Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Bakıda evlər ucuzlaşıb – Bağ evləri bazarında isə qiymət yüksəlib

Tarix 24.07.18, 1:50

Font ölçüsü : - / +
bitmap-img6


2018-ci ilin iyun ayında Bakıda daşınmaz əmlak bazarında qiymətlər may ayı ilə müqayisədə 1,57 faiz azalıb.

Bunu Trend-ə “MBA Group” konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib. Ekspertin sözlərinə görə, ötən ay ərzində ucuzlaşma fərdi və bağ evləri bazarı istisna olmaqla bütün seqmentlərə təsir edib: “Belə ki, bir ay ərzində ilkin mənzil bazarında qiymətlər 1,67 faiz, təkrar mənzil bazarında 0,21 faiz, torpaq bazarında 2,35 faiz, kommersiya obyektləri bazarında 0,52 faiz azalıb. Mənzil kirayəsi 1,24 faiz, kommersiya obyektlərinin icarəsi 1,77 faiz ucuzlaşıb. Fərdi evlər və bağ evləri bazarında isə qiymətlər iyun ayında 2,7 faiz artıb”.

O qeyd edib ki, iyun ayında qiymətlərin azalması bazar üçün adi haldır: “Bu, yay mövsümü ilə bağlıdır. Bu zaman fəallıq əhəmiyyətli dərəcədə azalır ki, bu da qiymətlərin bir qədər düşməsinə səbəb olur. Mövsüm amili həmçinin fərdi və bağ evləri bazarında qiymət artımını şərtləndirir”.

Ekspert əlavə edib ki, ötən ilin iyun ayı ilə müqayisədə daşınmaz əmlak bazarında qiymətlər 2,66 faiz artıb. Onun sözlərinə görə bu, bağ evləri bazarında bahalaşma ilə əlaqədardır: “Ötən ilin iyun ayı ilə müqayisədə ilkin mənzil bazarında qiymətlər 6,16 faiz, təkrar mənzil bazarında 0,82 faiz, torpaq bazarında 3,32 faiz, kommersiya obyektlərinin icarəsi bazarında 4,36 faiz, fərdi və bağ evləri bazarında isə 17,55 faiz artıb. Eyni zamanda kommersiya obyektləri bazarında qiymətlər 15 faiz, mənzil kirayəsi bazarında 9 faiz ucuzlaşıb”.



Xəbərin oxunma sayı : 637




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap