“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Bakıda filmləri xatırladan qəzanı “Avtoyuma Baku“nun işçisi törədibmiş - Qadının avtomobilini qaçırıb (VİDEO)

Tarix 24.01.25, 13:44

Font ölçüsü : - / +
bitmap-img6


"Avtoyuma Baku" adlı avtoyuma məntəqəsində xanım sürücünün avtomobilini qaçıran şəxs qəza törədib. 

Qaynarinfo-nun məlumatına görə, hadisəyə görə 1993-cü ildə Daşkəsən rayonunda anadan olmuş C.Qılınc adlı şəxsə Cinayət Məcəlləsinin 185.2.4 maddəsi ilə (zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə - üç min manatdan altı min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) cinayət işi açılıb və işə məhkəmədə baxılıb.

Məlum olub ki, Fidan adlı zərərçəkmiş xanım FAW markalı, "Bestune T77” modelli avtomobilnin üst və iç tərəfdən təmizlənməsi üçün "Avtoyuma Baku” adlı avtoyuma məntəqəsində təqsirləndirilən şəxs Qılınca təhvil verib.

Qılınc isə avtomobili yuduqdan sonra 1 ədəd "Yaquar” adlı spirtli içki qəbul etikdən sonra sözügedən avtomobillə şəhərdə gəzmək qərarına gəlib. O, Rasim adlı tanışı ilə sözügedən avtomobili şəhərdə sürməyə başlayıb.

O, Bakı şəhərində avtomobil yollarını yaxşı tanımadığı üçün naməlum istiqamətə gedərək yolu itirib. Rasimlə birlikdə avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi ilə hərəkətdə olan zaman Dövlət Yol Polisi Xidmətinin (DYPX) avtomobilinin onun təqib etdiyini görərək həyəcanlanıb. Onun sürücülük vəsiqəsi olmadığından özünü və DYPX-nin avtomobilindən yayınmaq üçün sürəti artırıb. 

Həmin vaxt o, idarə etməni itirib və qarşıda hərəkətdə olan bir neçə avtomobilə - qiyməti 150 min manat olan "BMW İX”, qiyməti 40 min manat olan "Toyota Prado”, həmçinin "Mercedes-Benz", "Toyota Prius” markalı avtomobillərə çırpılaraq yol nəqliyyat hadisəsi törədib. Onun qaçırdığı avtomobilə 25 min manat zərər dəyib.

Hadisəni törədən Qılınc xəsarət almadığından avtomobildən düşərək qaçıb. O, hadisədən bir gün sonra saxlanılaraq, həbs edilib. 

Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs 1 il 11 ay 28 gün azadlıqdan məhrum edilib. Onun həbs müddəti 26 dekabr 2024-cü il tarixdən hesablanıb. 





Xəbərin oxunma sayı : 1033




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap