Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 26 Mart 2024

    “Xoşbəxtəm ki, boşandıq” - Dilarədən etiraf

Bakıda film kimi qarət: Divarda rəsm əsəri, arxasında seyf…

Tarix 11.06.17, 18:24

Font ölçüsü : - / +
bitmap-img6


Onlar uşaqlıqdan bir-birlərini tanıyıblar. Eyni məhəllədə böyüyüblər, eyni məktəbdə təhsil alıblar. Günlərin birində isə dostunun aldığı mənzilə qədəm qoyan “dost”un gözü yataq otağındakı tabloya sataşıb. Tablonun arxasında dəmir seyf, içərisində isə pul saxlanıldığına əmin olduqdan sonra onu ələ keçirmək üçün yollar axtarıb. Tapıb da...

Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda ittiham olunan Sadiq Heybətov və Röyal Kərimlinin cinayət işi üzrə məhkəmə prosesi keçirilir. Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Əlövsət Abbasov sədrlik edir.

İstintaqla müəyyən edilib ki, Sadiq Heybətov və Röyal Kərimli cinayət ələqəsinə girərək 15 yanvar 2017-ci ildə axşam saatlarında Nərimanov rayonu, M.Əlizadə küçəsi, ev 17 ünvanında yerləşən tikintisi başa çatmamış binanın 11-ci mərtəbəsinə qalxıblar. Həmin binanın 10-cu mərtəbəsində, Samir Ulubəyova məxsus mənzilin eyvanına kəndirlə düşüblər, içərisində 40 min dollar, 30 min avro olan dəmir seyfi oğurladıqdan sonra hadisə yerini tərk ediblər.



Oğurluq hadisəsinin baş verməsindən əvvəlcə ailə başçısı xəbər tutub. Ev sahibi S.Ulubəyov ailə üzvləri ilə birlikdə evə daxil olan zaman mənzilin qapısının açıq olduğunu, yataq otağının divarına quraşdırılımış dəmir seyfin isə oğurlandığını görüb. Dərhal bu barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verib. Araşdırmalar zamanı mənzilin Samir Ulubəyovun yaxın dostu Sadiq Heybətov tərəfindən qarət edildiyi məlum olub. S.Ulubəyov əvvəlcə dostunun belə bir cinayət törətməsinə inanmasa da, S.Heybətov törətdikləri əməli etiraf edib.

Təqsirləndirilən şəxs qismində dindirilən Sadiq Heybətov ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib. İfadəsində Samir Ulubəyovu uşaqlıq illərindən tanıdığını, bir məhlədə yaşadıqlarını, eyni məktəbdə oxuduqlarını, ailəvi gediş-gəlişləri olduğunu göstərib. 2016-cı ilin yay aylarında Sadiq uşaqlıq dostu ilə birgə onun yeni aldığı mənzilə gəlib. Həmin vaxt mənzilin yataq otağının divarında dəmir seyfin yerləşdirildiyini görüb. Banklara kredit borcu olan Sadiq dostunun evindən oğurluq etməyi planlaşdırıb. Lakin oğurluğu tək törədə bilməyəcəyini görüncə tanışı Röyal Kərimli ilə danışaraq, razılığa gəliblər: “Maddi vəziyyətim ağır idi. Banklardan kredit götürmüşdüm, qaytara bilmirdim. Oğurluq etməyi, pulu aramızda bölməyi Röyala təklif etdim, razılaşdı. Yeni il bayramı ərəfəsi idi deyə, oğurluğu bayramdan sonraya saxlamağı qərara aldıq. Binanın həyətinə gəlib baxış keçirdik, on birinci mərtəbəyə qalxdıq. Binada hələ də təmir işləri aparılırdı. Röyal oğurluq üçün kəndir, dəmir ling və əl izləri qalmasın deyə əlcək lazım olduğunu dedi”.

Həftənin bazar günü mənzildə adam olmayacağını əvvəlcədən müəyyənləşdirdikdən sonra cızdıqları planı elə həmin gün reallaşdırıblar. R.Kərimli ilə birlikdə binanın 11-ci mərtəbəsinə qalxıblar. Röyal özü ilə gətirdiyi kəndiri qaz borusuna bağlayıb və qarət edəcəkləri mənzilin eyvanına düşüb: “Mənzilə Röyal girdi. Mən onu 11-ci mərtəbədə gözlədim. Bir müddət sonra əlində döşəkağıya bükülmüş seyflə birlikdə pilləkənlarla qalxaraq yanıma gəldi. Röyal gələndən sonra kəndiri qaz borusundan açdım. Birlikdə binadan endik”.

Oğurladıqları seyfi R.Kərimlinin tanışı Aslan Mikayılova məxsus avtomaşınla S.Heybətovun Digah qəsəbəsindəki həyətinə apararaq orada açıblar: “Aslan bizi maşından düşürəndən sonra on-on beş dəqiqəyə gələcəyini dedi. Röyal linglə seyfi qırmağa başladı. Elə bu vaxt səsə Aslan geri qayıtdı və nə etdiyimizi soruşdu. Seyfi oğurladığımızı dedik. Buna çox pis reaksiya verdi. Onu təhlükəyə atdığımızı bildirdi və avtomaşına minib getdi. Seyfdən çıxan pulları Röyalla aramızda böldük. Sonra yola çıxıb taksi saxlatdıq, Sahil qəsəbəsinə getdik. Boş seyfi Lökbatan ərazisindəki kolların arasına tulladıq. Əldə etdiyim pulların bir qismini öz maddi ehtiyaclarıma xərclədim. Yanvarın 21-də Badamdar qəsəbəsində tikilidə işlədiyim zaman mülki geyimli şəxslər yaxınlaşaraq polis əməkdaşları olduqlarını dedilər və məni Nərimanov Rayon Polis İdarəsinə apardılar”.



Təqsirləndirilən şəxs qismində dindirilən Röyal Kərimli ifadəsində Sadiq Heybətovu dostlarının vasitəsilə tanıdığını, mütəmadi olaraq görüşüb əlaqə saxladıqlarını deyib: “Maddi vəziyyətimiz ağır idi. Sadiq bankdan kreditlər götürmüşdü, qaytara bilmirdi. Hər ikimizə pul lazım idi. Sadiq oğurluq edib, pulları bərabər bölüşdürməyi təklif etdi, razılaşdım. Hadisə baş verən gün kəndirlə eyvana düşdüm. Mənzildə kamera olacağını fikirləşib bütün işıqları avtomatdan ayırdım. Seyfin yataq otağında olduğunu Sadiq mənə əvvəlcədən demişdi. Yataq otağına keçdim. Divara tablo gördüm. Seyfin həmin tablonun arxasında olacağını fikirləşdim. Tablonu götürdüm, həqiqətən də arxasında dəmir seyf olduğunu gördüm”.

R.Kərimli ifadəsində payına düşən pulları yaşadığı həyətdə basdırdığını göstərib: “Bölüşdürmə zamanı mənə çatan pulları ailə üzvlərim görməsin deyə yaşadığım mənzilin həyətində basdırdım. Ertəsi gün pulun müəyyən hissəsini götürüb Lənkəran şəhərinə getdim, istirahətə və kefə xərclədim. Bakıya qayıtdıqdan sonra 21 yanvar 2017-ci ildə mülki geyimli şəxslər yaxınlaşaraq özlərini təqdim etdilər, polis olduqlarını dedilər və məni Nərimanov Rayon Polis İdarəsinə apardılar”.

Zərərçəkmiş şəxs qismində dindirilən Samir Ulubəyov ifadəsində hadisə baş verən gün həyat yoldaşı və iki övladı ilə birgə istirahət etmək üçün evdən çıxdıqlarını göstərib. Axşam saatlarında evə qayıdarkən mənzilin qapısını açmaq istərkən qapının açıq vəziyyətdə olduğunu görüblər: “Mənzili işığını yandırmaq istədik, yanmadı. İşıqlar elektrik avtomatından ayrılmışdı. İşıqları yandırdıqdan sonra otaqlarına baxdıq. Mən dəhlizdə olarkən həyat yoldaşım həyəcanlı şəkildə yataq otağının divar hissəsinə yerləşdirilmiş dəmir seyfin oğurlandığını dedi. Dərhal bu barədə polisə məlumat verdim”.

Oğurluq hadisəsindən sonra təqsirləndirilən şəxslərə taksi xidməti göstərən Aslan Mikayılov barəsində Cinayət Məcəlləsinin 307-ci (Cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə) maddəsi ilə ittiham irəli sürülüb və cinayət işi ayrıca icraata verilib.

S.Ulubəyov dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayəti və tələbi olmadığını deyib.

Məhkəmə prosesində dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən şəxslərin hər ikisinin 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə prosesi 13 iyunda davam edəcək.





Xəbərin oxunma sayı : 379




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap