Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Bakıda bu ərazidən qaydaları pozmadan keçmək olmur - Video

Tarix 15.06.19, 23:41

Font ölçüsü : - / +
bitmap-img6


Sürücülər paytaxtın Sabunçu rayonunda "Sabunçu bazarı" kimi tanınan ərazidən qaydaları pozmadan keçə bilmirlər. Buna səbəb yol kənarının park edilən avtomobillər tərəfindən zəbt edilməsidir. Xüsusən də həftə sonları bu mənzərə daha da acınaqlalı olur. Sürücülər qısa məsafədə həm qəza şəraiti ilə üzləşir, həm də qaydaları pozmağa məcbur olurlar.

AzFakt.com Xezerxeber.az-a istinadən xəbər verir ki, ərazidə avtomobillər xaotik formada hərəkət edir. Yolun qırağında 2-3 cərgə saxlanılan avtomobillərin ucbatından sürücülər düz xəttin tələbini pozaraq qarşı hərəkət zolağına çıxmalı olurlar. Hətta ərazidəki dairəyə girmək üçün də qaydaları pozmaq lazımdır.

Sabunçu rayonu Əslidar Məmmədov küçəsi, (3 saylı şəhər klinik xəstəxanasından Sabunçu vağzalına gedən yoldan) "Sabunçu bazarı"nın qarşısında həm bazara gələn avtomobillər, həm də ərazidə taksi fəaliyyəti göstərənlər yolu o qədər daraldıb ki, qaydaları pozmadan buradan keçmək qeyri-mümkündür. Üstəlik, ərazidə, xüsusən də həftə sonları yol kənarında satış edildiyindən yol bir az da daralır. Ərazidən bir neçə marşrut avtobusu da keçdiyindən tıxaclar qaçılmaz olur.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin Mətbuat ximətinin rəhbəri Mais Ağayev bildirir ki, belə ərazilərdə səyyar xidmət əməkdaşları tərəfindən qanunsuz parkinqə qarşı mütəmadi olaraq tədbir görülür və gələcəkdə əraziya qanunsuz parkinqə nəzarət üçün kameralar da quraşdırılacaq. Lakin bu kimi yerlərdə qanunsuz taksi fəaliyyəti ilə məşğul olanlara qarşı da mübarizə aparılması mütləqdir.







Xəbərin oxunma sayı : 196




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap