Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Bakıda bankomatdan pul çıxaran qadın qarət olundu FOTO,VİDEO

Tarix 30.05.17, 22:00

Font ölçüsü : - / +
bitmap-img6


Paytaxt sakini Sədaqət Eminova bankomatlardan birindən pul çıxarıb evə gedən zaman Nəsimi rayonu Səməd Vurğun küçəsində naməlum şəxs ona qarşı zor tətbiq edib, içərisində 682 manat pul və dəyəri 300 manat olan mobil telefon olan əl çantasını zorla alaraq qaçmağa cəhd göstərib

“ARB TV” xəbər verir ki, zərərçəkənin köməyinə yaxınlıqda xidmət aparan Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşı polis baş serjantı Şakir Həsənov çatıb.

Polis əməkdaşı qadının çantasını alıb qaçan şəxsi hadisə yerindən bir neçə yüz metr kənarda yaxalayaraq maddi sübutlarla birlikdə yaxınlıqdakı polis bölməsinə təhvil verib.

Araşdırmalarla hadisəni törədən şəxsin Xızı rayon sakini Rzaqulu Allahquliyev olduğu məlum olub.

Polis əməkdaşları tərəfindən həyata keçirilən digər əməliyyat-axtarış tədbirləri nəticəsində isə ictimai nəqliyyatda və vətəndaşların sıx olduğu yerlərdə cibgirlik edən Astara rayon sakini, keçmiş məhkum Heydər Əhmədov saxlanılıb. Onun Nəsimi rayonu ərazisində yerləşən dayanacaqlardan birində avtobus gözləyən xanım sərnişinin cibindən mobil telefon oğurladığı məlum olub.

Heydər Əhmədov (saxlanılan şəxs): “Dayanacaqda dayanmışdım, gördüm ki, sıxlıqdı. Birdən gözümə telefon sataşdı. Telefonu götürüb “20 yanvar”a gətirdim. Satmaq istədim, vəsiqəm olmadı. Telefonun qiyməti 120 manat idi. Yoldan keçənə 30 manata, sənədsiz satdım”.

Heydər Əhmədov bu ilin yanvarında Bakı Metropolitenində qatarda cibgirlik etdiyi üçün saxlanılıb və məhkəmənin qərarı ilə 2 min manat cərimələnərək aprel ayında azadlığa buraxılıb.

Hər iki faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır. Soyğunçuluq və cibgirlik etməkdə şübhəli bilinən bu iki şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya ərazi üzrə polis idarəsinə müraciət edə bilərlər.











Xəbərin oxunma sayı : 181




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap