Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Bakıda heç vaxt satılmayan koronavirus dərmanı: “Remdesivir” qıtlığı və üç üstünlüyü…

Tarix 06.07.20, 11:23

Font ölçüsü : - / +
bitmap-img6


Ölüm hallarını azaldır, müalicə günlərini qısaldır, süni nəfəs aparatına qoşulma faizini aşağı salır…

Koronavirusun pandemiyası dünyanı “caynağından” buraxmaq istəmir. İyulun 5-də Azərbaycanda daha 523 nəfər koronavirusa yoluxub, 9 nəfər isə vəfat edib. Demək olar ki, tibbin inkişaf etdiyi bir sıra ölkələrdə də virusla “ölüm-dirim” savaşı gedir. Ümumdünya Səhiyyə Təşkilatı hələ ki, vaksinlə bağlı təskinlik verməkdədirlər. Bu səbəbdən bəzi ölkələr artıq koronavirusla mübarizədə öz imkanları hesabına duruş gətirmək zorundadırlar.

Bir neçə ay əvvələdək çox adam “Remdesivir”in nə olduğunu bilmirdi. İndi isə bu dərmanın COVID-19 xəstəliyinə qarşı effekti haqda materiallar dünya mediasının manşetlərindən düşmür. Bu dərmanı yola saldığımız həftədə yenidən xəbər agentliklərinin ön səhifələrinə çıxdı. Bunun əsas səbəbi isə ABŞ prezidenti Donald Trampın ölkəsi üçün bütün dünyada bu dərmanın bütün ehtiyatlarını alması xəbəri oldu.

Məlumdur ki, hələ may ayında ABŞ yerli “Gilead” kompaniyasının “Remdesivir” preparatından koronavirusa qarşı istifadə olunmasını qərara aldı.

Tramp “bu, xəstəxanaya yerləşdirilmiş koronavirus xəstələrinin müalicəsi üçün mühüm vasitədir” deyərək “Remdesivir”in adını gündəmə gətirdi. Virus əleyhinə “Remdesivir” preparatı vaxtilə Ebola qızdırması ilə mübarizə çərçivəsində hazırlanmış, sonradan SARS və MERS infeksiyalarının müalicəsində də tətbiq olunmuş, lakin həmin vaxt bu qədər məşhurlaşa bilməmişdi.

ÜST “Remdesivir” dərmanının koronavirus üçün dərman kimi uyğun olduğuna şübhə edirdi. Lakin buna baxmayaraq, ABŞ prezidenti dünyada olan bütün “Remdesivir” ehtiyatını ölkəsi üçün satın almağa göstəriş verdi.

“Prezident Tramp amerikalılarla COVİD-19 üçün ilk qeydiyyata alınan dərmanı əldə etmək üçün əhəmiyyətli bir razılaşma etdi. Mümkün qədər “Remdesivir” ehtiyacı olan hər bir amerikalı xəstə üçün onu almaq istəyirik. Tramp rəhbərliyi daha çox şey əldə etmək üçün əlindən gələni edir”, – deyə, ABŞ-ın səhiyyə rəsmisi deyib.

“The Guardian” qəzeti xəbər verir ki, ABŞ “Remdesivir” dərmanının dünya ehtiyatlarının 90%-ni alıb.

.


Bu, 500 mindən çox doza deməkdir. Nəşr qeyd edir ki, bu, iyul ayında “Remdesivir”in bütün istehsalının, avqust və sentyabr ayları üçün isə 90 faiz istehsalının alınması deməkdir.

Beynəlxalq sağlamlıq mütəxəssisi, dərmanlar və onların lisenziyalaşdırılması üzrə ekspert Nikolay Kruçkov “Remdesivir” dərmanını sensasion effekti haqda danışıb.

“Birincisi, və ən mühümü “Remdesivir”lə müalicə ölüm hallarını azaldır. İkincisi, xəstəxanada müalicə günlərinin qısaldılmasına kömək edir. Üçüncüsü isə süni nəfəs aparatına qoşulanların və ağır xəstələrin sayının azalmasına səbəb olur”, – deyə, “Komsomolskaya Pravda” radiosuna müsahibəsində deyib. O, ABŞ istehsalı olan dərmanı “orjinal” adlandırıb.

Qeyd edək ki, bu günlərdə Avropa Komissiyası da “Remdesivir”in koronavirusun müalicəsində istifadə olunmasına icazə verib. Bu barədə Avropa Komissiyasının iyulun 4-də yaydığı bəyanatda bildirilir. Eyni zamanda qeyd olunur ki, preparatdan bir sıra şərtlərə əməl edilməklə istifadə oluna bilər. Sənəddə bu şərtlərin nədən ibarət olduğu açıqlanmır.

“Remdesivir”in Avropa bazarına kifayət miqdarda çatdırılması barədə danışıqlar aparılır. Amma o da bildirilir ki, ABŞ-ın hakimiyyət orqanları preparatın bütün ehtiyatlarını satın aldığı üçün yaxın üç ayda heç bir ölkə onu lazımi qədər əldə edə bilməyəcək. ABŞ-ın “Gilead” əczaçılıq şirkəti preparata görə inkişaf etmiş ölkələr üçün vahid qiymət də müəyyənləşdirib. Xəstəyə beş günlük müalicə kursu ərzində 6 ampula lazım olur. Kompaniya inkişaf etmiş ölkələr üçün preparatın hər ampuluna 390 dollar vahid qiymət müəyyənləşdirib.

“Biz inkişaf etmiş ölkələr üçün qiyməti ən aşağı alıcılıq qabiliyyətinə uyğunlaşdırmaq üçün endirmişik. Bu qiymət “Remdesivir”in istifadəsinə icazə verilən bütün inkişaf etmiş ölkələr üçün eyni olacaq. Bir ampul üçün 390 dollar həcmində qiymət səhiyyə sahəsində xalis və təcili qənaətə imkan verəcək”, – deyə, şirkətin bir neçə gün əvvəl yaydığı açıqlamada qeyd olunub.

.

  

Orta hesabla bir nəfərin bu dərmanla 5 günlük müalicə kursunda 6 ampuldan istifadə olunur.

Bu isə 1 nəfərin “Remdesivir”lə müalicəsinin 2340 dollara başa gəlməsi deməkdir. Şirkətin hesablamalarına görə, bununla da ABŞ xəstəxanaları bir koronaviruslu xəstənin müalicəsində 12 min dollar qənaət etmiş olacaq.

Onu da qeyd edək ki, Azərbaycan da daxil bəzi ölkələr koronavirusun profilaktikasında Rusiya istehsalı olunan “Arbidol”dan da geniş istifadə edir. Yəni “Remresivir”i Bakı apteklərində axtarmağa dəyməz. Yazını hazırlayarkən paytaxtdakı bəzi apteklərin onlayn xidmətinə müraciət etdik. Məlum oldu ki, bəzi apteklər, ümumiyyətlə, bu dərmanın Azərbaycana heç vaxt gətirilmədiyini dedilər.


“Arbidol”a gəlincə, ona da apteklərdə tələbat böyükdür. Dərman hələ Sovet İttifaqı zamanında sovet əczaçıları tərəfindən sintez edilmiş, yalnız 1988-ci ildə dərman kimi satılmağa başlamışdı. “Arbidol”un yüksəliş tarixi 2009-cu ildə dünyada baş qaldıran quş qripi xəstəliyi ilə başlayıb. Hazırda Rusiya Federasiyası Səhiyyə Nazirliyinin tövsiyəsi ilə koronaviruslu xəstələrə təyin olunan “Arbidol” rekord satışa sahibdir. İlin ilk beş ayında preparatdan gələn satış 2,7 milyard rubl təşkil edir.

Musavat.com








Xəbərin oxunma sayı : 3727




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap