Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Bakıda həbs edilən erməninin cinayət işi Ağır Cinayətlər Məhkəməsinə qaytarıldı

Tarix 24.06.17, 1:57

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda həbs edilən Rusiya vətəndaşı, erməni əsilli Marat Ueldanovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib

APA-nın verdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrlik etdiyi ilkin baxış iclasında bəzi sənədlərin rus dilində olduğu və Azərbaycan dilinə tərcümə edilmədiyi məlum olub.

Bu səbəbdən cinayət işi baxışdan çıxarılıb və Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Həmin problem həll edildikdən sonra iş yenidən Bakı Apellyasiya Məhkəməsində araşdırılacaq.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, M. Ueldanov 8 il müddətinə azadlıqdan məhrum edilib. Apelyasiya şikayəti hökmdən verilib. O, barəsində bəraət hökmü çıxarılmasını istəyib.

Qeyd edək ki, 2016-cı il iyulun 28-də Bakıda Rusiya vətəndaşı Marat Ueldanov saxlanılıb. Ona qarşı narkotiklərin qanunsuz dövriyyəsi ittihamı irəli sürülüb. Bundan sonra Ermənistan mətbuatı və Rusiyadakı ermənipərəst KİV M. Ueldanovun bacısı Marianna Mirzoyana istinadən məlumat yayıblar ki, guya M. Ueldanov erməni olduğuna görə saxlanılıb. Bacısının dediyinə görə, Marat həyat yoldaşının soyadını götürüb.



Xəbərin oxunma sayı : 109




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap