Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Bakıda ilin ilk hərracı: 1,1 milyon manat dövlət büdcəsinə köçürüləcək

Tarix 10.01.17, 23:06

Font ölçüsü : - / +
bitmap-img6


Əmlak Məsələləri Dövlət Komitəsi 2017-ci ildə dövlət əmlakının özəlləşdirilməsi üzrə ilk hərracı keçirib. Virtualaz.org xəbər verir ki, bu gün baş tutan hərracda fiziki və hüquqi şəxslər 30 dövlət əmlakına sahib olub. 6 kiçik dövlət müəssisə və obyekti, 14 qeyri-yaşayış sahəsi, 9 nəqliyyat vasitəsi və 1 avadanlıq özəlləşdirilib. Bu dəfəki hərrac nəticəsində dövlət büdcəsinə 1,1 milyon manat vəsaitin köçürülməsi təmin ediləcək.

Qeyri-yaşayış sahələrinin 3-ü və bir çox nəqliyyat vasitəsinə bir neçə sifariş olub. Bu səbəbdən bu əmlakların satışı üzrə hərraclar rəqabətli şəraitdə keçib. Ən yüksək qiyməti təklif etmiş iddiaçı qalib elan olunub. Özəlləşdirilmiş kiçik müəssisələrdən 2-si, istifadəsiz qeyri-yaşayış sahələrindən 12-si paytaxtda yerləşir. 

Həmin gün regionlarda da hərraclar baş tutub və bu hərracların gedişatı böyük monitorlar vasitəsilə canlı izlənilib. Regionlarda keçirilmiş hərraclarda 4 kiçik dövlət müəssisə və obyekti, eləcə də 2 qeyri-yaşayış sahəsi özəlləşdirilib. Kiçik müəssisə və obyektlərin 1-i Xaçmaz, 1-i Şabran, 2-si isə Masallıda, 2 qeyri-yaşayış sahəsi isə Sumqayıt və Ağstafada yerləşir. 



Hərracda ən yüksək qiymətə özəlləşdirilmiş əmlak paytaxtın Binəqədi rayonunda yerləşən "Araz" Avtomotoservis Müəssisəsi olub. Müəssisə 717 min 600 manata özəlləşdirilib. Xətai rayonunda yerləşən qeyri-yaşayış sahəsi isə 150 min manata satılıb. Paytaxtda özəlləşdirilmiş 12 qeyri-yaşayış obyektinin 5-i Nəsimi, 3-ü Nərimanov, 1-i Xətai, 1-i Yasamal, 1-i Nizami, sonuncusu isə Suraxanıda yerləşir. 

Fiziki və hüquqi şəxslər belə kiçik müəssisələri və qeyri-yaşayış sahələrini əsasən biznes məqsədilə istifadə üçün özəlləşdirirlər. Çünki belə obyektlər sahibkarlıq fəaliyyəti baxımından kifayət qədər əlverişlidir. Yaxud belə əmlaklara yiyələn alıcılar sonradan həmin əmlakı icarəyə verməklə də gəlir mənbəyinə çevirə bilir. Mühüm üstünlük isə hərracda satılmış əmlaklara qısa müddət sonra mülkiyyət hüququnun təsdiqinə dair dövlət reyestrindən çıxarışın verilməsidir. 

Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən keçirilən hərraclar əmlak sahibi olmaq istəyən hər bir vətəndaş üçün böyük imkandır. Belə hərraclara qatılaraq istənilən vətəndaş əmlak sahibi ola bilər.





Xəbərin oxunma sayı : 112




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap