Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Bakıda doğranmış halda meyiti tapılan qadınının qatili yaxalandı: o da qadındır...

Tarix 17.02.18, 15:16

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda öldürülən qadının qətlində şübhəli bilinən şəxs saxlanılıb

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən birgə həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri ilə mərhumun Bülbülə qəsəbə sakini, 58 yaşlı Lyubov Rəhimova olması və fevralın 12-də yaşadığı evdə tanışı, əvvəllər məhkum olunmuş 50 yaşlı İrina Qorlova tərəfindən küt alətlə qətlə yetirilib, balta ilə hissələrə bölündükdən sonra qeyd edilən məişət tullantıları qutusuna atılması müəyyən edilib.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə İ. Qorlova tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.



***20:59

Bakıda vəhşicəsinə qətlə yetirilmiş və cəsədi doğranaraq zibil yeşiyinə atılmış qadınla bağlı ilkin məhkəmə tibbi ekspertizasının bəzi detalları məlum olub. Virtualaz.org saytı Sputnik.az-a istinadən xəbər verir ki, bu gün səhər saatlarında Binəqədi rayonu, 8-ci mikrorayon ərazisində zibil qutusunda aşkarlanan qadın cəsədi bıçaqvə balta zərbələri ilə hissələrə ayrılıb.

Bu barədə Bakı şəhər prokurorluğundan bildirilib.

Sellofan paketlərə qablaşdırılmış qadın bədəni hissələri bu gün səhər 08:00 radələrində aşkarlanıb. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları qatilin kimliyini araşdırır. Qətlin mənzildə baş verdiyi ehtimal olunur. Şübhə doğurmamaq üçün qatil cəsədi hissələrə bölüb və sellofan torbalara qablaşdılrıb.

Vəhşicəsinə qətlə yetirilən qurbanın 50-60 yaş arasıda olduğu müəyyənləşdirilib.

Məhkəmə tibbi ekspertizasının ilkin rəyinə görə qətl hadisəsi fevralın 15-dən 16-a keçən gecə baş verib. evralda. Qətldən dərhal sonra qatil cəsəddən qurtulmaq qərarına gəlib.

Mütəxəssislərin versiyasına görə, qatil kişi cinsinə mənsubdur. Yetirilmiş xəsarətlərə görə qatilin peşəkar qəssab olması da istisna edilmir. Qatil qadının başını bədənindən ayırıb, amma onun üz nahiyyəsinə toxunmayıb. Bu səbəbdən də onun şəxsiyyətini müəyyənləşdirmək şansı var. Amma cəsədin əlləri tapılmayıb. Görünür cani qurbanın barmaq izlərinə görə şəxsiyyətinin müəyyənləşdirilməsinin daha asan olacağını nəzərə alıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. İstintaq davam edir.

Virtualaz.org

***13:50

Bakıda doğranmış qadın meyiti tapılıb.

APA-nın məlumatına görə, Binəqədi rayonu, Azadlıq prospektində zibil qutularından birində insan əzalarının tapılması barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub.

Məlumat əsasında hadisə yerinə Bakı Şəhər Prokurorluğunun və Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları çıxıb. Hadisə yerinə baxış keçirilərkən doğranmış meyitin qadın cinsinə aid olması müəyyən edilib. Qətlə yetirilən qadın təqribən 50-60 yaşlarındadır.

Ərazidə qadının başı, ayaqları (pəncə hissəsi) və daxili orqanları aşkar edilib, qalan əzalar isə tapılmayıb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.



Xəbərin oxunma sayı : 274




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap