Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Bakıda elektrikli avtobuslar istismara veriləcək - Açıqlama

Tarix 26.09.20, 16:22

Font ölçüsü : - / +
bitmap-img6


“2022-ci il yanvarın 1-dən şəhər nəqliyyatında yalnız elektrikli və sıxılmış təbii qaz mühərrikli avtobusların yeni istismara buraxılacağı planlaşdırılır. Bu istiqamətdə çox ciddi işlər gedir. Sıxılmış təbii qaz mühərrikli avtobuslar var və sayları artmaqdadır. Növbəti mərhələdə çalışırıq ki, şəhərimizə elektrik mühərrikli avtobuslar gətirilsin”. 

“Report” xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin Mətbuat Xidmətinin rəhbəri Mais Ağayev bildirib.

M.Ağayev qeyd edib ki, artıq Almaniyanın “Man” şirkəti və Türkiyənin “BMG” şirkəti ilə bu istiqamatdə danışıqlar gedir, işçi qrupları səviyyəsində müzakirələr aparılır:

“Bizim mütəxəssislərimiz tərəfindən də elektrikli avtobusların mümkün marşrutlarının müəyyənləşdirilməsi, hansı istiqamətlər üzrə xəttə buraxılması ilə bağlı da təhlillər aparılır. “Man” və “BMG” şirkətinin mütəxəssisləri ilə Bakıda elektrikli avtobuslar gətirildikdən sonra onların fəaliyyəti üçün uyğun infrastrukturun, qaraj sisteminin yaradılması ilə bağlı da ciddi müzakirələr gedir. Növbəti il üçün artıq şəhərimizdə sıxılmış təbii qazla çalışan avtobuslarla yanaşı elektrik  mühərrikli avtobusların da fəaliyyətinin şahidi olacağıq.

Qeyd etdiyimiz kimi, 2022-ci il yanvarın 1-dən Nazirlər Kabinetinin 73 saylı qərarında əksini tapdığı kimi istismara yalnız sıxılmış və təbii qaz mühərrikli avtobuslar qəbul olunacaq. Təbii ki, həmin vaxt dizel mühərrikli və digər yanacaq növü ilə çalışan avtobuslar da olacaqlar. Amma yeniləri istismara qəbul olunmayacaq. Xətdə olanlar müəyyən istismar dövrünü başa vurduqdan sonra xətdən çıxarılacaq”.



Xəbərin oxunma sayı : 421




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap