Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Bakıda dəhşətli avtobus qəzası olan yerdə vəziyyət əvvəlki kimidir... - VİDEO

Tarix 16.10.21, 22:13

Font ölçüsü : - / +
bitmap-img6


Heydər Əliyev Beynəlxalq Hava Limanı - Mərdəkan avtomobil yolunun Suraxanı dairəsi adlanan hissəsində sürücülər avtobusu dayanacaqda saxlamır.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. 

Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev Oxu.Az-a bildirib ki, avtobusların dayanacaqdan kənar saxlanılması qayda pozuntusudur və inzibati məsuliyyət yaradır:

"Tərəfimizdən belə hallar aşkar edildikdə İnzibati Xətalar Məcəlləsinin müvafiq olaraq cərimə sanksiyası tətbiq edilir. Eyni zamanda, bu cür halların təkrarlanmaması üçün daşıyıcı şirkətlər qarşısında məsələ qaldırılır. Hər bir daşıyıcı bilməlidir ki, sürücülərin bu və digər qayda pozuntuları sonda onların özlərinin xətdən kənarlaşdırılması ilə nəticələnəcək”. 

"Müntəzəm marşrut xətləri üzrə hərəkət edən avtobuslar müəyyən edilən avtobus dayanacaq məntəqəsində saxlamalıdır və sərnişinləri mindirib-düşürmə prosesi də bu məntəqələrdə icra olunmalıdır. Bu həm sərnişindaşımaların təhlükəsizliyi, həm də nəqliyyat axının tənzimlənməsi baxımından mütləqdir”, - deyə, M.Ağayev qeyd edib.

Qeyd edək ki, sözügedən ərazidə bir neçə gün əvvəl beş nəfərin ölümü, 26 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.






Xəbərin oxunma sayı : 547




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap