Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Bakıda güzəştli mənzillərin növbəti satışı başa çatıb

Tarix 28.03.19, 17:50

Font ölçüsü : - / +
bitmap-img6


Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi olan Yasamal Yaşayış Kompleksinin 1-7 saylı binaları üzrə 25.01.2019-cu il tarixində “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” sistemi vasitəsilə seçilmiş ümumilikdə 174 mənzildən 152-nin alqı-satqısı başa çatıb

Agentlikdən virtualaz.org-a verilən məlumata görə, güzəştli şərtlərlə əldə edilmiş 152 mənzildən 37-si 1 otaqlı, 83-ü 2 otaqlı, 32-si isə 3 otaqlıdır. Mənzilə sahib olmuş vətəndaşlardan 34-ü mənzili öz vəsaiti hesabına, 118-i isə güzəştli ipoteka krediti hesabına əldə edib.

Mənzilləri əldə etmiş vətəndaşlardan ilkin olaraq 6%-i “Güzəştli mənzil” sistemində qeydiyyat zamanı mənzili öz vəsaiti hesabına almaq niyyətini bildirsə də, alqı-satqı zamanı bu rəqəm 22%-ə qədər yüksəlib. Mənzilləri öz vəsaiti hesabına əldə edən vətəndaşlar Agentlik tərəfindən tətbiq edilmiş əlavə endirimlərdən yararlanaraq:

1 otaqlı mənzil üçün 28 301 manat (endirimdən əvvəl bu məbləğ 31 445 manat olub);

2 otaqlı mənzil üçün 42 904 manat (endirimdən əvvəl bu məbləğ 47 671 manat olub);

3 otaqlı mənzil üçün 59 432 manat (endirimdən əvvəl bu məbləğ 66 035 manat olub) ödəniş edib.

Bununla yanaşı, mənzilə güzəştli ipoteka krediti vasitəsilə sahib olan vətəndaşlara da endirimlər tətbiq olunub. Həmin şəxslərdən 33%-i minimal tələbdən artıq ilkin ödəniş etdiyindən 10% həcmində əlavə endirimlə mənzilə sahib olub. Nəticədə:

1 otaqlı mənzil üçün aylıq ödəniş 92 manatdan (360 ay müddətinə; Satış elanında 1 otaqlı mənzil üçün 129-136 manat aylıq ödəniş qeyd olunub);

2 otaqlı mənzil üçün aylıq ödəniş 142 manatdan (360 ay müddətinə; Satış elanında 2 otaqlı mənzil üçün 205-236 manat aylıq ödəniş qeyd olunub);

3 otaqlı mənzil üçün aylıq ödəniş 269 manatdan (360 ay müddətinə; Satış elanında 3 otaqlı mənzil üçün 283-288 manat aylıq ödəniş qeyd olunub) başlayır.


Mənzil əldə etmiş vətəndaşlar arasında ən azı 3 il hərbi xidmətdə olan, həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları, ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxslər və ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxslər üstünlük təşkil edir. Ümumilikdə mənzil alanların 58%-nin yaşı 35-ə qədərdir.

Vətəndaşlar tərəfindən seçilən, lakin sonradan əldə etmədikləri mənzillərin sayı isə 22-dir (7-si 1 otaqlı, 9-u 2 otaqlı, 6-sı 3 otaqlı). Həmin mənzillər növbəti elanda digər mənzillərlə birlikdə yenidən satışa çıxarılacaq.

Mənzillərin əldə edilməməsinin səbəbləri:

Seçdiyi mənzilin otaq sayı və mərtəbəliliyi ilə bağlı qərarını sonradan dəyişdiyinə görə – 5 nəfər;

Ailənin gəliri güzəştli ipoteka krediti əldə etməyə və mənzili öz vəsaiti hesabına almağa kifayət etmədiyinə görə – 10 nəfər;

Güzəştli kateqoriyaya aid statusunu itirdiyindən ipoteka krediti verilmədiyinə görə – 3 nəfər; (“Gənc ailə” (35 yaş) statusunu itirdiyindən – 2 nəfər, iş yerini tərk edən – 1 nəfər)

Yaşı ipoteka kreditinin verilməsi həddini keçdiyinə görə (63 yaş və yuxarı) – 2 nəfər;

Şəxsi səbəblərə görə – 2 nəfər.

Satışın nəticələri barədə statistik məlumatlarla daha ətarflı buradan tanış ola bilərsiniz:








Xəbərin oxunma sayı : 166




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap