Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Bakıda evdən 70 min dollar oğurlamış dəstənin üzvləri məhkəmə qarşısında

Tarix 10.04.19, 16:13

Font ölçüsü : - / +
bitmap-img6


Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda ittiham olunan Elgün Yusifov, Elşad Namazov, Röyal Sabirli və Vazeh Babayevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib

AFakt.com-un xəbərinə görə, prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı aprelin 17-nə təyin edilib.

Qeyd edək ki, Binəqədi Rayon Polis İdarəsi 7-ci Polis Bölməsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində Şamil Şirinovun evindən 70 min ABŞ dollarını oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakinləri - Elgün Yusifov, Elşad Namsov, Vazeh Babayev və Kəlbəcər rayon sakini Röyal Sabirli saxlanılıblar.

Araşdırma zamanı məlum olub ki, zərərçəkənin mənzilində külli miqdarda pul saxlaması barədə dəstə üzvü E.Yusifovun əvvəlcədən məlumatı olub. Onun təklifi əsasında dəstənin digər üzvü R.Sabirli mənzilə daxil olaraq pulu oğurlayıb. Hadisədən sonra isə əldə etdikləri məbləği aralarında bölüblər.

İlkin dindirmə zamanı saxlanılan şəxslər ifadələrində törətdikləri hadisəni etiraf ediblər.



Xəbərin oxunma sayı : 160




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap