayan şəxslər məktəblərimizə rəhbərlik edir. Bütün valideynlərə müraciət edirəm ki, onlardan heç kim nəsə tələb edə bilməz. Onların mobil telefonlarına ərizələrinin təsdiq və övladlarının qəbul edilməsi ilə bağlı sms gəlibsə bu hüquqi sənəddir, deməli onların yeri məktəbdə hazırdır.

K.Əsədov bağçalara gəlincə isə mövcud bağçaların uşaqların sayından xeyli geri qaldığını dedi: “Sovet dövründə az qala bütün uşaqlar bağçaya qəbul olunurdular. Lakin indi bu məsələdə problem yaranıb. Mövcud bağçalar uşaqların sayından xeyli geri qalır. Düzdür, Dövlət Proqramları çərçivəsində son illərdə bir sıra yeni uşaq bağçaları tikilir, köhnələr təmir olunur. Amma hələ ki, bu tərbiyə ocaqları tələbatı qarşılaya bilmir. Öncəliklə qeyd etməliyəm ki, məktəbəqədər təlim-tərbiyə uşaqların gələcəyi üçün əla bir başlanğıcdır. Hazırda Azərbaycanda 107 min 954 uşağın təhsil aldığı 1635 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Təəssüf ki, bağçaların Təhsil Nazirliyinə tabe olmaması bu müəssisələrdə həm kadr potensialının həmdə tədris vasitələrinin bərbad vəziyyətdə olması ilə nəticələnib. Bağçalarda övladlarını qeydiyyatdan keçirmək istəyən valideynlərə məlumat verilir ki, yer yoxdur, amma siz müdir ilə görüşəndən sonra mümkün olacaq. Bu yaxşı hal deyil. Onsuzda dövlət bağçalarında həm qidalanma, həmdə tədris bərbad vəziyyətdədir. Ona görə də, bağçalara da qeydiyyat elektron xidmətlər vasitəsi ilə həyata keçirilsə bu problemin həlli mümkündür”.(musavat.com)




Xəbərin oxunma sayı : 277




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap