Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Bakıda civəni niyə satır və neçəyə alırlar - təfərrüat

Tarix 13.03.19, 13:10

Font ölçüsü : - / +
bitmap-img6


Civənin alver predmetinə çevrilməsinin mübhəm səbəbləri

Abşeron rayonunun Xırdalan şəhərində keçmiş məhkum yarım kiloqram civəni müştəriyə satarkən saxlanılıb. Şəhərdəki restoranların birində mühafizəçi işləyən 43 yaşlı Rövşən İslamov “iş üstündə” tutulub. O, civəni zibillikdən tapdığını və bu barədə ilk olaraq zərgər dostuna xəbər verdiyini, daha sonra isə onu 5 min manata satmaq qərarına gəldiyini bildirib.

Bundan öncə 4 dəfə məhkumluq həyatı yaşamış R.İslamov bu əməlindən də peşman olduğunu deyib. Faktla bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi başlanıb.

Rövşən İslamov Bakıda civə satmaq istərkən yaxalanan ilk şəxs deyil. 2018-ci ilin fevralında Nizami Rayon Polis İdarəsi 24-cü polis bölməsi və Dövlət Təhlükəsizlik Xidmətinın yerli idarəsi əməkdaşlarının birgə həyata keçirdiyi əməliyyat nəticəsində Ağcabədi rayon sakinləri Tuqay İmanov, Adəm İsmayılov və əvvəllər məhkum olunmuş Hacı Qurbanov 400 qram civəni satmaq istəyən zaman saxlanılmışdılar. Araşdırma zamanı məlum olmuşdu ki, Adəm İsmayılov onda civə olması barədə digər dəstə üzvlərinə məlumat verib. Daha sonra Hacı Qurbanov həmin civəyə müştəri tapıb satmağı və əldə edilən pulu 3 nəfər arasında bölməyi təklif edib. Adəm İsmayılov istintaqçılara deyib ki, Hacı Qurbanov civəni 20 min manata müştəriyə satacağını bildirib. Civənin alıcısı haqda məlumat verilmir. Ümumiyyətlə isə mətbuatda civə alveri edənlərin ələ keçməsi ilə bağlı ara-sıra məlumatlar yayılır. 

Картинки по запросу Civə satışı

Civənin alver predmetinə çevrilməsinin səbəbləri ilə bağlı sabiq polis rəisi Mahmud Hacıyevə müraciət etdik. M.Hacıyev “Yeni Müsavat”a deyib ki, civə alveri qanunla qadağandır: “Bu haqda əvvəlki açıqlamamda da demişdi ki, civə zəhərli maddədir, onun satışı qanunla qadağandır. Civə strateji əhəmiyyətli məhsul, hərbi təyinatlı maddə hesab edildiyindən satışı qadağan olunub. ”Qara bazar"da satılan maddədir. Çox təhlükəli maddədir. Sovet İttifaqı dağılanda hərbçilər müttəfiq respublikalardakı hərbi obyektləri dağıtdılar. Həmin illərdə hərbi hissələrdən digər hərbi təyinatlı mal-materiallarla yanaşı civə də onun-bunun əlinə çox keçdi.  Hərbi təyinatlı zəhərli maddədir, kütləvi qırğın silahlarında da istifadə edilməsi haqda məlumatlar var".

Картинки по запросу Mahmud Hacıyev

Mahmud Hacıyev qeyd edib ki, zəhərli kimyəvi maddənin satışı cinayətdir. Silah alveri etdin və ya civə alveri  etdin, elə də fərq yoxdur. Cinayət Məcəlləsinin 240.1-ci - güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələri satış məqsədi ilə qanunsuz hazırlama, emal etmə, əldə etmə, saxlama, daşıma və ya göndərmə, habelə bu maddələri və ya onları hazırlamaq yaxud emal etmək üçün avadanlığı qanunsuz satma - maddəsi var. Bu maddə ilə civə alverçilərini 3  ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.










Xəbərin oxunma sayı : 484




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap