Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Bakıda gəlin toy günü dəm qazından zəhərlənib

Tarix 16.12.17, 0:15

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda bədbəxt hadisə baş verib. Gəlin toy günü dəm qazından zəhərlənib

AzVision.az xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzin baş həkimin müavini Məhəbbət İbrahimova bildirib. Onun sözlərinə görə, hadisə dekabr ayında qeydə alınıb: 

"Xəstə gecə saatlarında təcili yardımla toksikoloji mərkəzin qəbul şöbəsinə gətirilib. Dəm qazından zəhərlənmə halı ilə gələn xəstə koma vəziyyətində olub. Həkimlərin səyləri nəticəsində xəstəni vəziyyətdən çıxartmaq mümkün olub. Hadisə hamamda qaz sızması nəticəsində baş verib. Xəstə gecə xəstəxanada qalıb, səhər xəstəxanadan toyuna gedib". 

Səhiyyə Nazirliyinin baş taksikoloqu Azər Maqsudov bildirib ki, 2016-cı illə müqayisədə dəm qazından zəhərlənmələr azalıb: 

“Ötən il ilə müqayisədə bu il dəm qazından zəhərlənmə ilə müraciət edənlərin sayının azalmasında KİV-nin maarifləndirmə tədbirlərinin əhəmiyyəti çoxdur. 2016-cı ildə toksikoloji mərkəzə 455 nəfər dəm qazından zəhərlənmə diaqnozu ilə qəbul edilib. Amma aparılan təbliğat nəticəsində 2017-ci ildə bu rəqəm 207 nəfər olaraq qeyd olunub. Bu il dəm qazından zəhərlənmə ilə bağlı daxil olan xəstələrədən 1 nəfər ölüb. Ötən il isə heç bir ölüm halları qeydə alınmayıb".



Xəbərin oxunma sayı : 136




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap