Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Bakıda fəhlə iş üstündə yoldaşını qanına qəltan etdi

Tarix 15.04.17, 17:25

Font ölçüsü : - / +
bitmap-img6


“Fəhlə bazarı”nda iş axtaran fəhlələr arasında mübahisə qansız ötüşməyib. Onlardan biri ağır yaralanıb, digəri isə həbsxanaya göndərilib. İnsidentə səbəb birinin tapdığı işi digəri ilə bölüşməməsi olub

Bakı Ağır Cinayətlər Məhkəməsində fəhlə bazarında həmkarını öldürməyə cəhddə ittiham olunan 38 yaşlı Fərman Musayevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Mirzə Xankişiyev sədrlik edib.

İstintaqla müəyyən edilib ki, Fərman Musayev ötən il noyabrın 12-də “Xalqlar Dostluğu” metrosunun yaxınlığındakı “Fəhlə bazarı” adlanan ərazidə fəhlə yoldaşı Namiq Qaralovla mübahisə edib. Kişilər arasında yaranan mübahisə qansız ötüşməyib. Əsəblərini cilovlaya bilməyən F.Musayev bıçaqla N.Qaralova ardıcıl zərbələr endirib. 12 bıçaq xəsarəti alan yaralı ətrafa toplaşanların köməkliyi ilə yaxınlıqdakı “Azərsutikinti” xəstəxanasına çatdırılıb.

Hadisədən sonra F.Musayev Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Törətdiyi cinayət əməlinə görə, F.Musayevə qarşı Cinayət Məcəlləsinin 29,120.2.2-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb, barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

İstintaq zamanı məlum olub ki, F.Musayev əvvəllər bir neçə dəfə məhkumluq həyatı yaşayıb.

Təqsirləndirilən şəxs qismində dindirilən Fərman Musayev elan olunan ittihamla özünü qismən təqsirli bilib. O, ifadəsində 16 yaşından fəhləlik etdiyini, 2004-c ildən etibarən isə Nizami rayonundakı fəhlə bazarına çıxıb iş axtardığını, Namiq Qaralovu da oradan tanıdığını göstərib: ”Onu “Tolik” kimi tanıyırdım. Adının Namiq olduğunu sonradan bilmişəm, normal münasibətimiz olub. Hadisədən üç gün əvvəl səhər tezdən yenə fəhlə bazarına gəldim, çantadakı alətləri çıxarıb yanıma qoydum ki, fəhlə axtaran müştərilər mənə yaxınlaşsın. Elə bu vaxt bir nəfər yaxınlaşıb preforatorla iş görmək lazım olduğunu dedi. Bunu eşidən kimi Namiq onda preforator olduğunu deyib, məni qabaqladı”.

Müştərinin ondan aralanıb digər fəhləyə yaxınlaşması, onu özü ilə işə aparması F.Musayevi qəzəbləndirib. Namiq müştəri ilə gedəndən sonra onun telefonuna zəng vurub iradını bildirib: “Hadisə baş verən gün Namiq ona zəng etdiyimə görə qəflətən başı ilə sifətimdən vurdu. Zərbədən burnum qanadı. Çantadan bıçağı çıxarıb onu vurdum. Neçə zərbə vurduğumu xatırlamıram. Evə gəlib həyat yoldaşımla birlikdə həkimə getdim. Burnum sınmışdı. Səhhətimlə əlaqədar evdən çıxa bilmədim. Noyabrın 14-də Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinə gedib təslim oldum”.

Təqsirləndirilən şəxs ifadəsində fəhlə yoldaşını öldürmək niyyəti olmadığını, törətdiyi əməldən peşmanlıq çəkdiyini deyib.

Zərərçəkmiş Namiq Qaralov ifadəsində fəhlə bazarında iş axtardığını, müraciət edən şəxslərlə onların evlərində və obyektlərində işləyib pul qazandığını göstərib: “Fərmanla münasibətimiz normal olub. Hadisədən üç gün öncə fəhlə bazarında bir nəfər müştərinin Fərmanı deyil, məni işə aparması ona pis təsir etmişdi. Hətta zəng vurub mənə irad da bildirmişdi. Noyabrın 12-də fəhlə bazarında olarkən Fərman yaxınlaşıb mənimlə mübahisə etdi. Məni vurmaq istədikdə başımı aşağı əydim, sifəti başıma dəydi, burnundan qan axdı. O, “bu dəqiqə səni öldürəcəm” deyib alətlər saxladığı çantadan bıçaq çıxardı, çoxlu sayda zərbələr endirdi. Yerə yıxıldıqdan sonra Fərman qaçıb getdi”.

Məhkəmənin hökmü ilə Fərman Mustafayev 15 il müddətinə azadlıqdan məhrum edilib.










Xəbərin oxunma sayı : 133




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap