Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Bakıda döyülən 15 yaşlı qızın anası danışdı - “Başını divara vurub, zorlamaq istədi“

Tarix 20.11.19, 18:45

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda 15 yaşlı qızın döyülməsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Unikal.org xəbər verir ki, noyabrın 18-i gecə saatlarında Binəqədi rayonu, 1-ci mədəndə 2004-cü il təvəllüdlü Ə.Z döyülüb.

Qızın anası Samirə Əliyeva Oxu.Az-a bildirib ki, Z.Ə-nı “Lələ” ləqəbli 28-30 yaşlı kişi döyüb:

“Qızım dəfələrlə deyirdi ki, “Lələ” mənə küçədə pis sözlər deyir. Uşaq bilib keçirdim. Bacısı xəstə olduğu üçün qızımı aptekə göndərdim. Bir də baxdım ki, küçədə səs-küy düşüb. Uşaq ağlaya-ağlaya evə qaçıb”.

S.Əliyeva iddia edir ki, onun qızını zorlamaq istəyiblər:

“Qızımın başını divara vurub. Onu aparıb zorlamaq istəyib. Qız ona müqavimət göstərəndə elə onun öz belindəki bıçağı götürərək qarnına soxub. Bundan sonra qızımdan əl çəkib”.

S.Əliyeva deyir ki, qızı hafizəsini itirib.

Qeyd edək ki, 1 saylı Kliniki Tibbi Mərkəzdə Z.Ə-yə alın nahiyəsinin yumşaq toxumalarının əzilməsi diaqnozu qoyulub. Hazırda həkim nəzarətində müalicə alan Z.Əliyevanın vəziyyəti normaldır.

Faktla bağlı araşdırma aparılır.



Xəbərin oxunma sayı : 1222




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap