Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Bakıda dəhşətli qətl- Kisi həyat yoldaşını öldürəndən sonra özünü güllələyib

Tarix 01.06.19, 22:00

Font ölçüsü : - / +
bitmap-img6


Hövsan qəsəbəsi, İlqar Əhliman küçəsi, 10 ünvanında binanın arxasında Təranə Novruzova adlı qadının ölümü ilə bağlı təfərrüatlar məlum olub.

ONA-nın məlumatına görə, Suraxanı rayonunun Hövsan qəsəbəsi, İlqar Əhliman küçəsi, 10 ünvanında binanın arxasında Təranə Novruzova adlı qadın əri tərəfindən ov tüfəngi ilə güllələnərək qətlə yetirilib.

Əvvəllər məhkumluq həyatı yaşamış Laçından olan məcburi köçkün 1958-ci il təvəllüdlü Novruzov Zahid Balabəy oğlu iki güllə arvadına vurduqdan sonra özünü güllələmək istəyib, lakin silah onun əlindən sürüşüb və nəticədə o, boğaz nahiyəsindən yaralanıb. Kişi yaralı şəkildə 1 saylı Şəhər Kliniki Xəstəxanası çatdırılıb. Hazırda cinayəti törədən şəxs əməliyyat olunur.

Faktla əlaqədar Suraxanı Rayon Prokurorluğunda cinayət işi başlanılıb.

*****

Hövsan qəsəbəsi, İlqar Əhliman küçəsi, 10 ünvanında binanın arxasında Təranə Novruzova adlı qadın güllələnib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, qadının oğlu təcili yardım çağırıb, həkimlər hadisə yerinə gələndə qadın artıq dünyasını dəyişib.

Hadisə yerinə Suraxanı Rayon Polis İdarəsi və prokurorluq əməkdaşlarından ibarət istintaq əməliyyat qrupu gəlib və cinayət işi başlanıb.

İlkin məlumata görə, təcili tibbi yardım çağıran zaman oğlu xəbər verib ki, anasını atası güllələyib.

Hadisəni törədən şəxs saxlanılıb.

Faktla əlaqədar Suraxanı Rayon Prokurorluğunda cinayət işi başlanılıb.




Xəbərin oxunma sayı : 220




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap