Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Bakıda daşınmaz əmlakın qiyməti bahalaşıb –Obyekt icarəsində isə ucuzlaşma var

Tarix 19.05.18, 2:40

Font ölçüsü : - / +
bitmap-img6


2018-ci ilin aprelində Bakıda daşınmaz əmlak bazarında qiymətlər mart ayı ilə müqayisədə 2,49 faiz artıb.

AzFakt.com xəbər verir ki, bunu Trend-ə açıqlamasında “MBA Group” konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib.

Ekspertin sözlərinə görə, ötən ay ərzində qiymət artımı bazarın demək olar ki, bütün seqmentlərini əhatə edib:

“İlkin mənzil bazarında qiymətlər 3,98 faiz, ikinci mənzil bazarında 3,44 faiz, torpaq bazarında 1,06 faiz, mənzil kirayəsi bazarında 0,39 faiz, kommersiya obyektləri bazarında 4,44 faiz artıb. Ay ərzində yalnız kommersiya obyektlərinin icarəsi bazarında 0,39 faiz azalma qeydə alınıb”.

O qeyd edib ki, örtən ilin aprel ayı ilə müqayisədə daşınmaz əmlak bazarında qiymətlər 0,87 faiz azalıb. Onun sözlərinə görə, azalma əsasən kommersiya obyektləri bazarında qiymətlərin ucuzlaşması ilə əlaqədardır: “Ötən ilin aprel ayı ilə müqayisədə ikinci mənzil bazarında qiymətlər 2,28 faiz, kommersiya obyektləri bazarında 10,88 faiz azalıb. Eynilə ilkin mənzil bazarında 0,27 faiz, torpaq bazarında 7,01 faiz, mənzil kirayəsi bazarında 2,43 faiz artım müşahidə olunub. Kommersiya obyektlərinin icarəsi bazarında qiymətlər dəyişməz qalıb”.

Ekspert son olaraq bildirib ki, bazar sabitləşmə tendensiyası nümayiş etdirir və ilin sonunadək bazarda altı faizlik artım gözlənilir.



Xəbərin oxunma sayı : 343




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap