Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Bakıda baş verən qorxunc qətlin yeni detalları üzə çıxdı

Tarix 14.09.17, 14:42

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda tapılan, hissələrə parçalanmış kişi meyitinin üzərində güllə aşkarlanıb. Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, meyitin hissələrinin müayinəsi zamanı bir ədəd 9 mm kalibrli güllə aşkar edilib. Bunun qətlin hansı silahla törədilməsinin müəyyənləşdirilməsində və işin açılmasında istintaqa böyük köməklik göstərəcəyi ehtimal olunur.

Hazırda başlanmış cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Yada salaq ki, sentyabrın 5-də Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində hissələrə parçalanmış naməlum kişi meyit aşkar olunub. Fakta görə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə başlanmış cinayət işi üzrə Bakı Şəhər Prokurorluğunda zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Bakı Şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu hissələrə parçalanmış şəxsin baş hissəsinin fotosunu yaymaqla onun kimliyini tanıya biləcək şəxslərin köməyi ilə müəyyən etməyə çalışırlar. Hazırda iş üzrə əməliyyat-istintaq tədbirləri də davam etdirilir.

“Yeni Müsavat”a daxil olan son məlumata görə, istintaqçılar qətlin mümkün baş vermə səhnəsini də cıza biliblər. Belə ehtimal olunur ki, qatil qurbanına ilk atəşi kürəyinə açıb. Həmin vaxt qurban ondan bir neçə metr aralıda olub və böyük ehtimalla qaçıb canını qurtarmaq istəyib. Yerə yıxılan qurbanına sonradan daha 3 atəş açılıb. Güllələr mərhumun qarın və sinəsinə dəyib. Bundan sonra isə meyiti bir neçə hissəyə doğrayıb kanalizasiya quyusuna tullayıb. Ehtimal edilir ki, hadisə mərhumun bədənin qalıqları aşkarlanandan 2-3 gün əvvəl baş verib. Bir daha yada salaq ki, istintaqçılar mərhumun iki qolundan savayı digər orqanlarını aşkar ediblər, mərhumun qollarını da bu günə qədər axtarırlar. Bundan başqa, tapılan başın ekspertizası zamanı da iş üçün əhəmiyyət kəsb edə biləcək məqamlar üzə çıxıb. Aydın olub ki, mərhumun başı, qaşları, hətta kirpikləri də qırxılıb. Bu prosesin qətldən sonra həyata keçirildiyi ehtimal edilir. Bu, cinayətin izlərinin itirilməsi üçün edilib.

Mümkündür ki, mərhum əvvəllər məhkum edilmiş şəxs olub və onun polisin kartotekalarında əl-barmaq izləri var. Qatil də mərhumun kimliyi haqda bilgili olduğundan qollarını kəsib və kanalizasiyaya atmayıb. Qatil əl-barmaq izlərinə əsasən mərhumun kimliyinin müəyyən edilə biləcəyini təxmin edib və bunu nəzərə alaraq qolları xüsusi olaraq gizlətməyə çalışıb. Bununla da istintaqçıları mərhumun şəxsiyyətini müəyyənləşdirmək istiqamətində əl-barmaq izlərinin identifikasiyasını gerçəkləşdirməkdən məhrum edib.

Mərhumun saçlarının, qaş və kirpiklərinin qırxılması isə belə nəticə çıxarmağa əsas verir ki, öldürülən, böyük ehtimalla, radikal dindarlardan olub. Qatil mərhumun baş-qaşını qırxmaqla ümumi görünüşünü tanınmaz hala qədər dəyişməyə cəhd edib.

Qatil kimdir? Hansı peşənin sahibi olub? İstintaq işinin incəliklərini haradan bilir?

Mümkündür ki, qatil hüquq-mühafizə orqanlarının iş prinsiplərinə, əməliyyat-istintaq işlərinin aparılma qaydasına bələd biridir. O, atdığı addımlarla - ilk əvvəl hadisə yerindən gilizləri yığmaqla, meyiti parçalamaqla, sonradan qolları gizlətməklə, saçlarını, kirpiklərini qırxmaqla cinayətin üstünün açılamasını gizlətməyə nail olmağa çalışıb. Belə görünür ki, hələlik buna nail olub...

Qeyd edək ki, sentyabrın 5-də Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisindəki su kanalında hissələrə parçalanmış naməlum kişi meyiti aşkar edilib. Tapılmış kişi meyiti hissələrə bölünmüş vəziyyətdə olub. Onun başı və ayaqları bir neçə gün sonra tapılıb, əlləri isə hələ tapılmayıb.

Bakı Şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun birgə yaydığı məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Hüquq-mühafizə orqanları meyitin baş hissəsinin fotoşəklini də yayıb. Həmin şəxsi tanıyanlardan ərazi polis orqanlarına və ya Bakı Şəhər Prokurorluğunun (012) 498-11-85 və (012) 498-10-54 nömrəli telefonlarına zəng edərək məlumat vermələri xahiş olunur.



Xəbərin oxunma sayı : 286




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap