Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Bakıda ən bahalı yaşayış evinin qiyməti açıqlandı

Tarix 29.03.17, 3:12

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda qeydə alınan ən bahalı yaşayış evinin qiyməti 3,3 milyon manatdır

AzFakt.com xəbərinə görə, bunu Trend-ə “MBA Group” konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib.

N.İbrahimov bildirib ki, həmin yaşayış evi Nərimanov rayonu ərazisində yerləşir. Onun sözlərinə görə, hazırda belə bahalı evlərin alıcısı yoxdur: 

“Çünki insanlar o qədər pulu daha səmərəli sahələrə sərf etməyi üstün tuturlar. Demək olar ki, son 7-8 ayda elə evlər satış predmeti olmayıb. Bu gün iki, iki milyon üç yüz min manat və daha baha qiymətə yaşayış evləri satışa çıxarılır, ancaq uzun müddətdir ki, o evlərlə maraqlanan yoxdur”.

Baha qiymətə satışa çıxarılan torpaq sahələrinə gəlincə isə N.İbrahimov bildirib ki, təmsil etdiyi qurum tərəfindən qeydə alınan ən bahalı ərazinin bir sotunun dəyəri 280 min manatdır. O qeyd edib ki, həmin torpaq sahəsi Nərimanov rayonunda yerləşir.

N.İbrahimov əlavə edib ki, bu gün Bakıda bir sotunun dəyəri bir milyon manata qədər olan torpaq sahələri də mövcuddur.



Xəbərin oxunma sayı : 118




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap